"Kartel sövdələşməsi"nin sonu yaxşı nəticələnmir...
29.03.2011 [09:13]
Novruz bayramı günlərində bir sıra ərzaq məhsulları ucuz qiymətə satılsa da, sonrakı günlərdə yenidən bəzi malların bahalaşması müşahidə olunmaqdadır. Qeyd edək ki, bayramdan əvvəlki günlərdə paytaxtın 40-dan artıq ərazisində təşkil olunan satış yarmarkalarının fəaliyyəti nəticəsində bazarlarda yerli istehsal məhsulları ilə yanaşı, xaricdən idxal edilən ərzaq mallarının bolluğu təmin edilib. Bu isə öz növbəsində qiymətlərin ucuzlaşmasına səbəb olub. Təkcə martın 19-u və 20-də Bakı şəhərindəki yarmarkalara 1500 tondan artıq ərzaq məhsulları çıxarılıb. Burada ən çox üstünlük təşkil edən mallar isə bayramda daha çox istehlak edilən məhsullardan ibarət olub. Bu isə məhsul bolluğu şəraitində qiymətlərin ucuzlaşması ilə nəticələnib.
İstehlak bazarında qiymətlərin düşməsinə həm bazarda təklif olunan malların miqdarının artması, həm də həyata keçirilən nəzarət tədbirləri öz təsirini göstərib. Paytaxta regionlardan birbaşa istehsalçıların özlərinin satış mərkəzlərinə cəlb olunması və onların alıcılarla sıx ünsiyyətinin yaradılması ortadakı qiymət fərqini aradan qaldırıb. Yəni, hər hansı bir mal qrupunun üzərinə əlavə pul qoyub süni qiymət artımına yol verən möhtəkirlərin sayı xeyli azalıb.
Hazırda yerli istehsal məhsullarının bəzilərinin qiymətləri fevral ayı ilə müqayisədə 10-20 qəpik arasında ucuz satılır. Yumurta, hətta son 3-4 gündə daha 1 qəpik ucuzlaşaraq 10 qəpiyə satılmaqdadır. Yəni, hökumətin əsassız qiymət artımları ilə effektiv mübarizə tədbirlərindən sonra süni qiymət artımlarına yol verən yerli istehsal müəssisələrinin sayı demək olar ki, yox dərəcəsindədir. Dövlət başçısının tapşırığından sonra qiymətləri əsassız şəkildə artıran işbazların bəzilərinin cəzalandırılması və onlar barəsində qanunamüvafiq şəkildə ölçülərin götürülməsi istehlak bazarında nizam-intizamın yaranmasına səbəb olub. Xüsusilə də yumurta biznesindən böyük gəlir götürməyə çalışan şəxslər barəsində hüquq-mühafizə orqanlarının araşdırmalara başlaması və qiymətləri süni şəkildə artıranların cinayət məsuliyyətinə cəlb olunması bu sahədə ciddi nizam-intizamın təmin edilməsi ilə nəticələnib.
Bütün bu tədbirlərə baxmayaraq, bir sıra ticarət şəbəkələri hələ də malların qiymətlərini əvvəlki kimi baha təyin edir. Xüsusilə də ölkəmizə xaricdən idxal olunan məhsulların qiymətləri baha satılır.
İran və Pakistandan idxal olunan ərzaq məhsullarının da qiymətləri baha olmaqda davam edir. Qeyd edək ki, hazırda bazarlarda satılan kartof və soğanın böyük əksəriyyəti İran və Pakistandan idxal olunan mallardan ibarətdir.
çox təəssüf ki, bəzi mağaza və supermarketlərdə ərzaq məhsullarının qiymətləri bayram günlərində də baha oldu və bu tendensiya yenə davam edir. Məsələn, mağazalarda satılan kərə yağının qiyməti 1 qəpik də olsun ucuzlaşmayıb. Yeni Zellandiya yağı 6 manat 50 qəpik, Almaniya və Fransa yağı isə 7 manat 20 qəpikdir. Rusiyadan gətirilən aşağı keyfiyyətli kərə yağı isə 4 manat 80 qəpik təşkil edir. ümumiyyətlə, yağ məhsullarının qiymətləri son 2-3 ay ərzində daha çox artıma məruz qalıb. Doğrudur, dünya bazarında kərə və bitki yağlarının qiymətlərində 5-6 faizlik artım qeydə alınıb. Amma respublikamızın daxili bazarında qiymət fərqi daha çox nəzərə çarpır. Bu tendensiya açıq-aşkar bəzi şirkətlərin haqsız rəqabətlə məşğul olduğunu və vəziyyətdən istifadə edərək daha çox qazanc əldə etmək niyyətlərinin təzahürü sayıla bilər. Bu isə vurğuladığımız kimi süni inhisarçılığın əlamətidir.
Süni qiymət artımına qarşı barışmaz mövqedə olan və haqsız rəqabətlə məşğul olanlara qarşı ən sərt tədbirlərin görülməsinə dair tapşırıqlar verən Prezident İlham Əliyevin bu xəbərdarlığından sonra bir çox malların ucuzlaşması tendensiyası onu göstərir ki, istehlak bazarında liberal qiymət siyasəti mövcud olduğu halda ucuzlaşmanın olması da labüddür. Hökumətin məqsədi də bundan ibarətdir ki, bazarda azad rəqabət olsun, ədalətli qiymət siyasəti təmin edilsin. İndiki halda bəzi mal qrupları üzrə bahalaşmanın davam etməsi isə bir daha daxili bazarda inhisarçı qrupların hələ də fəaliyyətlərini davam etdirdiyini göstərir. Onlar bu çirkin əməlləri ilə açıq şəkildə “kartel sövdələşməsi”nə getdiklərini büruzə verirlər. Bu şəxslər anlamırlar ki, “kartel sövdələşməsi”nin sonu yaxşı nəticələnmir və bu hərəkətlərə görə, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Hər halda, gec-tez onları da yumurtanın qiymət artımı zamanı öz layiqli cəzasını alanların aqibəti gözləyir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

