Paşinyanın “Tehran sərgüzəştləri”...
04.11.2022 [10:34]
İran işğalçı ölkəyə niyə qucaq açır?
SADİQ
Oktyabrın 31-də Soçidə növbəti diplomatik məğlubiyyətini yaşayan Ermənistanın baş naziri Nikol Paşinyanın tələm-tələsik İrana “qaçması” birmənalı qarşılana bilməz. Belə ki, hər zaman Ermənistana qucaq açan, bu işğalçı ölkəni himayə edən İran növbəti dəfə “əsl üzünü” göstərdi. Adının qarşısında “İslam Respublikası” yazılmasına baxmayaraq, Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarındakı məscidləri tövləyə çevirən, hətta orada donuz saxlayan ermənilərə isti münasibəti İranın əsl kimliyini ortaya qoyur. İranın ermənilərə münasibəti 30 ilə yaxın davam etmiş işğal dövründə də belə olmuşdu. İndi isə, Azərbaycanın “acığına” bu münasibətləri daha “istiləşdirmək” yolu seçilib.
Ermənistanın “U” dönüşü - Tehran hansı təhlükəsizlikdən danışır?
Paşinyanın “İran sərgüzəştləri” quru, boş vədlərdən və sözlərdən ibarət oldu. Belə ki, İran prezidenti İbrahim Rəisi Paşinyanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirdi ki, “Ermənistan baş nazirinin səfəri İranla iki ölkə arasında münasibətlərin inkişafı üçün dönüş nöqtəsi olacaq”. Amma bu dönüş nöqtəsinin “U” dönüşü olacağı dəqiqdir. Yəni Ermənistan İranın kölgəsinə sığınmaqla regional inkişafdan yenə də dala qalacaq. Necə ki, 30 ildir, başqalarının kölgəsində yaşadığı kimi. Ermənistan dərk etmir ki, onun xilası yalnız Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırması, beynəlxalq iqtisadi əməkdaşlıq platformasına daxil olmaqdan keçir. Yalnız bu halda Ermənistan iqtisadi cəhətdən dirçələ bilər. Əks halda, Paşinyan da daxil olmaqla bütün Ermənistan yerində saymaqda davam edəcək.
Rəisi, həmçinin İran və Ermənistan arasında ticarət, iqtisadi və təhlükəsizlik əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, “yaxşı qonşuluq siyasəti İran hökumətinin diqqət yetirdiyi siyasət sahələrindən biridir”.
İranın “yaxşı qonşuluq” prinsipinin yalnız Ermənistana şamil edilməsini demək daha doğru olardı. Çünki dini bir Azərbaycana qarşı hədə, təhdid ritorikasını seçən, sərhədimizdə hərbi təlim təşkil etməklə “əzələ nümayiş” etdirmək fikrinə düşən rəsmi Tehran, görəsən, Ermənistanla hansı təhlükəsizlik əlaqəsindən danışır? Axı, 30 ilə yaxın Cənubi Qafqazda təhlükəsizliyə ən böyük təhdid elə Ermənistan olub. Ermənistanın işğalçılıq siyasətini dövlət siyasətinə çevirməsi heç kimdə şübhə oyatmır. Demək ki, İranın düşüncəsinə görə, Ermənistanın bu istiqamətdəki dövlət siyasəti “təhlükəsizlik” adlanır.
“Gizli imkanlar” - İran ilə Ermənistan arasındakı qaranlıq ticarət...
Digər maraqlı məqam isə, Paşinyanın Soçi görüşü ilə bağlı İran tərəfini məlumatlandırmasını sevinə-sevinə dilə gətirməsi olub. Görəsən, bu addım hansı öhdəliyə və ya sazişə əsaslanır? Ermənistan İranı məlumatlandırmaqla nə əldə etmək istəyir? Bu addım ona nələr vəd edir və ya İran Ermənistana bunun qarşılığında nələri vəd edib? Bəlkə, olmayan ticarət əlaqələrindən bəhs edilir? Axı, İran ötən 30 il ərzində Azərbaycanın işğal altındakı torpaqlarından tranzit kimi sanksiyalardan kənar keçməklə müxtəlif malların daşınması üçün istifadə edib. Bu malların nələr olması da heç kimə sirr deyil. İranın Azərbaycana qarşı “hikkəsi”nin arxasında həm də bu məqam dayanır. İndiki halda isə Ermənistan Qərbin sanksiyaları altında olan İranla “yaxın ticari” əlaqələr qurmaq niyyətini açıqlamaqla, arasını yenicə düzəltdiyi “dostlarını” incidə bilər.
Paşinyan Tehranda deyib ki, İran və Ermənistan arasında hərtərəfli danışıqlar aparılır: “Biz iki ölkə arasında iqtisadi və siyasi əlaqələri və onların gizli imkanlarını araşdırmağın zərurətini vurğuladıq”. Maraqlıdır ki, erməni baş nazirin “gizli imkan” fikrinin arxasında nələr yatır? Bəlkə, illərlə “gizli əməkdaşlıq” həyata keçirən İranla Ermənistan bundan sonra da qeyri-qanuni əlaqələr qurmaqda maraqlı olacaq. Amma artıq gün o gün deyil. Qarabağ ərazisinin əsl sahibi bütün yollara nəzarət edir və həmin yollardan nə İran, nə də Ermənistan qeyri-qanuni şəkildə istifadə edə bilməyəcək.
Paşinyan nələri “xəbərləyib”?
Erməni baş nazirin Tehran görüşündə ən gülünc nüanslardan biri də Paşinyanın İranı Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən xəbərdar etmək niyyətini açıqlamasıdır. Görəsən, Paşinyan bununla bağlı İran tərəfinə nələri “xəbərləyib”? Axı, Ermənistanın Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə, onun normallaşma prosesində qaranlıq məqamlar yoxdur. “Şuşa bəyannaməsi” ilə rəsmi müttəfiqə çevrilən bu iki qardaş dövlətin bütün səyləri, hədəfləri və müzakirələri eyni istiqamətə yönəlib. Türkiyənin mövqeyi bəllidir - Ermənistan Azərbaycana qarşı iddialardan əl çəkməlidir. Burada xəbərlənəsi nə var? Amma bu da təbidir. Hər zaman “xəbərçiliyə” vərdiş etmiş ermənilərdən bundan artığını gözləmək olmazdı...
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27

