/ / Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar YENİLƏNİB
Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar YENİLƏNİB
24.08.2022 [13:42]
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verdi.
Prezident Kasım-Jomart Tokayev: İlham Heydər oğlu, mən istərdim ki, bina tikənlərin ən böyüyü olmasa da, ən böyüklərindən birini – “Bİ” tikinti şirkətinin rəhbəri Aydın Raximbayevi təqdim edim. Məhz o, bizim tapşırığımızla bu çox mühüm layihəni icra edəcək.
Prezident İlham Əliyev: Sağ olun.
Aydın Raximbayev: Hörmətli İlham Heydər oğlu, hörmətli Kasım-Jomart Kemeleviç, icazə verin, layihəni Sizə təqdim edim. Bu layihəni - Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsini təqdim etmək mənim üçün böyük şərəfdir. Layihə bizim Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Bu günə olan vəziyyətə görə, artıq məkan müəyyən edilib, yəni, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya...
x x x
Məlumat verildi ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.
x x x
Sonra layihə barədə videoçarx nümayiş etdirildi.
x x x
Prezident Kasım-Jomart Tokayev: İlham Heydər oğlu, əgər birdən hansısa iradlar yaranarsa...
Prezident İlham Əliyev: Heç bir irad ola bilməz. Təqdimat özlüyündə göstərir ki, bu, dünya səviyyəli layihədir. Mən, ilk növbədə, Prezident Kasım-Jomart Kemeleviçə bu təşəbbüsə görə minnətdarlıq etmək istərdim. Bu təşəbbüs iki ay bundan əvvəl irəli sürülüb və bu məsələ belə operativ həll edilib. Əlbəttə, bu gün buradakı təqdimata görə şirkətə də təşəkkürümü bildirirəm. Bu gün sizin göstərdiyiniz həqiqətən də uşaqların inkişafı üçün mərkəzdir.
Prezident Kasım-Jomart Tokayev: Söz verdi.
Prezident İlham Əliyev: Bəli.
Prezident Kasım-Jomart Tokayev: Vaxt və keyfiyyət.
Prezident İlham Əliyev: Xüsusən ona görə ki, indi Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz həmin vaxtadək, bu mərkəz hazır olanda, biz Füzulinin ilk sakinlərini oraya köçürməyi planlaşdırırıq.
Aydın Raximbayev: Biz isə uşaqları orada qarşılamağa şad olacağıq.
Prezident İlham Əliyev: Bəli, sağ olun. Əlbəttə ki, ətrafdakı infrastrukturla bağlı bütün məsələləri biz paralel həll edəcəyik.
Prezident Kasım-Jomart Tokayev: Beləliklə, necə deyərlər, irəli.
Prezident İlham Əliyev: Sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

