Barrozu Bakıda dediklərini Avropaya qayıdan kimi "unudub"
22.01.2011 [13:10]
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra saysız-hesabsız ikilistandartlı mövqelərlə üz-üzə qalıb, ədalətsizliklərlə üzləşib. Məhz bunun nəticəsidir ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün BMT TŞ, Avropa Şurası, Aİ, ATƏT, NATO və digər beynəlxalq təşkilatların bir sıra sənədlər və qətnamələr qəbul etməsinə baxmayaraq, onların tələbləri hələ də yerinə yetirilməyib, işğalçı ölkəyə qarşı hər hansı təzyiq vasitəsi işə salınmayıb və ya sanksiya qəbul edilməyib. Təbii ki, dünyada sülhün, sabitliyin qorunmasında xüsusi səlahiyyətlərə malik olan təşkilatların işğala məruz qalmış, vətəndaşlarının bir milyondan çoxu isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycana qarşı bu cür münasibət sərgiləməsi təəssüf doğurur. Heç şübhəsiz belə münasibəti görən Azərbaycan ictimaiyyəti haqlı olaraq bu cür təşkilatlarla əməkdaşlığı sual altına alan müxtəlif məsələlər ətrafında düşünməyə başlayır...
Yeri gəlmişkən, bu cür ikili standartlara əsaslanan mövqeyi yanvar ayının 13-14-də Azərbaycanda səfərdə olmuş Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da nümayiş etdirib. Məsələn, Avropa Komissiyasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bəyanatla çıxış edərək deyib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Əlbəttə ki, Manuel Barrozu bunu deyərkən heç də “Amerika kəşf etməyib”. Sadəcə olaraq, o, Avropa Komissiyasının sədri kimi rəhbərlik etdiyi qurumun, ötən ilin may ayında Avropa Parlamentində qəbul edilmiş qətnamə ilə üst-üstə düşən mövqeyini ortaya qoyub. Məlumat üçün qeyd edək ki, həmin qətnamənin “Dağlıq Qarabağ münaqişəsi” bölməsində Ermənistandan silahlı qüvvələrini işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı rayonlardan dərhal çıxarması tələb edilib, münaqişənin beynəlxalq prinsiplər və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.
Lakin nədənsə, Barrozu geri qayıdan kimi, Azərbaycanda səsləndirdiyi fikirləri “unudub” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında onun söylədikləri təhrif edilmiş formada Avropa Komissiyasının rəsmi saytında yerləşdirilib.
Belə ki, Xose Manuel Barrozu Avropa Komissiyasının sədri kimi Azərbaycanda aşağıdakı fikirləri səsləndirib: “İcazə verin, onu da bildirim ki, Avropa İttifaqı əlbəttə ki, tərəfdaşlarının, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyirik və əgər bütün tərəflər razıdırsa, biz bundan sonra da dəstək verməyə hazırıq. Nizamlama əldə olunduqdan sonra sülh prosesinə siyasi dəstək verə və etimadyaratma tədbirlərini maliyyələşdirə bilərik”.
Avropa Komissiyasının sədrinin rəhbərlik etdiyi qurumun rəsmi saytında isə yuxarıdakı fikirlər bu cür verilib: “Dağlıq Qarabağ məsələsində irəliləyişin olmadığına görə narahatçılığımı bölüşdüm. Bundan əziyyət çəkən bütün cəmiyyət və ailələrə öz dərin başsağlığımı çatdırdım. Bütün tərəflərin tez sülhün əldə olunması naminə əllərindən gələni etməsi üçün çoxdan vaxt çatıb. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun işi davam etdirilməlidir. Aİ bunun üçün bütün səyləri dəstəkləyir. Əgər bütün tərəflər razıdırsa, Aİ bundan sonra da dəstək olmağa hazırdır: danışıqlar prosesinə siyasi dəstək və razılıq əldə edildiyi təqdirdə bərpa işlərinə yardım”.
Barrozunun bu cür münasibət sərgiləməsi əlbəttə ki, təəssüf doğurur və ortaya bir çox suallar da çıxarmış olur. Axı, Barrozunun bu fikirlərini Azərbaycanda nəşr olunan qəzetlər, eyni zamanda, elektron KİV resursları yayıblar. Həmçinin, Barrozunun çıxışının video görüntüləri də mövcuddur. Görəsən nə üçün, M.Barrozunun xarici və yerli kütləvi informasiya vasitələri qarşısında etdiyi çıxış Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməyib və çıxışın Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəz edilib? Maraqlıdır, görəsən, Barrozu Bakıdan gedəndən sonra hansı hadisələr baş verib ki, Avropa Komissiyasının sədrinin fikirləri bu dərəcədə təhrif olunub? Məgər, Barrozu təcrübəsiz və məsuliyyətsiz siyasətçidir ki, BMT, Avropa Şurası, ATƏT, İKT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı öz əksini tapmış fikirləri bir daha səsləndirmək onun üçün problem yaratsın?
Ətrafında düşünüləsi əsas məsələ odur ki, hansı amil(lər)in və ya qüvvə(lər)in təsirilə Xose Manuel Barrozu Avropa Parlamentinin keçən ilin mayında qəbul etdiyi qətnamədə əks olunmuş həqiqətlərlə üst-üstə düşən fikirlərini təhrif etməyə məcbur olub? Bəlkə, biz bu məsələdə də erməni izi axtarmalıyıq? çünki Barrozunun mətbuat katibi Maykl Katniçkin məhz, ermənilərə “Dağlıq Qarabağla bağlı Avropa İttifaqının və onun nümayəndələrinin mövqeyini başqalarının yazdığından deyil, Aİ-nin rəsmi internet saytından öyrənmək lazımdır” deməsi də müəyyən şübhələr doğurur.
Bu səbəbdən də, aparılan ictimai müzakirələrdə Azərbaycan ictimaiyyəti haqlı olaraq sual edir ki, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən məsələlərə belə səthi yanaşan, ən yüksək səviyyədə ifadə olunmuş mövqedən bir andaca geri çəkilən qurumla necə səmərəli və hərtərəfli əməkdaşlıq qurula bilər? Və ya Bakıda bir söz deyən, Avropaya qayıtdıqdan sonra isə tam başqa fikir yaydıran Xose Manuel Barrozunun digər məsələlərdə səmimiliyinə inanmaq olarmı?
Bir sözlə, Azərbaycan ictimaiyyətini düşündürən məsələlər çoxluq təşkil edir və bu cür sualların sayını dəfələrlə artırmaq da olar. Bu mənada Azərbaycan ictimaiyyəti Avropa Komissiyası rəsmilərinin sözügedən məsələyə aydınlıq gətirəcəyinə və problemin qısa zamanda aradan qaldırılacağına ümid edir. çünki bu cür ikilistandartlı, Avropa İttifaqının beynəlxalq imicinə mənfi təsir göstərə biləcək mövqenin ortaya qoyulması Aİ ilə Azərbaycan arasında imzalanmış “Əməkdaşlıq və tərəfdaşlıq Sazişi”nin ruhuna ziddir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32

