Korrupsiya ilə mübarizə əhalinin sosial müdafiəsinin daha da güclənməsinə stimul verir
18.02.2011 [10:54]
Məlum olduğu kimi, Prezident İlham Əliyevin ölkəmizdə liberal bazar iqtisadiyyatı prinsiplərinin qorunması, azad biznesin inkişafı və bütün fəaliyyət sahələrində şəffaflığın təmin edilməsi barədə tapşırığından sonra aidiyyəti dövlət strukturları öz sahələrinə aid nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra addımlar atır. O cümlədən, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq dövlət strukturları öz fəaliyyətlərini səfərbər edərək iqtisadi və sosial həyatın bir sıra sahələrində mövcud olan neqativ halların qarşısının alınması üçün tədbirlər görməkdədir. Dövlət başçısının müvafiq orqanlara.
Bildiyimiz kimi, artıq bir sıra nazirlik və komitələr, icra orqanları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında verilmiş tapşırıqların icrası ilə bağlı müəyyən tədbirlər görüblər. Nazirlik, komitə və iri dövlət qurumları kollegiya iclasları keçirərək korrupsiya hallarına yol vermiş işçiləri cəzalandırıblar. Bu istiqamətdə araşdırmalar davam edir və neqativ hallara yol verən işçiləri cəza tədbirləri gözləyir.
Göründüyü kimi, korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mövqe tutan və güclü siyasi iradəsini nümayiş etdirən Azərbaycan hökuməti bu kimi hallara şərait yaradan, işində nöqsanlara yol verən məmurların cəzalandırılmasını təmin edir. Yəni, ümumi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən korrupsiya ilə mübarizə tədbirlərinin başlıca xüsusiyyəti də ondan ibarətdir ki, bu cür əməllərlə məşğul olan şəxslər layiqli cəzalarını alsınlar. Ən sərt cəza tədbirləri digərlərinə örnək olsun, onlar dövlətin ümumi inkişafına mane olan, respublikamızın imicinə xələl gətirən bu kimi halların sonda hansı aqibətlə nəticələnəcəyini yaxşı anlasınlar. Bu mənada cəzalandırılan şəxslərin ünvanı tam dəqiq olmalıdır, onların hansı fəaliyyət sahələrində problemlər yaratmasının təfərrüatları bütün detalları ilə aşkar olunaraq ictimaiyyətə təqdim edilməlidir.
Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə həmişə olub. Bu məsələnin yeni olmadığını deyən M.Quliyev xatırladıb ki, hələ Ulu öndər Heydər Əliyev sovetlər dövründə Azərbaycanda hakimiyyətə gələrkən rüşvətxorluğa qarşı genişmiqyaslı tədbirlər keçirdi. Onun sözlərinə görə, sonrakı zamanlarda da bu iş davam etdirildi. Hazırda isə korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunlar qəbul olunub, eləcə də, müvafiq dövlət komissiyası fəaliyyət göstərir. “Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərdə əsl günahkarlar öz layiqli cəzalarını almalıdırlar. Yəni, ölkəmizin ümumi iqtisadi inkişafına, sosial islahatlara, bir sözlə, fəaliyyət sahələrinin hər bir bölməsində davam etdirilən dinamik işlərə kölgə salan, bu islahatları ləngidən və açıq şəkildə ölkəmizin imicinə ciddi xələl gətirən strukturların işçilərini cəza gözləyir və belə də olmalıdır. Korrupsiya ilə mübarizə ümumdövlət siyasəti olmaqla, cəmiyyətin bütün təbəqələrini və üzvlərini əhatə etməlidir. ölkə ictimaiyyətinin bütün üzvləri, vətəndaşlar mütəşəkkil və fəal şəkildə bu neqativ hallara qarşı ciddi mübarizə aparmalıdır. İctimai fəallıq nə qədər yüksək və güclü, dinamik olsa, korrupsiya ilə mübarizə tədbirlərində o qədər effektiv nəticələr əldə etmək mümkündür. Ona görə də, bütün vətəndaşlar dövlətin strateji məqsədlərindən olan korrupsiyaya qarşı sistemli tədbirlərin həyata keçirilməsində yaxından iştirak etməlidir. Unutmaq olmaz ki, bu tədbirlərin sistemliliyi dövlətin güclü milli iqtisadi təhlükəsizlik şəbəkəsinin yaradılmasına və sosial tərəqqiyə dərin əsaslar yaradır”, - deyə komitə sədrinin müavini vurğulayıb.
Müxalifət mətbuatının korrupsiyaya qarşı mübarizəyə şübhə ilə yanaşdığını xatırladan M.Quliyevin sözlərinə görə, bu mübarizə onların arzu etmədiyi məsələdir: “Onlar həmişə arzu edirlər ki, Azərbaycanda problemlər həll olunmamış qalsın. Qazanılan uğurların, eləcə də, ölkəmizdə digər pozitiv addımların xalq tərəfindən dəstəkləndiyini görəndə müxalifət narahat olur. Amma onlar heç vaxt istəklərinə nail ola bilməyəcəklər”.
Millət vəkili bir daha vurğulayıb ki, bu mübarizəni aparmaq təkcə hökumətin və ya Milli Məclisin işi deyil: “Bütün Azərbaycan vətəndaşları bu istiqamətdə fəal olmalıdır. İlk növbədə hər kəs öz hüquqlarını bilməlidir. Xüsusilə, sahibkarların öz sahələrində hüquqi bilikləri aşağıdır. Əgər hər kəs öz hüququnu müdafiə edə bilərsə, qarşısına qoyulan qeyri-qanuni tələbdən vaxtında imtina edərsə, onda ölkədə bu mübarizə daha effektli nəticə verər”. Millət vəkilinin fikrincə, bu mübarizə və onun müsbət nəticələri xüsusilə əhalinin sosial müdafiəsinin daha da güclənməsinə stimul verir: “çox böyük imkanlar açıla bilər ki, bəzi məhsulların, o cümlədən, ərzaq məhsullarının qiymətləri aşağı düşsün. Görülən bu işlər insanların dövlətə inamını daha da gücləndirir. Fikrimcə, bu mübarizə qətidir, bundan sonra cəmiyyətdə korrupsiya və rüşvət olmayacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

