UNESCO niyə susur?
19.10.2022 [11:39]
Qurumun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqının yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir
P.İSMAYILOV
2020-ci ildə baş vermiş Vətən müharibəsi 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızla yanaşı, tarixi, mədəni abidələrimizi, milli irsimizi də azadlığa qovuşdurdu. Ötən dövr ərzində Azərbaycanın tarixi keçmişinə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib, qəbirləri dağıdıb. Tarixi Azərbaycan torpaqlarında yerləşən bu abidələrə qarşı aparılan vandal hərəkətlər isə beynəlxalq hüquq müstəvisində araşdırılmalı, müvafiq qiymətini almalıdır. Azərbaycanın mədəni irsinə qarşı soyqırımı həyata keçirən Ermənistan törətdiyi bu cinayətlərə görə də cavab verməlidir.
Yeri gəlmişkən, son günlər ermənilərin bu kimi vandal hərəkətlərindən birinin videogörüntüləri yayılıb. Videogörüntüdə məkan haqda dəqiq məlumat olmasa da, teleqram kanalları bunun Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığı olduğunu bildirirlər. Təbii ki, hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir. Məzarlığın dağıdılması - tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir. Bu isə insanlığa qarşı cinayət faktıdır.
“Ermənilər qəbirləri dağıtmaqla bizim izimizi həmin torpaqlardan silməyə çalışır”
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, ermənilər mütəmadi olaraq azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələrini, qəbiristanlıqları dağıdıb. Bir sözlə, Ermənistan həm azərbaycanlılara, həm də Azərbaycan mədəniyyətinə qarşı soyqırımı aktı törədir. Təəssüf ki, fəaliyyətini humanitar siyasət üzərində quran bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın tarixi-mədəni abidələrini yerlə-yeksan etməsinə susqunluq nümayiş etdirir, bu günə qədər həmin məsələyə münasibət bildirmir: “XX əsrdə etnik təmizləmə siyasəti aparan Ermənistan monoetnik dövlət qurub. Həmin ərazilərdə isə Azərbaycanın milli keçmişinə dair mühüm tarixi abidələr, qəbir nümunələri mövcuddur. Ermənilər bu abidələri, qəbirləri dağıtmaqla bizim izimizi həmin torpaqlardan silməyə çalışırlar. Belə hərəkətlər işğal altındakı Azərbaycan torpaqlarında da törədilmişdi. 44 günlük müharibədən sonra bu mənzərə görən hər kəsi dəhşətə gətirdi. Ağdamda, Şuşada və digər işğaldan azad edilmiş bölgələrimizdə qeyri-insani davranışlar sərgilənib, qəbirlər yerlə-yeksan olunub. Bir sıra bölgələrdə, hətta qəbiristanlıqların izi belə silinib. Post-müharibə dövründə ölkəmizə gələn, işğaldan azad edilmiş bölgələri ziyarət edən beynəlxalq aləmin nümayəndələri bu faktları öz gözləri ilə gördülər. Törədilən erməni vəhşiliklərinin miqyası ölçüsüzdür. Yayılan son videogörüntülərdə də analoji vəziyyət əks olunub. Bu faktın harada baş verməsi elə də mühüm əhəmiyyət kəsb etmir. Əsas olan odur ki, ermənilər tarixi, dini, mədəni abidələrimizə qarşı bu kimi vəhşiliklər törədir”.
Millət vəkili bildirib ki, 30 ilə yaxın işğaldan əziyyət çəkmiş Azərbaycan bu gün də sülhün yaradılması istiqamətində fəaliyyət göstərir, addımlar atır. Bu kimi qeyri-insani hərəkətlərə yol verən ermənilər isə bir daha öz simalarını nümayiş etdirmiş olurlar. “Dünyanın bir sıra coğrafiyasında münaqişələr mövcuddur. Hətta on illərlə davam edən münaqişələr zamanı da belə vəhşiliyə rast gəlmək mümkün deyil. Fikrimcə, beynəlxalq aləm bu kimi faktlara göz yummamalıdır. Ermənilərin törətdiyi bu cinayətlərin cavabı verilməlidir. Əks halda, bu kimi addımlar presedent yarada bilər. Bu isə daha böyük, qlobal faciələrə yol açar”, - deyə M.Məmmədli əlavə edib.
“UNESCO hələ də susmağa üstünlük verir”
Milli Məclisin deputatı Azər Badamov da Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 1990-cı illərdən sonra geniş vüsət aldığını, işğal dövründə həmin ərazilərdəki vandalizmlə paralel aparıldığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı erməni faşizmi məqsədyönlü dövlət siyasətinə çevrilib: “Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan Azərbaycanın misilsiz mədəniyyət abidələrini məhv edib. Bunu faktlar da təsdiqləyir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292 və yerli əhəmiyyətli 330 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri olub. Bütün bunlar ermənilər tərəfindən dağıdılıb, yerlə-yeksan edilib. Onlar nəinki tarixi-mədəni irsə hörmət göstərməyib, həm də qəbirləri dağıdıblar. Bu isə, dünyada ən qeyri-insani hərəkətlərdir”.
Millət vəkili bildirib ki, baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir. “Maraqlıdır ki, ortada faktlar mövcuddur, amma UNESCO hələ də susmağa üstünlük verir. UNESCO -nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqının yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır”, - deyən A.Badamov əlavə edib ki, tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO işğaldan azad edilmiş ərazilərimizdə törədilən vəhşiliklərə də göz yumur. Müharibənin bitməsindən ötən 2 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərilməyib. Halbuki, baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO -nun üzərinə götürdüyü missiya və vəzifədir: “Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, işğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi. Azərbaycan hər zaman UNESO -ya ciddi töhfələr vermiş ölkələrdəndir. Dünyanın bir çox yerində bəşəri mədəniyyətin bir parçası adlanan nümunələrin qorunmasında Azərbaycan həm təşəbbüskar, həm də maliyyəçi qismində iştirak edib. UNESCO -nun ən yeni tarixində, fəaliyyətində, nüfuzunun artırılmasında mənəvi mənada borcu olduğu ölkələrdən biri məhz Azərbaycandır. Mənəvi şəkildə borclu olduğu ölkəyə qarşı belə yanaşma isə adekvat sayıla bilməz. UNESCO -nun bu addımı elan etdiyi, üzərinə götürdüyü vəzifə və öhdəlikləri lazımi şəkildə həyata keçirə bilmədiyini deməyə əsas verir”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45

