Ermənilərin hərbi təxribatları...
24.11.2022 [10:11]
Azərbaycan Ordusu öz ərazimizdə növbəti əməliyyatlar keçirə bilər
Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir.
Bu məqsədlə indiyə qədər bir sıra görüşlər keçirilib, bəyanatlar imzalanıb. Lakin hər görüşdən və razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bu dəfə isə ermənilər İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti ərəfəsində hərbi təxribatlar törədib. Son günlər qarşı tərəf davamlı olaraq mövqelərimizi atəşə tutur. Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bu təxribatların fonunda Ermənistan beynəlxalq birliyi aldatmaq üçün guya Azərbaycan Ordusunun erməni hərbi mövqelərinə atəşə tutması barədə məlumatlar yayıb. Amma Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları qəti surətdə təkzib edib. Ümumiyyətlə, ermənilərin bu təxribatları hansı məqsədlərə hesablanıb?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, erməni tərəfi mütəmadi olaraq təxribatlar törətməklə bölgədə gərginlik yaratmağa çalışır. Ermənilər tarixən xalqımıza qarşı soyqırımları törədib, bizim torpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayıblar. Bəzi böyük dövlətlər ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı istifadə etməyə çalışırlar. Ekspert deyib ki, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Buna görə də, Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etdi.
E.Həsənli qeyd edib ki, Azərbaycan regionun gələcəyi naminə Ermənistanla sülh sazişi imzalamağın tərəfdarıdır və bununla bağlı təkliflərini qarşı tərəfə təqdim edib. Dövlət sərhədində təxribatların törədilməsinə gəlincə, ekspert hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq: “Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün Avropa İttifaqı da fəal təşəbbüslərlə çıxış edib. Azərbaycan bu təşəbbüsləri dəstəkləyir və çalışır ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Təəssüf ki, qonşu dövlətlərdən İran və Rusiyadakı bəzi dairələr də onlara dəstək olur. Ermənilərin son hərbi təxribatları belə rəy formalaşdırmağa xidmət edir ki, guya tərəflər arasında sülh sazişi imzalamaq hələ tezdir, tərəflər buna hazır deyil, dövlətləri və xalqları sülhə hazırlamaq lazımdır və s. Yəni müxtəlif bəhanələrlə prosesi uzadırlar. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. 12-13 sentyabr hadisələri buna sübutdur. Bu mənada, erməni tərəfi bundan sonra da layiqli cavablarını alacaq”.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazilərdən qanunsuz erməni silahlı dəstələrinin mövqelərimizə atəş açmalarına gəlincə, Azərbaycan növbəti dəfə də özünümüdafiə məqsədilə əməliyyatlar keçirə bilər: “Heç kim “Qisas” əməliyyatını unutmayıb. Dövlətimizin öz sərhədləri çərçivəsində bu tipli əməliyyatları keçirmək hüququ var. Ermənilərin bu dəfə Şuşa istiqamətindəki mövqelərimizi atəşə tutması artıq onların cəzalandırılmasının vaxtının çatdığına bir işarədir. Şuşa istiqamətində atəş açılması göstərir ki, ermənilər mövcud vəziyyətlə barışmaq istəmirlər. Həm daxili auditoriyaya, həm də beynəlxalq birliyə göstərmək istəyirlər ki, müharibə bitməyib. Rusiya sülhməramlıları isə ermənilərin bu təxribatlarına münasibət bildirmir. Onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Əks halda, Azərbaycanın özü yenə ermənilərin dərsini verəcək. “Dəmir yumruq” bu dəfə onların başına daha pis dəyəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18

