Növbəti “Qisas” əməliyyatı keçirə bilərik
13.09.2022 [10:19]
Qarşı tərəf hər zaman təxribatlara görə layiqli cavabını alacaq
N.BAYRAMLI
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində keçirilən görüşlərdən və əldə edilən razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Sayca dördüncü olan üçtərəfli görüşdə bəzi razılaşmalar əldə olundu. Paşinyan sülh razılaşmasının tərəfdarı olduğunu desə də, görüşdən keçən müddət ərzində demək olar ki, hər gün erməni hərbi birləşmələri təxribatlar törədir, mövqelərimizi atəşə tutur.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ümumiyyətlə, ermənilərin bu təxribatı hansı məqsədlərə hesablanıb? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan diqqəti bölgəyə çəkmək üçün təxribatlar edir. Onun fikrincə, son günlər davam edən hərbi təxribatlarla Ermənistan bölgədə gərginlik olmağı haqqında yanlış rəy formalaşdırmaq istəyir: “Nəzərə almaq lazımdır ki, dördüncü Brüssel görüşündən bəri Ermənistanın hərbi təxribatları demək olar ki, ara vermir. Ermənistan artıq 10 gündür ki, hər gün cəbhə bölgəsində gərginlik yaradır. Hazırda ordumuz tərəfindən bu təxribatların layiqli cavabı verilir. Lakin hesab edirəm ki, beynəlxalq moderatorlar Ermənistanın bu təxribatçı şıltaqlıqlarına qarşı daha kəskin mövqe nümayiş etdirməlidir. Necə olur ki, Brüsseldə sülhlə bağlı razılıq əldə olunduğu halda Ermənistan yenə qarışıqlıq yarada bilir? Eyni zamanda nəzərdən qaçırmamalıyıq ki, Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayev regiona gəldi. Həmçinin, ABŞ tərəfindən də Filip Rikerin Cənubi Qafqaz səfəri davam edir. Belə olan təqdirdə, bu təxribatlar Qarabağla bağlı guya hələ də gərginlik qalmağı barədə süni təsəvvür yaratmağa hesablanıb. Ermənistan Cənubi Qafqazdakı sabitliyi özünə təhdid kimi görür. Xarici güclərin diqqətindən kənar qala biləcəyini düşünür”.
T.İsmayılov qeyd edib ki, Ermənistanda siyasi hakimiyyət də, hərbi komandanlıq da gözəl dərk edir ki, Azərbaycanla Ermənistan heç bir halda müqayisə belə edilə bilməz: “Bu provokasiyalar davam edəcəyi təqdirdə isə Azərbaycan ordusundan layiq olduqları cavabı alacaqlarını bilirlər. Ona görə də, beynəlxalq birlik nə qədər ki, Ermənistanən nazı ilə oynayacaq, bu problemlər də bitəcək kimi görünmür”. Politoloq hesab edir ki, Ermənistan təxribatları davamlı olarsa Azərbaycan anti-terror əməliyyatlarına davam etmək hüququnu özündə saxlayır.
Hərbi ekspert Emin Həsənli isə bildirib ki, erməni tərəfi mütəmadi olaraq təxribatlar törətməkdə davam edir. Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Ona görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etdi. Bu gün Azərbaycan Ordusu çox güclüdür, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirir. Bundan sonra da istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Əgər ermənilər təxribatlara davam etsələr, dəmir yumruq yenə də başlarına dəyəcək.
E.Həsənlinin fikrincə, Azərbaycan növbəti dəfə “Qisas” əməliyyatı keçirə bilər. Çünki dövlətimizin öz sərhədləri çərçivəsində bu əməliyyatları keçirmək hüququ var. Dövlət sərhədində təxribatların törədilməsinə gəlincə, ekspert hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq: “Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. Bu mənada, erməni tərəfi bundan sonra da layiqli cavablarını alacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05

