Dağlıq Qarabağ problemi AŞPA-nın qış sessiyasında geniş müzakirə olunur
27.01.2011 [11:29]
Məlum olduğu kimi, Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilir və Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir. Sessiyanın gündəliyinə Moldovada keçirilmiş parlament seçkiləri, “Şərq tərəfdaşlığı” proqramı və onun Şərqi Avropada iqtisadi inkişafa təsiri, Gürcüstanda demokratik təsisatların inkişafı, Bern Konvensiyasının yerinə yetirilməsi və digər məsələlər daxildir. Həmçinin, sessiyada insan haqları və qaçqınların vəziyyəti diqqət mərkəzində olacaq.
Artıq baş tutmuş iclaslarda Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəliyə gətirərək ölkəmizin mövqeyini açıqlayıb, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsələsini qaldırıblar. Bununla yanaşı, Türkiyənin xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Əhməd Davudoğlu da sessiyadakı çıxışında Ermənistanı işğalçılıq siyasətinə görə sərt tənqid edib. O, bildirib ki, Türkiyə qonşuları ilə bütün məsələləri açıq şəkildə müzakirə etməyə hazırdır: “Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların imzalanması bəzi məqsədlər daşıyırdı. Mövcud problemlər bu normallaşmanın həyata keçirilməsinə maneələr yaratdı. Ermənistan bu gün Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal edib”. Ə.Davudoğlunun sözlərinə görə, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır: “Azərbaycan Avropa Şurasının üzvüdür. Əgər Ermənistan onun 20 faiz ərazisini işğal edirsə, deməli, təşkilatın əsas dəyərlərinin pozulması halı var. Əgər siz Avropa Şurasının bütün dəyərlərinə hörmət etsəniz, əminəm ki, bir gün Avropanın bu hissəsində də sülh bərqərar olacaq. Belə olarsa, Azərbaycanla Ermənistan arasında da münasibətlər əsaslı şəkildə yaxşılaşar. Türkiyə onu əhatə edən ölkələri dost kimi görür. Əgər Ermənistan da ətrafında dost ölkə görmək istəyirsə, Azərbaycanı da dost qismində görməlidir. Bu halda Qafqazda sülh və sabitlik bərqərar olar. Bu, bizim siyasi məqsədimizdir”.
Göründüyü kimi, qardaş Türkiyə dövləti nüfuzlu beynəlxalq təşkilatın tribunası vasitəsilə bir daha Ermənistanın işğalçılıq siysətini pisləyərək Azərbaycanın təcavüzdən əziyyət çəkdiyini diqqətə çatdırıb. Sessiyada həmçinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitənin fəaliyyətinin bərpası məsələsi də gündəmdədir. Məlum olduğu kimi, AŞPA-nın sədri Mövlüd çavuşoğlu Ermənistan tərəfinin etirazlarına baxmayaraq alt komitənin fəaliyyətinin bərpa olunacağını bildirib. Eləcə də, təşkilatın baş katibi Torbyörn Yaqland da məsələyə münasibətini açıqlayıb.
Qurumun qış sessiyasında Azərbaycan üçün vacib məqamlardan biri ötən ilin noyabr ayında keçirilimiş parlament seçkiləri ilə bağlı hesabatın müzakirəsi olub. Assambleyanın sessiyasının birinci günü plenar iclasın sonunda qurumun Daimi Komitəsi adından Lüksemburqlu parlamentar xanım Anna Brasserin hazırladığı hesabat ətrafında müzakirələr aparılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov seçkiləri 7 mindən çox yerli və beynəlxalq müşahidəçilərin izlədiyini deyib: “Seçkiöncəsi müşahidələr də seçki prosesini daha yaxşı anlamaq üçün çox vacibdir. Bildiyiniz kimi, bu seçkilərlə bağlı AŞPA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Parlamenti birgə bəyanat qəbul etdilər. Bu sənədə imza atan təşkilatlar Azərbaycanın gələcəyi naminə ölkəmizlə əməkdaşlıqlarını davam etdirəcəklərini qeyd ediblər. Bu çox mühüm bir məsələdir. çox təəssüf ki, bir qrup adamlar seçkilərin belə sakit bir şəraitdə keçdiyini nəzərə almaq istəmirlər. Onlar ölkədəki bütün siyasi partiyaların iştirakını lazımi şəkildə qiymətləndirmədilər. Biz demək olar ki, bütün namizədlərə ölkənin İctimai Televiziyasında efir vaxtı ayırdıq. Onlar bu seçkilərlə bağlı beynəlxalq təşkilatların məqbul sayılan rəylərini də qəbul etmək istəmədilər və bizi tənqid və şantaj atəşinə tutdular. özü də ki, tək hakim partiyanı deyil, eyni zamanda, bunu beynəlxalq müşahidəçilərə qarşı da etdilər. Bu baxımdan, mən bir daha AŞPA-ya və onun üzvlərinə öz təşəkkürümü bildirmək istərdim. çünki seçkilərdə iştirak etmiş AŞPA üzvləri onların ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan olan həmkarlarından fərqli olaraq vəziyyətin daha real tərəfini əks etdirdilər. Bu baxımdan, hesab edirəm ki, bu seçkilər birmənalı olaraq irəliyə atılan addımdır. Eyni zamanda, biz bu təşkilatın məsləhət və tövsiyələrini dinləməyə və əməkdaşlıq etməyə də hazırıq”.
Mövzu ətrafında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA-dan Azərbaycandakı son parlament seçkilərində müşahidəçi olaraq iştirak etmiş bütün həmkarlarına minnətdarlığını bildirib. O, bu müşahidəçiliyi Azərbaycan xalqı və dövlətinə demokratiya yolunda daha bir addım irəliyə getmək üçün göstərilən kömək kimi qiymətləndirdiyini deyib. Onu da qeyd edək ki, dünən Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ili tamam olub, bu münasibətlə qurumun sessiyası çərçivəsində tədbirlər keçirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

