Moskvada "Xocalıya ədalət" kampaniyası çərçivəsində konfrans keçirilib
26.02.2011 [22:56]
Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri faciənin 19-cu ildönümünə həsr edilmiş konfrans keçiriblər.
“Prezident-hotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında keçirilmiş konfransda Xocalı faciəsi haqqında həqiqətin, bu barədə obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına və təqsirkarların məsuliyyətə cəlb edilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülmüş işlər müzakirə edilib.
Konfransın rəcmi hissəsini İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov açıb. O, Azərbaycanın bu məsələdə haqlı mövqeyini dəstəkləyən konfrans iştirakçılarına təşəkkürünü bildirib və xüsusi qeyd edib ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının məqsədi təkcə Xocalı faciəsinin deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün ədalətə nail olmaqdır.
Sonra bu kampaniyanın təşəbbüsçüsü, RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, İKT Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva çıxış edib.
Leyla Əliyeva qeyd edib ki, Xocalının dinc sakinlərinə qarşı törədilmiş, günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son qoymuş soyqırımı aktı yaddaşımızda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən dəhşətli və qanlı faciə kimi həmişəlik qalacaq. Onun sözlərinə görə, bu gün bu zalda iştirak edənlər, eləcə də “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəklədiklərini bildirən milyonlarla insan bu faciəyə beynəlxalq birlik tərəfindən hansı hüquqi, mənəvi və insani qiymət verilməsinə əsla biganə qala bilməz. Leyla Əliyeva deyib ki, Xocalıda törədilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması dəhşətli haqsızlıqdır.
O deyib: “Bizim kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haqqında bütün həqiqəti dünya birliyinə çatdırmaqdır. Torpaqlarımız hələ də işğal altındadır, erməni cəlladlar öz tamahkar məqsədlərinə çatmaq üçün günahsız insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət bir daha təkrarlanmamalıdır”.
Leyla Əliyeva bildirib ki, Heydər Əliyev Fondu dalbadal neçənci ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. 2008-ci ildə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilir. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanıyıblar. Bir ay bundan əvvəl Fondun və İKT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyıblar. Bu gün dünyanın 20 ölkəsində aparıcı universitetlər arasında gənclərin fleşmobları keçirilir. Bununla bərabər, keçən il bizim kampaniyanın yeni mərhələsi - dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanıb, bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılması mərhələsi başlanıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti deyib ki, petisiyanın mətni saytımızda yerləşdirilib və artıq 140 mindən çox insan həmin mətni imzalayıb.
Leyla Əliyeva qeyd edib ki, bu gün təşkilat öz saytının daha dolğun və maraqlı olan yeni versiyasını təqdim edir. O deyib: “Bu gün biz Robert Arakelovun kitabını da təqdim edirik, Bu kitabda Xocalı faciəsi haqqında obyektiv və düzgün informasiya verilir. Rəmzi haldır ki, bizim kampaniyanın ən mühüm tədbirlərindən biri dalbadal neçənci ildir ki, Moskvada keçirilir. Axı Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tənzimləmək potensialına malikdir və bu məsələdə müsbət rol oynaya bilər. Rusiya cəmiyyətinin nümayəndələri birincilər sırasında Xocalıya gedənlərdən və vəziyyəti obyektiv qiymətləndirənlərdən olmuşlar. Buna görə də biz bu gün bu zalda Rusiya cəmiyyətinin nümayəndələrini görməyə şadıq, kədərimizə şərik olduqlarına və bizi dəstəklədiklərinə görə onlara ürəkdən təşəkkür edirik. Bu dəhşətli cinayətə heç cür haqq qazandırmaq olmaz, Azərbaycan xalqı bu faciəyə böyük ürəkağrısı ilə tab gətirmişdir və biz bu cür faciənin bir daha təkrarlanmasına yol verə bilmərik”.
Leyla Əliyeva ümid etdiyini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə dinc yolla öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına, öz evlərinə qayıdacaqlar.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinə həsr edilmiş beynəlxalq kampaniyanın əhəmiyyəti və ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsinə yönəlmiş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
üAK-ın prezidenti Məmməd Əliyev, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Ural Federal Universitetinin Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, “Xocalıya ədalət” kampaniyasının Moskva üzrə əlaqələndiricisi Kristina Mojayeva və rusiyalı politoloq Aleksey Vlasov öz çıxışlarında xalqımızın faciəsi barədə həqiqətin dünyaya çatdırılması üçün ölkəmizin informasiya siyasətinin müxtəlif aspektlərinə toxunub, ədalətli olmağa, bu qanlı cinayətin təqsirkarlarını beynəlxalq hüquq və ümumbəşəri normalar çərçivəsində məsuliyyətə cəlb etməyə çağırıblar.
Tədbir iştirakçıları www.justiceforkhojaly.org saytında yerləşdirilmiş petisiya ilə tanış olmuş və elə oradaca həmin sənədi imzalayıblar.
Tədbirdə 600-dən çox qonaq, o cümlədən Türkiyənin və Paraqvayın RF-dəki səfirləri, Moskvada akkreditə edilmiş diplomatik missiyaların, Rusiya XİN-in, ziyalıların, paytaxtın elmi və yaradıcı dairələrinin, Azərbaycan diasporunun, KİV-lərin nümayəndələri, habelə Moskva və regionların ali məktəblərinin tələbələri iştirak ediblər.
Tədbir iştirakçılarına Robert Arakelovun “Erməni ziyalısının etirafı” kitabının nüsxələri paylanıb.
Onu da qeyd etmək lazımdır ki, gənclər Heydər Əliyev Fondunun və RAGT-nin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasını Rusiyanın 27 regionunda davam etdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

