/ / Yeni Azərbaycan Partiyasının üzvü olmaq dövlətimizin modernləşməsində iştirakın fundamental əsasını təşkil edir
Yeni Azərbaycan Partiyasının üzvü olmaq dövlətimizin modernləşməsində iştirakın fundamental əsasını təşkil edir
11.02.2011 [10:33]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında “Eurovision - 2010” yarışmasının beşincisi Səfurə Əlizadəyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib ki, dünyanın populyar mahnı yarışması olan “Eurovision - 2010”un iştirakçısı Səfurə Əlizadə Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmişdi: “Bildiyiniz kimi, bir müddət öncə YAP Gənclər Birliyinin Qəbələ rayonunda keçirilmiş möhtəşəm konfransında qonaq qismində çıxış edən Səfurə Əlizadə partiyamızın gəncləri ilə bir sırada olmaq istədiyini bildirmişdi. Yeni Azərbaycan Partiyasının gəncləri Səfurə Əlizadənin müraciətinə diqqətlə yanaşaraq, onun ərizəsi əsasında, partiyamızın sıralarına qəbul olunması haqqında qərar qəbul etdi”.
Əli Əhmədov vurğulayıb ki, Səfurə Əlizadənin YAP-a üzv olmaq üçün müraciət etməsi tamamilə qanunauyğundur: “Bu gün Yeni Azərbaycan Partiyası sıralarında 530 min Azərbaycan vətəndaşını birləşdirir. Bunların da 40 faizini gənclər təşkil edir. Bu gün cəmiyyətimizin müxtəlif sahələrində fəaliyyət göstərən, bəzi hallarda isə ölkəmizdən kənarda Azərbaycanı təbliğ etmiş insanlar da Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul edilib. Bu, YAP-ın uğurları ilə, partiyamızın sıralarındakı gənclərimizin inkişafı üçün, həmçinin, malik olduqları qabiliyyətləri tətbiq etməkdən ötrü onlara yaradılmış imkanlarla, eyni zamanda, Prezident İlham Əliyevin partiyaya rəhbərlik etməsilə əlaqədardır. Bütün bunlar isə bir tərəfdən YAP-ın gücünü müəyyənləşdirir, digər yandan partiyamızı Azərbaycan vətəndaşları, xüsusilə, gənclərimiz üçün cəlbedici edir”.
“Hər bir gənc öz qabiliyyətini nümayiş etdirmək üçün maksimum səy göstərir və ölkədə fəaliyyət göstərən hər bir təşkilatın əsas vəzifəsi həm də ondan ibarətdir ki, bütün vətəndaşlara, o cümlədən, gənclərə onların öz potensialını ifadə etməkdən ötrü əlverişli şərait yaratsın” - deyən, İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası bu istiqamətdə üzərinə düşən məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
“Bizim partiyanın sıralarında olan gənclərin potensialının aşkara çıxarılması, bu potensialın sahiblərinin və dövlətimizin maraqları baxımından istifadəsi üçün şəraitin yaradılmasına maksimum səy göstərilir. Bu səylər də öz növbəsində yüksək nəticələrin əldə olunmasına gətirib çıxarır” - deyə, Əli Əhmədov əlavə edib.
Millət vəkili Əli Əhmədov deyib ki, partiyanın sıralarında Azərbaycanın ən layiqli insanlarının fəaliyyət göstərməsi, vətəndaşların Yeni Azərbaycan Partiyasının fəaliyyətindən razılıq ifadə etməsi məmnunluq hissi yaradır: “Yeni Azərbaycan Partiyası öz fəaliyyəti, siyasətilə, hər bir üzvünün davranışı ilə elə bir imic qazanıb ki, Azərbaycan xalqı bu partiyaya hörmət və ehtiramla yanaşır. Bütövlükdə hesab edirik ki, Azərbaycanın ictimai-siyasi həyatını Yeni Azərbaycan Partiyasından kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycanın bu günü, bu gününə gətirib çıxarmış keçmişi, gələcəyi də Yeni Azərbaycan Partiyası ilə bağlıdır”.
“Gələcək gənclərə məxsusur” - deyən, İcra katibi Əli Əhmədov əlavə edib ki, Yeni Azərbaycan Partiyası həm də bugünkü gənclərin daha rahat və firavan yaşaması üçün fəaliyyət göstərir: “Digər tərəfdən isə, partiyamız Azərbaycanın quruculuğu kimi məsuliyyətli bir işdə cəmiyyətin bütün üzvləri ilə yanaşı, həm də gənclərin yaxından iştirak etməsi üçün şərait yaradır. Biz istəyirik ki, gənclərimiz yaxşı təhsil alsınlar, fəal olsunlar, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etsinlər, ölkəmizin mədəniyyətini inkişaf etdirmək üçün töhfələrini ortaya qoysunlar, dövlətimizin müasirləşməsində, modernləşməsində gənclərin potensialından istifadə olunsun”.
“Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin fəlsəfəsi, məntiqi ondan ibarətdir ki, gənclər yüksək səviyyədə təhsil alsın, onların qabiliyyətləri aşkara çıxarılsın və inkişaf etdirilsin, eyni zamanda, gənclərimizin potensialından maksimum şəkildə istifadə edilsin. Gənclər bu gün ölkə əhalisinin say tərkibində yüksək çəkiyə malikdirlər. Təxminən 20 il ərzində Azərbaycanın əhalisi 2 milyon nəfər artıb. Bu o deməkdir ki, bizim ölkəmizdə çoxlu sayda gənclər var. Bu bir tərəfdən, Azərbaycan cəmiyyətinin böyük gələcəyindən xəbər verir, digər tərəfdən isə, böyük bir inkişaf potensialını ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə modernləşən Azərbaycanın ən layiqli sakinləri gənclər olacaq. Bugünkü gənclər təkcə Azərbaycanın sakinləri deyil, eyni zamanda, sahibləri olacaqlar” - deyə, Əli Əhmədov vurğulayıb.
Millət vəkili söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq dövlətimizin modernləşməsində iştirakın fundamental əsasını təşkil edir.
Sonra YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Səfurə Əlizadəyə partiyaya üzvlük vəsiqəsini və ümummilli lider Heydər Əliyev haqqında multi-media diskini təqdim edib.
Yeni Azərbaycan Partiyasının üzvü, “Eurovision - 2010” yarışmasının beşincisi Səfurə Əlizadə çıxış edərək, partiya rəhbərliyinə diqqət və qayğıya görə təşəkkürünü bildirib.
İcra katibi Əli Əhmədov Səfurə Əlizadəyə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

