/ / Milli faciələrdən siyasi məqsədlərlə istifadə edən, qan üstündə hakimiyyətə gələnlərin kimlikləri Azərbaycan xalqına bəllidir
Milli faciələrdən siyasi məqsədlərlə istifadə edən, qan üstündə hakimiyyətə gələnlərin kimlikləri Azərbaycan xalqına bəllidir
29.03.2011 [09:12]
Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın son illərdə əldə etdiyi uğurlu inkişafın arxasında düzgün istiqamətlənmiş iqtisadi siyasətlə yanaşı, sabitlik amili də dayanır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ilə bərpa olunan sabitlik müasir, qüdrətli və iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanın təməlini qoydu.
Qeyd etmək lazımdır ki, bu gün müstəqil Azərbaycan dünyanın aparıcı enerji layihələrində yer almaqla, ən əsası isə Avropa məkanının alternativ enerji xətti kimi, o cümlədən, digər qlobalmiqyaslı layihələrdə aparıcı dövlətlərin əsas tərəfdaşlarından birinə çevrilib. ölkəmizin günü-gündən güclənməsi, nəinki regionda, daha böyük bir coğrafi ərazidə söz sahibinə çevrilməsi və müstəqil xarici siyasət kursu yürütməsi bir sıra maraqlı xarici qüvvələri narahat edir. Həmin dairələr ölkəmizdə özünü siyasi qüvvə hesab edən kiçik bir qrupun əliylə zaman-zaman Azərbaycanda ara qarışdırmaq, xalqı çaşdırmağa çalışır. Təbii ki, onların bu cəhdləri yalnız cəhddən başqa bir anlam daşımır.
Həmin ara qarışdırmaq istəyən, ölkəmizdəki siyasi sabitliyi pozmağa, iqtisadi inkişafa maneə törətməyə çalışan bu qüvvələrin kimliyi, onların məqsədləri hər bir ölkə vətəndaşına bəllidir. özünü müxalifət adlandıran bu insanlar hələ 1990-cı illərdə SSRİ-nin dağıldığı bir zamanda imperiya güclərinin ölkəmizə qarşı yürütdüyü soyqırımı siyasətindən öz siyasi məqsədləri üçün istifadə edirdilər. O zamankı hakimiyyəti, Əbdürrəhman Vəzirovu məhz bu qrupa qarşı güzəştlərə məcbur edən həmin insanlar ölkənin qanunverici orqanında çoxluğu ələ almaq üçün 1990-cı ilin 20 Yanvar faciəsindən də öz siyasi məqsədləri üçün, 1992-ci ildə baş verən Xocalı soyqırımından hakimiyyətə gəlmək üçün istifadə etdilər. Məhz silah və təhdid yolu ilə, qan üstündə hakimiyyətə gələn bu qüvvələrin hakimiyyətdə olduqları dövr hər kəsin yaddaşındadır. Həmin dövrdə yaratdıqları şəxsi məqsədlərə xidmət göstərən qeyri-qanuni silahlı qüvvələr siyasi oyunların oyuncağına çevrilmişdi. Bakıda kürsüsü “laxlayan” kimi tabeliyində olan silahlı qrupu döyüş meydanından geri çəkən bu qüvvələr rayonlarımızın ermənilər tərəfindən işğalına şərait yaradırdılar. Hər kəsin yaddaşındadır ki, hər hansı bir qanunu qəbul etdirmək üçün Milli Məclisin həyətində tanklar saxlayan və xalqı silahlı təhdid ilə idarə etməyə üstünlük verən bu insanlar o zamanlarda da maraqlı xarici qüvvələrin əmrlərini yerinə yetirirdilər. Bunun nəticəsi idi ki, bir sıra xarici ölkələrin maraqlı dairələri AXC-Müsavat hakimiyyətinin fərqli nümayəndələrini dəstəkləyir, həmin şəxsləri dövlət başçısı etmək istəyirdilər. Belə demək mümkündürsə, həmin rəhbər şəxslərin əli ilə xarici dairələr ölkəmizdə öz maraqlarını rahat şəkildə təmin edirdilər. Təbii ki, xalqımız bütün bu eybəcərlikləri, AXC-Müsavat hakimiyyətinin səriştəsizliyini, ən əsası isə ölkəni xarici maraqlara satmağa hazır olduqlarını görərək onları hakimiyyətdən uzaqlaşdırdı.
Bu gün də həmin dövrdə xarici dairələrin nökəri funksiyasını yerinə yetirən, onların əmrlərinə müntəzir olan, maddi vəsait qarşılığında dövlətini, xalqını, millətini istənilən an satmağa hazır olan bir sıra qüvvələr ölkədə siyasi sabitliyi pozmaqla öz istəklərinə nail olmaq, Azərbaycanda xaos yaratmaq istəyirlər. Amma onlar özləri də bunun mümkün olmadığını dəqiq bilirlər. Məhz arxasında Azərbaycan xalqının siyasi iradəsi dayanan Azərbaycan hakimiyyəti millətin mənafeyi uğrunda hər zaman mübarizə aparır. Xalqımız isə xarici qüvvələrin baltasına sap olan həmin satqın qüvvələrin kimliyini, onlara verdikləri “qiyməti” hər bir seçkidə onların özlərinə nümayiş etdirir. Bu, ölkəmizdə vahid xalq-hakimiyyət tandeminin sarsılmazlığından xəbər verir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

