Ölkədə ictimai nəzarət daha da gücləndirilməlidir
15.02.2011 [09:39]
Bu bir təkzibedilməz faktdır ki, hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bütövlükdə regionun iqtisadi potensialının 75, maliyyə kütləsinin isə 90 faizini öz əlində cəmləşdirib. Eyni zamanda, siyasi-hüquqi və hərbi cəhətdən bölgə dövlətlərindən irəlidə olan Azərbaycan inkişaf etmiş ölkə kimi statusunu və mövqeyini daha da möhkəmləndirir. Bu gün modernləşən Azərbaycanda bütün institutlar təkmilləşdirilir və dövlətin perspektiv inkişafı üçün daha geniş imkanlar yaradılır.
Prezident İlham Əliyev müxtəlif tədbirlərdə və görüşlərdə etdiyi çıxışlarında da dəfələrlə vurğulayıb ki, bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir: “Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni inkişaf etmiş ölkələr, bax, bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur”.
Əlbəttə ki, hər bir inkişaf etmiş cəmiyyətdə problemlər olduğu kimi, Azərbaycanda da bəzi çatışmazlıqlar var. ümumiyyətlə, elə bir ideal cəmiyyət yoxdur ki, orada problemlər olmasın və hər bir məsələdə şəffaflıq nəzərə çarpsın. Amma, xüsusi olaraq vurğulamaq lazımdır ki, problemlərin həllində dövlətin ortaya qoyduğu iradəyə dəstək olaraq, ictimaiyyət öz nəzarətini daha da artırmalı və cəmiyyətin mənfi tendensiyalardan xilas edilməsinə yardımçı olmalıdır.
Haqqında danışdığımız problemlərdən biri də korrupsiya və rüşvətxorluqdur. çox təəssüflər olsun ki, bu problem Azərbaycandan da yan keçməyib. Əslində, sözügedən sosial bəla yeni qurulmaqda olan dövlətlərin, eyni zamanda, bir neçə yüzillik təcrübəsi olan ölkələrin də əsas mübarizə hədəfi olub. çünki rüşvət və korrupsiya cəmiyyətin inkişafına mane olan, eyni zamanda, sosial dəyərlərin əsasını sarsıdan başlıca səbəblərdən biridir.
Məhz bu səbəbdən gənc dövlət olaraq, Azərbaycanda da bəhs edilən problemə qarşı ciddi mübarizə aparılır. Dövlətimiz bu cür mənfi hallara qarşı mübarizə aparmaq üçün ciddi səylər nümayiş etdirməkdədir. Prezident İlham Əliyevin tapşırığına əsasən 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. Bununla yanaşı, bir çox nazirliklərin, komitələrin və digər təşkilatların işçiləri yol verdikləri nöqsanlara görə işdən azad olunublar, bəziləri haqqında isə, hətta, cinayət işi də başlanıb.
Atılan addımlarla bağlı mətbuata açıqlama verən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasında əsas məqsəd ölkənin inkişafına mane olan neqativ halları aradan qaldırmaqdır: “Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasında əsas məqsədlərdən biri də ölkənin daxili və xarici imicinə xələl gətirən məsələləri birdəfəlik aradan qaldırmaq, ölkəmizdə həm əhalinin narazılığına səbəb olan amillərə son qoymaq, həm də iş adamlarının fəaliyyətinə mane olan halların qarşısını almaqdır”.
Əli Həsənov onu da bildirib ki, korrupsiyaya qarşı mübarizə kampaniya deyil. Bu səbəbdən də, hər bir vətəndaş korrupsiyaya qarşı mübarizədə fəallıq nümayiş etdirməli, bütün bəşəriyyət üçün bəlaya çevrilən olan bu virusun zərərsizləşdirilməsi üçün əlindən gələni etməlidir. Əgər Azərbaycanı inkişaf etmiş dövlət kimi görmək istəyiriksə, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparmalıyıq. Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi, biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq.
Əgər hər bir vətəndaş bu məsələdə aktivlik nümayiş etdirərsə, bu fəaliyyətin nəticəsi olaraq, haqqında danışdığımız sosial-ictimai bəla aradan qaldırılarsa, Azərbaycanın inkişafı daha da sürətlənər, sosial ədalət prinsipi daha dəqiq öz təsdiqini tapar. Əksinə, vətəndaşlar bu problemlə mübarizədə dövləti meydanda tək buraxarsa, o zaman, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə effektiv nəticələrin əldə olunması ehtimalı azalar.
Bu səbəbdən də, hər bir vətəndaş müasirləşən Azərbaycanın sivil cəmiyyətinə məxsus aktivlik nümayiş etdirməli, qanun çərçivəsində öz haqqını tələb etməli və korrupsiya hallarının yığışdırılmasında dövlətə yardım göstərməlidir.
Bir sözlə, Prezident İlham Əliyevin sözlərilə desək, ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır: “Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

