/ / "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin saytı təqdim edilib
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin saytı təqdim edilib
05.03.2011 [21:47]
Dünən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin “Karabakh.az.” saytı təqdim olunub. Prezident Administrasiyası və Nazirlər Kabineti nümayəndələrinin, Milli Məclisin deputatlarının, İctimai Birliyin idarə heyəti üzvlərinin, YAP Gənclər Birliyi, “İrəli” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təmsilçilərinin iştirak etdiyi tədbirdə icmanın rəhbəri, Şuşa rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov saytın məqsəd və məramı barədə məlumat verib.
Azərbaycan Prezidenti Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bir neçə gün əvvəl “Soyqırımı: Qaradağlı”, “Qaçqın Anar Usubovun uzun səyahəti” filmlərinin təqdimatına həsr olunmuş mərasimləri xatırladıb, belə tədbirlərin əhəmiyyətini vurğulayıb və bildirib ki, həmin filmlər ABŞ, İsrail və Almaniya ictimaiyyətinə də təqdim olunub.
Elnur Aslanov deyib ki, xarici ölkələrdən şöbəyə daxil olmuş müraciətlərdən birində Xocalı faciəsi ilə yanaşı, Sumqayıt hadisələrinin də unudulmaması tövsiyə edilir. çünki ermənilər həmin hadisəni dünya ictimaiyyətinə tamamilə fərqli, təxribatçı mövqedən, təhrif olunmuş şəkildə çatdırırlar. Dünya ictimaiyyəti ilə bərabər, gənc nəslin dolğun məlumatlandırılması ümdə vəzifədir. İnformasiya texnologiyalarının geniş yayıldığı indiki dövrdə bu saytın yaradılması faydalı təşəbbüsdür və Azərbaycan Prezidentinin qarşıya qoyduğu “Biz informasiya müharibəsində qalib gəlməliyik” vəzifəsinin yerinə yetirilməsinə töhfə olacaq. Sayt təkcə icma barədə yox, həm də Qarabağ, onun mədəniyyəti, coğrafiyası, tarixi haqqında məlumat almaq istəyənlər üçün zəngin mənbə rolunu oynayacaq. Onun Azərbaycan, ingilis və erməni dilində olması alqışlanmalıdır. Saytda erməni dilində materialların yerləşdirilməsi tolerantlığımıza sübut, Dağlıq Qarabağda ermənilərlə birgə yaşamağa hazır olmağımız barədə dünya ictimaiyyətinə mesajımızdır.
Prezident Administrasiyasının şöbə müdiri müdafiə sənayemizin inkişafı ilə əlaqədar son günlər TV-də gedən süjetləri xatırladaraq vurğulayıb ki, Azərbaycan inkişaf edir, gündən-günə qüdrətlənir. Ermənistanın itkiləri isə bu dövlətin yeritdiyi siyasətin məntiqi nəticəsidir. Ermənilər tez-gec zəbt etdikləri Azərbaycan torpaqlarından çəkilib sülh sazişini imzalamağa məcbur olacaqlar.
Natiq vurğulayıb ki, yeni sayt informasiya müharibəsində atdığımız addımlardan biridir. Saytın sosial şəbəkələr vasitəsilə yayılması üçün tədbirlər görülüb. Əminəm ki, sayt siyasətçilər, ümumiyyətlə regionla maraqlananlar üçün zəngin məlumat mənbəyi olacaq. Bu saytı təkcə oxumaqla kifayətlənmək olmaz, həm də oradakı materialları sosial şəbəkələr vasitəsilə dostlara göndərmək lazımdır. YAP Gənclər Birliyi, “İrəli”, Azərbaycan Tələbə Gənclər İttifaqları təşkilatı bu sahədə fəallıq nümayiş etdirməlidirlər. Ona nail olmalıyıq ki, tanınmış xarici siyasətçilər, analitiklər Azərbaycana bizə lazım olan məlumatlarla silahlanıb gəlsinlər.
E.Aslanov məlumat verib ki, Fransada təhsil alan soydaşlarımızdan birindən alınmış məktubda o, saytın materiallarını fransız dilinə çevirməyə hazır olduğunu bildirib. Bu saytın fəaliyyətində bütün azərbaycanlılar iştirak etməlidirlər. çıxışının sonunda Prezident Administrasiyasının rəsmisi saytın rus versiyasının da vacibliyini qeyd edib.
Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Fərhad Məmmədov sayt, onun strukturu haqqında ətraflı məlumat verib. Bildirib ki, yuxarıda adları çəkilən filmlər, “180 yaşlı Şuşa məktəbi” kitabı da sayta yerləşdirilib. Burada Qarabağın rəmzi olan qala və məscidlərin, alban kilsələrinin fotoşəkillərindən geniş istifadə olunub, “Muğamradio”nun banneri verilib. Sayğac isə Qarabağın işğalından keçən günlərin sayını göstərir. Əsas siyasi sənədlər erməni dilinə də tərcümə olunub.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov təklif edib ki, saytdan “www.sumqait.com” saytına keçid də mümkün olsun.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tövsiyə edib ki, saytda yerləşdiriləcək materiallar əvvəlcədən ətraflı yoxlanılsın, faktlar dəqiqləşdirilsin. O, saytın fəaliyyətinə uğurlar arzulayıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev əmin olduğunu bildirib ki, sayt icmanın fəaliyyətinə yeni təkan verəcək. O, torpaqlarımızın geri qaytarılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, icmanın fəaliyyətinə şərait yaradılması üçün dövlət başçısına minnətdarlığını bildirib. Arzu edib ki, gənclərimiz xaricdəki gənc soydaşlarımızla ünsiyyəti canlandırsınlar.
İdarə heyətinin üzvü, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov diqqəti cəmiyyətimizin Qarabağ barədə məlumatlandırılmasının vacibliyinə yönəldib. Yeni saytın bu sahədəki boşluğu dolduracağına, həqiqətlərimizin dünyaya çatdırılmasında böyük rol oynayacağına əminliyini ifadə edib.
Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov saytın fəaliyyətinə uğurlar arzulayıb, yaradıcılarına təşəkkür edib, saytın təbliğində Təhsil Nazirliyinin fəaliyyətini canlandıracaqlarına ümidvar olduğunu bildirib. Təklif edib ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından bəhs edən və bir neçə dildə səsləndirilən film də saytda yerləşdirilsin. Digər çıxış edənlər də arzu və təkliflərini söyləyiblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

