Bütün məsələlər Azərbaycanla razılaşdırılmalıdır!
01.11.2022 [10:07]
Regionla bağlı geosiyasi proseslər birmənalı olaraq rəsmi Bakı tərəfindən tənzimlənir
Bu fakt artıq dünyanın aparıcı dövlətləri tərəfindən də etiraf olunur
İlham Əliyev: Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq
Regionda marağı olan ölkələr, hətta Rusiya da anlayır ki, Ermənistanın başqa çıxış yolu yoxdur - Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır
Pərviz SADAYOĞLU
Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycanın bölgədə tənzimləyici rolu artıb. Eyni zamanda, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt artıq dünyanın aparıcı dövlətləri tərəfindən də etiraf olunur.
Azərbaycanın maraqları nəzərə alınmalıdır
Oktyabrın 27-də baş tutan Valday Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar sessiyasında çıxış edən Rusiya Prezidenti Vladimir Putinin çıxışındakı bəzi nüanslar da dediklərimizi təsdiqləyir. Belə ki, Rusiyanın dövlət başçısı Ermənistan ilə Azərbaycan arasındakı sülh gündəliyi ilə bağlı fikirlərini bildirərkən vurğulayıb ki, atılacaq hər bir addımla bağlı Azərbaycanın maraqları nəzərə alınmalıdır, bütün məsələlər Azərbaycanla razılaşdırılmalıdır. Bu fakt növbəti dəfə onu göstərir ki, regionla bağlı geosiyasi proseslər birmənalı olaraq rəsmi Bakı tərəfindən tənzimlənir. Başqa sözlə, ölkəmiz regionla bağlı geosiyasi proseslərdə mühüm üstünlüklərə malikdir.
Sülh gündəliyi Azərbaycanın mövqeyi ilə uzlaşdırılır
10 noyabr kapitulyasiyasına imza atan Ermənistan isə hələ də dayaq axtarışındadır. Məğlub ölkə olan Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyür”. Təbii ki, regionda marağı olan ölkələr, hətta Rusiya da anlayır ki, Ermənistanın başqa çıxış yolu yoxdur - Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına əməl etməyən, Rusiyanın vasitəçiliyi ilə həyata keiçrilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırır. Bu isə həmin ölkənin davranışlarının qeyri-adekvat olduğunu göstərir. Həm Rusiya, həm də Aİ sülh gündəliyini Azərbaycanın mövqeyi ilə uzlaşdırır. Ermənistana isə sonda bu qərara imza atmaq düşəcək. Rəsmi İrəvan nə qədər çalışsa da, başqa yolu yoxdur.
Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə...
İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişdi. Azərbaycan yeni əməkdaşlıqlar platformalarını təsis etməkdədir. Artıq Azərbaycan - Türkiyə birliyi regionun aparıcı güc mərkəzinə çevrilib. Bütün parametrlər üzrə müttəfiqlik əlaqələrinə malik iki ölkə bölgənin siyasi-iqtisadi inkişafının yönünü məyyənləşdirir. İki dövlət arasında bağlanan “Şuşa bəyannaməsi” bu mənada xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışından sonra mətbuata bəyanatında da bildirib ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir: “İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.
Bu amil, həm də onu deməyə əsas verir ki, regionla bağlı veriləcək qərarlarda, atılacaq addımlarda Azərbaycanın rəyi əsas götürüləcək. Ölkə başçısı bu məsələ ilə bağlı bildirib: “Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat - bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır”.
Bəli, Azərbaycanın izni olmadan heç bir addım - nə siyasi, nə də iqtisadi müstəvidə addım atıla bilməz. Bu qalib ölkənin ortaya qoyduğu qətiyyətdən irəli gəlir.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

