Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü siyasi təşkilatdır
07.02.2011 [10:17]
Bu gün Azərbaycanın siyasi palitrasında özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyası (YAP) Cənubi Qafqazın ən böyük sosial dayağa və gücə malik partiyası kimi tanınır. ölkəmizin sosial, siyasi, mədəni və digər sahələrində aktiv fəaliyyət göstərən YAP, eyni zamanda, Azərbaycan cəmiyyətinin üzvlərinin böyük əksəriyyətini özündə birləşdirən avanqard siyasi təşkilatdır. Əlbəttə ki, YAP-ın ölkəmizdəki ictimai-siyasi proseslərdə, xüsusilə, gənclərin iştirakına üstünlük verməsi, onlara öz qabiliyyətlərini nümayiş etdirmək üçün əlverişli şərait yaratması gənclərin bu siyasi təşkilata axınını sürətləndirir. Bu baxımdan da, öz kreativ və intellektual keyfiyyətlərinə arxalanan gənclərimiz könüllü şəkildə Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün partiyanın rayon təşkilatlarına müraciətlər edirlər. Məlum olduğu kimi, müraciət edənlərin sırasında Səfurə Əlizadə də var.
Qeyd edək ki, Səfurə Əlizadə 1992-ci ildə Bakı şəhərində musiqiçi və dizayner ailəsində anadan olub, 3 yaşından oxumağa başlayıb. Kaman və saksafon üzrə orta musiqi təhsili var. Müxtəlif müsabiqələrdə iştirak edib. “Avroviziya-2010” Mahnı Müsabiqəsində iştirak edəcək Azərbaycan təmsilçisinin seçilməsi üçün həmin il fevralın 2-də keçirilən yarımfinal mərhələsində “Söz ver” mahnısı ilə yarışıb. Münsiflərin seçimi ilə finala çıxıb. Sonra münsiflərin səsverməsi nəticəsində milli finalın da qalibi olub. 2010-cu il, mayın 29-da keçirilmiş “Avroviziya-2010” yarışmasının final mərhələsində uğurla çıxış edərək 145 balla beşinci yerə çıxıb...
S.Əlizadənin Yeni Azərbaycan Partiyası, ölkəmizdə gənclərə olan diqqət və qayğı haqqında fikirlərini öyrənmək və ictimaiyyəti məlumatlandırmaq üçün onunla görüşdük:
- Səfurə xanım, ilk olaraq, ölkəmizdə gənclərə olan dövlət qayğısı haqqında fikirlərinizi bilmək istərdik...
- ölkəmizdə gənclər üçün çox böyük imkanlar yaradılıb. Hər bir sahədə xüsusi keyfiyyətlərə malik gənclərin fəaliyyət göstərməsi, Azərbaycanı xarici ölkələrdə təbliğ etməsi üçün hər bir şərait var. Bütün bu şəraiti isə əlbəttə ki, dövlət yaradır.
Gənclərimizin problemlərinin həlli istiqamətində qanunvericilik səviyyəsində bir çox işlərin görülməsi, mədəniyyət, incəsənət, idman, təhsil və başqa sahələrdə gənclərimizin böyük uğurlar qazanması, məhz, dövlətimizin onlara dəstəyinin məntiqi nəticəsidir. Mənim “Avroviziya-2010” yarışmasına getməyim və bir çox ölkələrin təmsilçilərini arxada qoymaqla, beşinci yerə çıxmağım da dövlətin qayğısının nəticəsidir.
Bu gün gənclərimiz yüksək biliklər əldə edir və öz biliklərini dövlətimizin inkişafına yönəldirlər. Mən Avropa ölkələrində olarkən, orada çoxlu azərbaycanlı tələbələrlə qarşılaşdım. Onların bir çoxu dövlət xəttilə oxumağa gələnlər idi.
Mən əminəm ki, dövlətin biz gənclərə olan diqqət və qayğısı ildən-ilə daha da artacaq. Bundan ruhlanan gənclərimiz isə Azərbaycanın bayrağını xarici dövlətlərdə yüksəltməklə, yeni-yeni uğurlar qazanacaq, əldə etdikləri biliklər nəticəsində dövlətimizin hərtərəfli inkişafına öz töhfələrini verəcəklər.
- Siz Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün partiyanın Binəqədi rayon təşkilatına müraciət etmisiniz. Hansı səbəblərə görə, məhz YAP-a üzv olmaq istədiniz?
- Bilirsiniz, YAP cəmiyyətin aparıcı siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü siyasi təşkilat olmaqla, Azərbaycanın inkişafında xüsusi rola malikdir. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsi gənclərin fəallığını da ildən-ilə artırır. Seçkilər zamanı gənclərin iştirakını, onların parlament və bələdiyyələrdə təmsil olunmalarını bu aktivliyə misal olaraq, göstərə bilərəm. Bu gün parlament üzvləri arasında gənclərin də olması diqqətəlayiq haldır. Mən sizə deyim ki, digər ölkələrdə gənclərə diqqət Azərbaycandakı səviyyədə deyil.
Bir sözlə, YAP inkişaf və tərəqqi partiyasıdır. YAP hər bir gəncin fikrinə diqqətlə yanaşır. Ona görə də, hər bir sağlam düşüncəli gənc mənim kimi YAP-ın sıralarına könüllü şəkildə daxil olur. Məhz bu səbəblərdən də, mən də YAP-ın sıralarına qəbul olunmaq istədim. Hər bir gənc kimi, mən də bundan sonra YAP-ın Azərbaycanın inkişafı naminə görəcəyi bütün işlərdə iştirak etmək arzusundayam.
Bildiyiniz kimi, yanvar ayının 29-da Qəbələ rayonunda YAP Gənclər Birliyinin III konfransı keçirildi. Mən konfransda qonaq kimi iştirak edirdim. Həmin konfransda çıxış etdim və YAP Gənclər Birliyinin ölkə gəncləri arasında böyük nüfuz qazandığını söylədim. Məhz, Qəbələdə partiya sıralarına üzv olmaq haqqında YAP rəhbərliyinə müraciət etdim. Sonradan isə fevral ayının 1-də Gənclər Günü ilə bağlı YAP Binəqədi rayon təşkilatında keçirilən tədbirdə iştirak etdim və partiyaya üzv olmaq üçün lazım olan sənədləri təqdim elədim.
- Bir qədər də sizin sənət fəaliyyətiniz barədə danışaq. Azərbaycan musiqisi xarici ölkələrdə necə qəbul edilir?
- Azərbaycan musiqisi bu gün bütün dünya ölkələrində sevilir və dinlənilir. Musiqimizdə mövcud olan milli koloritlər, insanın ruhunu oxşayan məqamlar dünya xalqlarını da valeh edir. Hazırda İsveçdə yaşayıram və bu ölkədə də Azərbaycan musiqisinin, incəsənətinin təbliği işi ilə məşğul oluram. İsveçdə Azərbaycan musiqisinin necə sevildiyinin də şahidiyəm. Düşünürəm ki, musiqimizin dünya ölkələrində təbliği işi davamlı olmalıdır. çünki, tarixi-mədəni kökü olan Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, musiqisi bəzi düşmənlərimiz tərəfindən təhrif edilir. Bu isə beynəlxalq arenada müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Ona görə də, mən belə hesab edirəm ki, Azərbaycan musiqisinin təbliği işi daha da gücləndirilməlidir.
- Məlum olduğu kimi, Azərbaycanı “Avroviziya-2011” yarışmasında ölkəni təmsil edəcək 5 ifaçı artıq milli seçim turunun final mərhələsinə vəsiqə qazanıb. Bir neçə gündən sonra finalçının adı açıqlanacaq. Sizin ifaçılara hansı məsləhətləriniz ola bilər?
- Əlbəttə ki, bütün dünyanın diqqət mərkəzində olan bir yarışmada Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir. Əsas odur ki, həmin yarışmada Azərbaycanı layiqincə təmsil etsinlər. İlk növbədə, səhnə həyəcanı olmamalıdır, tamaşaçıları ələ almaq üçün əlindən gələni etməlidirlər. Bu hər hansı adi bir musiqi yarışması deyil. Burada Avropanın böyük dövlətlərinin nümayəndələri iştirak edir. Onlar arasında yüksək yeri tutmaq, ilk növbədə, Azərbaycanın Avropada reytinqinin qaldırılması demək olacaq. Mən onlara uğurlar arzulayıram. Qoy Azərbaycanı layiqincə təmsil etsinlər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

