Sərhədlər hansı xəritə ilə müəyyənləşəcək?
06.10.2022 [10:34]
Ermənistanda bununla bağlı ajiotaj yaşanır
P.İSMAYILOV
Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən görüş bir çox məqamları ilə yadda qaldı. Bu görüş həm də, sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin sürətlənməsi, ölkələr arasında problemlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir. Təbii ki, ortada olan ən əsas məsələ isə sərhədlərin müəyyənləşdirilməsi məsələsidir. Bu prosesin hansı istiqamətdə aparılması, hansı xəritələrə istinad olunması mühüm müzakirə obyektidir.
Bu arada Ermənistanın keçmiş deputatı, bu ölkəni AŞPA-da təmsil edən Naira Zöhrabyan demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağı barədə məlumat paylaşıb. O, bu barədə sosial şəbəkədə paylaşım edib: “Erməni vaxtı”nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan delimitasiya və demarkasiya prosesini 1919-20-ci illər xəritəsi ilə təsəvvür edir. Budur xəritə. Bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır”.
Bununla yanaşı, bir neçə gün öncə Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Jamanak” qəzeti də Azərbaycanın 5 tələbindən birinin sərhədlərin 1919-2020-ci illər xəritəsi ilə (Azərbaycan Demokratik Cümhuriyyəti və Ermənistan Demokratik Respublikasının xəritələri əsasında) müəyyənləşəcəyi ilə bağlı məlumat yayıb. Yeri gəlmişkən, Azərbaycan Demokratik Cümhuriyyəti və Ermənistan Demokratik Respublikası bu əraziləri ilə 1920-ci il 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb.
Bu faktlar həm də onu deməyə əsas verir ki, artıq Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlayır. Məğlubiyyətini etiraf edən Ermənistan anlayır ki, sülh müqaviləsini Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalayacaq.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, son dövrlər xüsusilə KİV-in Ermənistan seqmentində bir sıra xəbərlər dolaşmaqdadır. Bu xəbərlərə əsasən, Azərbaycan tərəfi Cenevrədə XİN rəhbərləri səviyyəsində keçirilən görüşdə 5 təklif irəli sürüb və bu təkliflər Azərbaycanın maraqlarını əks edirir. Ermənistan isə təslimçi şərtləri qəbul etməlidir: “Düşünürəm ki, burada hər hansı bir formada təslimçilikdən söhbət getmir. Bu, reallığı əks etdirən bir mənzərədir. Çünki Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Suverenliyimizin həmin regionda təmin olunması ilə bağlı xüsusi planlarımız var”.
Politoloqun fikrincə, sərhədlərin delimitasiyası da çox önəmli bir məsələdir. Cenevrə görüşündə Azərbaycan delimitasiya komissiyasının işinin noyabr ayından oktyabr ayına keçirilməsini tələb edib. “Düşünürəm ki, bu tələb də yerinə yetirilməlidir. Eyni zamanda, Ermənistan delimitasiya işinə müsbət yanaşırsa, bu prosesdən imtina etməməlidir. Çünki siyasi danışıqlardan imtina edən Ermənistan tərəfi dəfələrlə eskalasiya yolunu seçsə də, burada da sarsıdıcı zərbələr almışdır. Fikrimcə, delimitasiya komissiyası həm də tarixi xəritələrə nəzər salmalıdır. Ermənistanın eks deputatı Naira Zöhrabyan hər zaman təhrikçi fikirləri ilə yadda qalır və bu məsələdə də diqqəti cəlb etməyə çalışır. Lakin onun paylaşdığı xəritələr özündə tarixi reallığı əks etdirir. Heç kimə sirr deyil ki, İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsində Dərələyəz də daxil olmaqla Qərbi Zəngəzurun yer alması Azərbaycanın iradəsinə bağlıdır. Eyni zamanda, biz burada dinc qayıdışı nəzərdən keçiririk. Sərhədlər müəyyənləşirsə, birgəyaşayış haqqında konsepsiya formalaşırsa, dövlətlər bir-birinə qarşı ərazi iddialarından imtina edirsə, təbii ki, qərbi azərbaycanlılar da bu gediş-gəlişdə iştirak etməlidirlər. Burada hər hansı formada böyük mübaliğəyə də ehtiyac yoxdur. Tarixi torpaqlarla bağlı məsələ hazırda siyasi gündəlikdədir. Azərbaycan tərəfinin bu sahəyə diqqət ayırması hiss olunur. Ona görə də 1919-1920-ci illərin xəritələri əsasında sərhədlərin müəyyənləşdirilməsi mümkün haldır. Ermənistan məhz bu xəritələrə istinad edərək sərhədlərin müəyyənləşdirilməsi işində iştirak edə bilər. Əgər imtina etsə, Azərbaycan daha köhnə xəritələri prioritet hesab edə bilər. Bu da Ermənistan üçün çox ağır nəticələrə yol aça bilən proses kimi qəbul olunacaq”, - deyən İ.Hüseynov onu da əlavə edib ki, bu məsələlərin aktiv formada müzakirəsi həm də Ermənistan cəmiyyətinin sülh prosesinə hazırlanmasına yönəlib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52

