/ / Tahir Budaqov: Yeni Azərbaycan Partiyası məqsədyönlü fəaliyyəti ilə ölkəmizin inkişafına mühüm töhfələr verir
Tahir Budaqov: Yeni Azərbaycan Partiyası məqsədyönlü fəaliyyəti ilə ölkəmizin inkişafına mühüm töhfələr verir
14.11.2022 [14:28]
Bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan Azərbaycan hazırkı intibah mərhələsinə asanlıqla çatmayıb. Müstəqillik dövrünün əsas hadisə və proseslərinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz fenomenal lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu kontekstdə ölkəmizin gələcək taleyini, perspektivlərini müəyyənləşdirən fövqəladə və əlamətdar hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AMEA-da keçirilən “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfransda söyləyib.
YAP-ın 30 illiyinə həsr olunmuş konfransda çıxış edən Tahir Budaqov bildirib ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində həm SSRİ miqyasında, həm də respublika səviyyəsində baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə qarşılaşmasına səbəb olmuşdu. Respublikada ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün, vətəndaş qarşıdurmasının hökm sürməsi, ölkənin faktiki olaraq beynəlxalq izolyasiya vəziyyətinə düşməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bir sıra digər mənfi proseslər müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Azərbaycanı belə bir vəziyyətdən, xaos və böhrandan xilas etməyin yeganə yolu vahid lider ətrafında milli birliyin təmin edilməsindən keçirdi. Xalqın inam və etimad ünvanı isə bəlli idi. Hər kəs ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan, fəaliyyətinin bütün dövrlərində Vətənin ali mənafeyini və milli maraqları rəhbər tutan liderə - dahi şəxsiyyət Heydər Əliyevə bağlamışdı.
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı, - onların arasında dövrün görkəmli elm adamları, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri üstünlük təşkil edirdi, - Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Heydər Əliyev həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməklə bütün təhlükələrə rəğmən, öz həyatını belə riskə ataraq növbəti dəfə Azərbaycan naminə siyasi məsuliyyəti öz üzərinə götürdü. Beləliklə, 30 il əvvəl - 1992-ci il noyabrın 21-də xalqın iradəsi ilə güclü Lider ətrafında Yeni Azərbaycan Partiyasının yaradılması nəinki müstəqillik, hətta müasir dövlətçilik tariximizin həlledici anı və dönüş nöqtəsi oldu.
Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm işlər gördü və tarixi nailiyyətlərə imza atdı. Ən əsası, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi varisliyi təmin etməklə, Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasəti ilə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərdi. İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın qüdrətinin və beynəlxalq nüfuzunun artmasını, dünya siyasi arenasında mövqeyinin güclənməsini, milli həmrəyliyin möhkəmlənməsini təmin etdi. Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün, tarixi ədalətin və xalqımızın milli qürurunun bərpasına nail oldu. Bu tarixi Zəfər nəticəsində həm ölkəmizin qarşısında, həm də bütövlükdə regionda yeni çağırışlar və reallıqlar yaranıb. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini məhz bu reallıqlar əsasında qurur. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi möhtəşəm Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsinə, Azərbaycanın postkonflikt dönəmində davamlı uğurlar əldə etməsinə yeni imkan, dayanıqlı və etibarlı zəmin yaradır. Partiyamız bütün imkanlarını səfərbər edərək yeni geosiyasi prioritetlərdən irəli gələn hədəflərin reallaşdırılmasına çalışır, məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın inkişafına mühüm töhfələr verir. Heç şübhəsiz, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan partiya fəallarının da üzərinə bu istiqamətdə mühüm vəzifə və məsuliyyət düşür. Danılmaz faktdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri – qabaqcıl elm xadimləri, akademiklər Yeni Azərbaycan Partiyasının yaradılması və inkişafında mühüm rol oynayıblar. Bu, AMEA-nın milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən ziyalılar ordusuna malik olduğunu bir daha təsdiqləyir.
Bu gün tarixi ənənələrə və zəngin elmi təcrübəyə malik olan Azərbaycan Milli Elmlər Akademiyasının qurumlarında Yeni Azərbaycan Partiyasının özək təşkilatları fəaliyyət göstərir, elm və təhsil sahəsi ilə yanaşı, siyasət meydanında da öz sözünü demiş nüfuzlu alimlər partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında fəaliyyət göstərmələri, üzərlərinə düşən vəzifələri vicdanla, ləyaqətlə və məsuliyyətlə yerinə yetirmələri müstəsna əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, 30 yaşını qeyd etdiyimiz YAP Azərbaycanın tərəqqisi naminə daim çalışacaq, ümumxalq partiyası kimi taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında hər zaman öz sözünü deyəcək, Azərbaycanın elm məbədi olan Milli Elmlər Akademiyasında çalışan YAP üzvləri də bu prosesdə fəal rol oynayacaqlar.
Çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın Sədri İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimiz və xalqımız naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50

