Yerli istehsalçılara müraciət
12.03.2011 [01:23]
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar daxili bazarda yerli istehsal məhsullarının qiymətlərinin süni şəkildə bahalaşdırılmasının yolverilməz olduğunu bəyan edib və qiymətləri məqsədli şəkildə qaldıran sahibkarların cinayət məsuliyyətinə cəlb olunması barədə müvafiq tapşırıq verib. Dövlət başçısı respublikamızda istehsal olunan ərzaq məhsullarını öz dəyərindən bir neçə dəfə baha qiymətə satan şəxslər barəsində davamlı olaraq araşdırmaların aparılacağına dair xəbərdarlıq edib.
“Yeni Azərbaycan” qəzeti olaraq, biz də yerli sahibkarlara və istehsal müəssisələrinin rəhbərlərinə müraciət edərək, onların mağaza və digər ticarət mərkəzlərinə təhvil verdikləri məhsulların topdansatış qiymətlərinin açıq şəkildə elan olunmasını istəyirik. Yerli istehsalçıların öz məhsulları haqqında qiymət indekslərini açıqlaması nəticəsində ölkə əhalisi bazarlarda satılan malların öz dəyərindən nə qədər baha olması barədə məlumat əldə edə bilər. Bununla da, hər bir kəs qiymətləri kimin və nə qədər artırmasını müəyyən etmiş olar.
Qeyd edək ki, ölkə sahibkarları öz mallarının topdansatış qiymətləri barədə məlumatları ictimaiyyətə elan etməyə borcludurlar. Əks halda cəmiyyətdə onların da bahalaşmaya rəvac verən möhtəkirlərlə əlbir olduqlarına dair qənaət yaranmış olacaq.
Onu da bildirək ki, bu gün respublikamızın ərzaq malları ilə təminatının böyük bir hissəsi yerli istehsal müəssisələri, sahibkarlar və fərdi təsərrüfatlarda çalışan şəxslər tərəfindən ödənilir. Bir neçə adda qida malları istisna olmaqla, hazırda ölkəmizdə istehsal olunan məhsullar yerli tələbatı tamamilə ödəyir, eyni zamanda, xarici dövlətlərə də ixrac edilir.
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının adını təqdim edirik:
Taxıl məhsulları - buğda, arpa, qarğıdalı;
Meyvə-tərəvəz məhsulları - alma, armud, heyva, üzüm, kartof, soğan, xiyar, pomidor, kələm, göyərti, badımcan, bibər, kök, çuğundur, qoz, şabalıd, fındıq;
Heyvandarlıq məhsulları - süd, qatıq, qaymaq, nehrə yağı, yumurta, xama, pendir, şor, yağ, mal əti, qoyun əti, camış əti, keçi əti, balıq məhsulları, hisə verilmiş balıq;
Emal müəssisələrində istehsal olunan yerli istehsal malları - şəkər tozu, doğranmış qənd, kəllə qənd, çay, şokoladlar, konfet, müxtəlif şirniyyatlar, konservlər və s...
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30

