Paşinyanın yalanları...
12.11.2022 [10:49]
Erməni baş nazir məqsədli şəkildə 10 noyabr birgə bəyanatını təhrif edir
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında növbəti dəfə Azərbaycana qarşı əsassız fikirlər səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilər qarşısında çıxışı zamanı Ermənistanın 10 noyabr birgə bəyanatına əməl etmədiyini xatırladaraq rəsmi İrəvana növbəti dəfə xəbərdarlıq etməsi Paşinyanda ciddi təşviş və həyəcan yaradıb. Əgər belə olmasaydı, erməni baş nazir birgə bəyanatın müddəalarını təhrif etməzdi. Azərbaycan Prezidenti Rusiya sülhməramlı kontingentinin mandatının beş illik olduğunu xatırladıb. Amma Paşinyan bəyanatda sülhməramlılarla bağlı bəndi öz “məntiqi” ilə şərh edib. Erməni baş nazir iddia edib ki, guya üçtərəfli bəyanatda sülhməramlıların Qarabağda 5 il müddətinə yerləşdirildiyi, ardıcıl 5 il müddətinin avtomatik uzadılması qeyd olunub: “Təkrar edirəm, avtomatik uzadılır. Bu, mahiyyət etibarı ilə o deməkdir ki, “Dağlıq Qarabağ” ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana və ermənilərin təhlükəsizliklə bağlı bütün narahatlıqları həll olunana qədər sülhməramlılar qeyri-müəyyən müddətə Qarabağda qalmalıdır”. Halbuki üçtərəfli bəyanatın 4-cü maddəsində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”. Göründüyü kimi, beş ilin bitməsinə 6 ay qalmış tərəflərdən birinin mövqeyi nəticəsində Rusiya sülhməramlıları bölgədən çıxmalıdır. Amma nədənsə Paşinyan bəyanatdakı bu məqamı “unudub”.
Eyni zamanda bəyanatın 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti və təhlükəsizliyi ilə bağlı Ermənistanın öhdəliyi var. Paşinyan çıxışında bu müddəanı məqsədli şəkildə səsləndirmir. Erməni baş nazir çıxışında, həmçinin Qarabağda hansısa “müdafiə ordusunun” olmasını da etiraf edir ki, bu da birgə bəyanatın 4-cü bəndinin yerinə yetirilməməsi deməkdir. Bununla belə, nə qədər qəribə olsa da, Paşinyan “Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasının ən qısa zamanda başa çatdırılması, bütün regional nəqliyyat və iqtisadi əlaqələrin açılması, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əlimizdən gələni edəcəyik” deyib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Ermənistan baş nazirinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması sadəcə Azərbaycana deyil, beynəlxalq vasitəçilərə də yaxşı bəllidir. Üçtərəfli bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən, razılaşdırılmış bəyanatlarda hər hansı şəkildə qeyd olunmayan “Qarabağın statusu” məsələsini gündəmə gətirməyə çalışan Ermənistan baş naziri bilməlidir ki, bununla bağlı mövqeyimiz Azərbaycan Prezidenti tərəfindən bir neçə dəfə, o cümlədən beynəlxalq platformalarda səsləndirilib. Bu da ondan ibarətdir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
“Özünü “demokratiya keşikçisi” kimi təqdim etməyə çalışan N.Paşinyana xatırladırıq ki, məhz Ermənistanda bu gün siyasi opponentlərə qarşı geniş repressiya həyata keçirilir və onların əksəriyyəti məhkum olunublar, tənqidi fikirlə çıxış edən 3-cü ölkə vətəndaşlarına isə ölkəyə giriş qadağası qoyulub”, - deyən millət vəkili əlavə edib ki, müstəqillik bəyannaməsində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Ermənistanın, qonşularının sərhədlərini tanımayan bir ölkənin baş nazirinin Azərbaycanı Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. Millət vəkili qeyd edib ki, Azərbaycan bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün önəmli təşəbbüslər irəli sürür: “Ölkəmizin sülh təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq qeyri-konstruktiv fəaliyyəti davam etdirməsi bölgədə sülhün bərpasına xidmət etmir. Belə vəziyyət isə ilk növbədə Ermənistanın özünə ziyandır”.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50

