Bir sıra qüvvələr Azərbaycandakı sabitliyin anarxiya ilə əvəzlənməsini arzulayır
16.03.2011 [09:21]
Məlum olduğu kimi, həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatda əldə edilmiş nailiyyətlərin fonunda Azərbaycanın sabit ölkə olaraq, inkişaf etməsi bir çox xarici qərəzli dairələri narahat etməyə başlayıb. Bu qüvvələr müxtəlif vasitələrdən istifadə etməklə, Azərbaycana təzyiqlər etmək və sabitliyi anarxiya ilə əvəzləməyə çalışırlar. Amma onların hər bir cəhdində xalq-iqtidar birliyi öz sözünü deyir və qərəzli qüvvələrin cəhdləri boşa çıxır.
Buna baxmayaraq, çox təəssüflər olsun ki, Azərbaycanın daxilində də elə qüvvələr tapılır ki, xarici qərəzli dairələrin maraqlarının təmin olunmasına səy göstərirlər.
Açıq yazmaq lazımdır ki, bu gün demokratiya donu altında gizlənən, Yaxın Şərq və Şimali Afrika hadisələrindən iştahası açılmış və ən nəhayət, özünü müxalifət kimi qələmə verən radikallar 1990-cı illərin əvvəllərindəki vəziyyəti - anarxiyanı, xaosu, özbaşınalığı yenidən qaytarmağa cəhd göstərirlər. özlərini “demokratik liderlər” kimi qələmə verən İsa Qəmbər, Əli Kərimli öz keçmişlərini unudaraq, indi hamıya demokratiya, idarəçilik dərsi keçməyə çalışırlar. Siyasi və iqtisadi reallıqları, ictimai-sosial vəziyyəti düzgün qiymətləndirib doğru nəticə çıxara bilməyən bu radikallar nə qədər gülünc olsa da, düşünürlər ki, Azərbaycanda Yaxın Şərqdəki hadisələr təkrarlana bilər.
Bəli, qeyd etmək olar ki, bu gün Yaxın Şərq və Şimali Afrika ölkələrinin bəzilərindəki vəziyyət - aclıq, səfalət, özbaşınalıq, hətta vətəndaş müharibəsi Azərbaycanda da mövcud olub. Amma bu vəziyyət elə məhz İsa Qəmbər və Əli Kərimlinin hakimiyyətdə olduqları zaman yaşanıb.
Ola bilər hazırda bu radikallar həmin vəziyyəti yaddan çıxarıblar. Bu yaddaşsızlığın isə əsas səbəbi odur ki, həmin dövrdə ağır vəziyyətin acısını ancaq xalq görüb və həmin ağır günləri bu gün də xatırlayır.
Azərbaycan cəmiyyəti çox yaxşı xatırlayır ki, Əli Kərimli öz hakimiyyətini rüşvətxorluğa, korrupsiya hallarına, özbaşınalığa görə necə tənqid edirdi. Və ya bu gün heç kəs unutmayıb ki, Əli Kərimli necə Ə.Elçibəyi partiyadan kənarlaşdıraraq, onun haqqında kompromat məlumatları mətbuata ötürürdü. Hətta gənc nəsil belə şahidi olub ki, necə Əli Kərimli 2000-ci ildə hakimiyyətə sığınmaq üçün Müsavata qarşı mübarizə aparırdı və 2005-ci ildə parlamentə gedən müsavatçıları kəskin tənqid edirdi. Əlbəttə ki, bütün bunları biz həmin zamanlarda elə müxalifət qəzetlərinin özündə dərc olunmuş materiallara əsasən deyirik.
Və ya özünü demokrat kimi qələmə verən İsa Qəmbərdən danışaq. Məgər, 1992-ci ildə İ.Qəmbərin hakimiyyətdə olduğu zaman ölkədə baş vermiş olayları, KQB-nin agenti kimi bir sıra antimilli oyunlarda iştirak etməsini, eyni zamanda, Azərbaycan dövlətinin inkişafına və xalqımızın rifahının yüksəlməsinə xidmət edən lahiyələrin əleyhinə danışmasını kimsə unudub? Əlbəttə ki, xeyr.
Əli Kərimli və İsa Qəmbər 20 Yanvar və Xocalı faciələrindən istifadə edərək, hakimiyyətə gəlmişlərdir. Onların səmimiyyətinə necə inanmaq və onların arxasınca getmək olar?
Əli Kərimlinin ətrafında qəzetçilik prinsiplərinə ləkə gətirən, xalqımız tərəfindən oxunan qəzetimizdə adlarını çəkmək istəmədiyimiz “üç palma” və digər qeyri-etik sərgüzəştlərin aktiv iştirakçıları olan adamların toplaşması onun hansı keyfiyyətlərə sahib olduğunu nümayiş etdirir.
Digər tərəfdən, bu radikallar öz maraqlarını hər şeydən üstün tutduqlarından, partiya və ideyadaşlarının prinsiplərini hər an satmağa hazır olduqlarından onların ətrafında bu gün demək olar ki, heç kəs qalmayıb.
Görəsən, Elçibəyin dövründəki AXCP funksionerləri niyə Əli Kərimlinin yanında deyillər? Və ya S.Əkbər, İ.İbrahimli, Q.Hüseynli və başqaları müxalifətdə monopoliya yaratmağa çalışan İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat partiyasından niyə istefa veriblər?
Hər gün inqilab, çevrilişdən dəm vururlar. Qəzet səhifələrinə də heyifləri gəlmədən səhifə-səhifə müsahibələr dərc edirlər. Bəs, inqilabı kimlə edəcəklər bunlar? Məgər bir “lider”, onun qohumları və qəzetlərində çalışan müxbirlərlə inqilab etmək olar? Radikallar özləri də yaxşı başa düşürlər ki, onlara Azərbaycan cəmiyyəti dəstək verməyəcək.
çünki bu günə qədər, bu cür “inqilabların” həyata keçirilməsi üçün müxtəlif adda birliklər yaradılıb. Amma sonradan bəlli olub ki, bu birliklər hansısa xarici təşkilatdan qrant almaq üçünmüş. Bununla da, öz ətrafındakıları da aldadaraq, maddi maraqlarını əsas tutan Əli Kərimli və İsa Qəmbər bu cür hərəkətlərinə görə, tək qalıblar.
İndi də ortaya “İctimai palata” oyununu atıblar. Yəqin ki, bu gün bu “palataya” dəstək verənlər əvvəlki hadisələri yaddan çıxarıblar. Ona görə də, DUH, SİDSUH, “Azadlıq” və s. bu kimi qurumların hansı məqsədlərə xidmət etdiyini xatırlayaraq, bu dəfə radikalların planlarının həyata keçirilməsinə mane olmalıdırlar.
Gürcüstan, Ukrayna, Qırğızıstan hadisələrindən sonra “hakimiyyətə gəlirik” şüarı ilə insanları aldatmış Əli Kərimli və İsa Qəmbər Azərbaycan cəmiyyətinin dəstəyindən tamamilə məhrumdurlar. Göründüyü kimi, bu şəxslərin artıq nəinki “inqilab” etmək, hətta, hansısa tədbirə 5-10 nəfər yığmağa belə imkanları olmayacaq. çünki insanlar sabit və dinamik inkişaf edən Azərbaycan istəyir. Ən azından sonuncu “aksiya” bunu əyani şəkildə sübut etdi.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55

