YAP Gənclər Birliyi tənha və aztəminatlı ailələri təbrik edib
19.03.2011 [11:58]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatı paylayıb.
Aksiyadan öncə mətbuat üçün açıqlama verən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, Bakının rayonlarını əhatə edəcək aksiyada kimsəsiz, tənha, əlil, habelə, şəhid ailələrinə, aztəminatlı ailələrə bayram sovqatlarının verilməsi nəzərdə tutulub: “Sovqat zənbilində ət, toyuq, düyü, meyvə, çay və digər ərzaq məhsulları var. YAP Gəncləri Birliyi olaraq məqsədimiz həmin kimsəsiz, əlil, tənha, aztəminatlı ailələrlə birgə olduğumuzu nümayiş etdirməkdir. Bu gün ölkəmizdə vətəndaşların sosial rifahının təmin olunması ilə bağlı sosialyönümlü siyasət olduqca uğurla həyata keçirilir. Biz gənclər də bu siyasətə qoşulmaq üçün bu cür xeyriyyə aksiyalarında iştirak etməyi nəzərdə tutmuşuq. Bu, başlanğıc aksiyamızdır. Belə xeyirxah aksiyalar gələcəkdə də davam edəcək. Bu sovqatlar bu gün 60-a yaxın ailəyə paylanacaq. Gələcəkdə bu tədbirlər regionlarda da həyata keçiriləcək”.
Daha sonra maşınlar karvanı müxtəlif istiqamətlər üzrə hərəkət edib. YAP Gənclər Birliyi tərəfindən təşkil olunan tədbir çərçivəsində partiya fəalları Səbail, Yasamal və Nəsimi rayonlarında yaşayan əlil, tənha və kimsəsizləri Novruz bayramı münasibəti ilə təbrik edib, onlara bayram sovqatı təqdim ediblər. YAP-ın bu diqqət və qayğısını yüksək qiymətləndirən əlil və tənha vətəndaşlar hökumətimizin daim ehtiyacı olan insanlara diqqət və qayğı göstərməsini təqdir ediblər.
İxtisasca həkim olan Roza Axundova neçə ildir ki, tək yaşasa da, hökumətin ona olan xüsusi diqqət və qayğısı bu tənhalığı unutdurub. Roza xanım 80 yaşının olmasına baxmayaraq, özünü yaxşı hiss etdiyini və dövlətin onlara olan qayğısı sayəsində heç bir problemlə üzləşmədiyini söyləyir: “Prezident İlham Əliyevə hamı böyük məhəbbət bəsləyir. Dövlət başçımız həmişə yaşlı insanlara, imkansızlara kömək edir. Onun məqsədi budur ki, hamı yaxşı yaşasın, problemlə qarşılaşmasın. Biz Onun gördüyü işlər nəticəsində sosial cəhətdən çox yaxşı təmin olunmuşuq”.
80-dən çox yaşı olan ahıl Nərgiz Ağayeva 4 ildir ki, tənha yaşayır. Oğlunu itirdikdən sonra bu qocaya dövlət xüsusi diqqət göstərir. Nərgiz xanım hökumətin bu qayğısını dəyərləndirərək hər bayramda onun kimi şəxslərə bayram sovqatı göndərildiyini deyir: “Mən hökumətimizə çox minnətdaram. Həmişə bizə arxa olub. Prezidentə çox minnətdaram, bizi hər zaman diqqətdə saxlayır”.
90 yaşlı Ələsgərova Əzimə də neçə illərdir ki, tək-tənha yaşayır. Amma onun köməyinə gələnlərin sayı xeyli çoxdur. YAP Yasamal rayon təşkilatı, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hökumət qurumlarının üzvləri də təkcə bayramlarda deyil, adi günlərdə də ziyarət edir, köməklik göstərirlər. Əzimə xanım bu yaxşılığı unutmadığını deyir: “Hökumətimiz mənə həddindən artıq diqqət göstərir. Onların bu qayğısını heç vaxt unutmaram. Yeni Azərbaycan Partiyasına, onun Sədri, Prezidentimiz İlham Əliyevə çox minnətdaram. Bizi kimi insanlara əl tutduğuna görə, hamı Ona hörmət edir”.
YAP Gənclər Birliyi Nərimanov rayonunda da bir neçə kimsəsiz və yaşlı insanı təbrik edib, onlara bayram sovqatı verib. İlk olaraq rayon sakini Ofelya Hacıyevaya bayram sovqatı təqdim olunub. Göstərilən diqqətə görə öz təşəkkürünü bildirən O.Hacıyeva qeyd edib ki, dövlətimiz hər zaman kimsəsiz insanlara qayğı göstərir: “Mən bütün YAP gənclərinə, o cümlədən, partiyanın Sədri, Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm”.
Daha sonra rayonun F.X.Xoyski küçəsində yaşayan Məmməd Məmmədov YAP Gənclər Birliyi tərəfindən təbrik edilib. Bayram sovqatına görə öz təşəkkürünü bildirən M.Məmmədov YAP-ın hər zaman kimsəsiz insanlara qayğı ilə yanaşdığını deyib. Gənclərin yaşlılara göstərdiyi hörmətin milli dəyərimiz olduğunu söyləyən M.Məmmədov birmənalı olaraq YAP-ı dəstəklədiyini diqqətə çatdırıb.
YAP Gənclər Birliyinin üzvləri bayram təbriki ilə Məmmədovlar ailəsinin də qapısını döyüb. Böyük Vətən müharibəsi iştirakçısı olan Ənvər Məmmədov bacısı Gövhər Məmmədova ilə birgə Ağa Nemətulla küçəsində yerləşən 47 saylı uşaq bağçasının bir otağında məcburi köçkün həyatı sürür. YAP Gənclər Birliyinin təbrikindən təsirlənən yaşlı insanlar öz minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, yeganə arzuları doğma Ağdam torpağına qayıtmaqdır. Daha sonra kimsəsiz yaşayan və gözdən əlil olan Əhəm Məhərrəmov təbrik edilib. YAP Gənclər Birliyinin üzvlərinin bu aksiyasını çox yüksək dəyərləndirən Ə.Məhərrəmov dövlətimizin əlil və kimsəsiz insanlara diqqət və qayğı ilə yanaşdığını söyləyib.
İsrafil Şabanov da YAP Gənclər Birliyinin üzvləri tərəfindən təbrik edilən insanlardan olub. Tənha yaşayan İ.Şabanov bu xeyirxah addıma görə YAP Gənclər Birliyinə öz təşəkkürünü söyləyib.
Daha sonra aksiya paytaxtın digər rayonlarında da davam etdirilib.
Elbrus CƏFƏRLİ,
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

