Heydər Əliyev Fondu "Buta" Sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
30.12.2010 [10:06]
Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. Dünən Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak edib, qızları Leyla və Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşüb. Mehriban xanım və qızları uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdiriblər.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın uşaqlara qayğısından bəhs edən film göstərilib.
Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılanıb. Şaxta baba “sehrli çubuğu” ilə yolkanı işıqlandırıb.
Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf ediblər. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilib. Həmin gün şənlik iştirakçıları arasında qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edib.
Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndiriblər. Rəqqaslara qoşulan, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz olub. çünki tanınmış sənətçilərin, klounların, sehrbazların, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanıb.
Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və valideynlərin diqqətindən yayınmayıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bayram şənliyində çıxış edərək deyib: “Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər. Mən sizi Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. çox şadam ki, bu il də Yeni ili, Yeni il sevincini sizinlə birlikdə paylaşırıq. Mən uşaqlarımızın üzündə təbəssüm və sevinc görürəm. Arzum odur ki, hər zaman siz belə gülərüz, belə xoşbəxt olasınız. Yeni il bütün başqa bayramlardan fərqli bir bayramdır. Uşaqların ən sevimli bayramıdır. Mənim də ən sevimli bayramlarımdan biridir. Adətən Yeni ili insanlar ən yaxın doğmaları, ailə üzvləri ilə qeyd edirlər. Bu gün mən çox xoşbəxtəm ki, bu şənliyi sizinlə paylaşırıq, mənə doğma olan uşaqlarla birlikdə qeyd edirik. Bu gün bu saraya gələrkən dövlətimizin başçısının, Prezident İlham Əliyevin də mənə tapşırığı oldu. O, sizə təbriklərini, salamlarını və məhəbbətini çatdırır. Bu gün Azərbaycanda sizin üçün bütün şərait yaradılıb. ümidvaram ki, siz dərslərinizi yaxşı oxuyacaqsınız, gözəl tərbiyə alacaqsınız, sağlam böyüyəcəksiniz və valideynlərinizi, bizi, böyüklərinizi hər zaman uğurlarınızla sevindirəcəksiniz. Bu günlər bütün dünyada uşaqlar Yeni il bayramını qeyd edirlər. Biz də Heydər Əliyev Fondu olaraq çalışdıq ki, sizin üçün bu bayram əsl şənliyə çevrilsin. Ona görə bu möhtəşəm sarayı belə gözəl bəzədik, sizi bura dəvət etdik. ümidvaram ki, siz bu şənlikdən razı qaldınız, sevinc hiss etdiniz. Ona görə də, mən yenə də sizi təbrik etmək istəyirəm. Yeni il bayramının bir özəlliyi də vardır. Adətən insanlar - həm böyüklər, həm uşaqlar Yeni il gecəsi ürəyində bir arzu tutur. Mənim arzum odur ki, ürəyinizdə olan bütün istəklər gerçəkləşsin, Yeni ildə həyata keçsin. Bir daha hamınızı səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun”.
Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür ediblər.
Balacalar Mehriban xanımla xatirə şəkli çəkdiriblər.
Şənliyin sonunda hər bir uşağa Heydər Əliyev Fondunun Yeni il hədiyyələri təqdim olunub.
Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrilib. Fondun Yeni il şənliklərində ümumilikdə 2 minədək uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülüb, şənlikdə iştirak edən uşaqların “Buta” sarayına təhlükəsiz gəlib-getməsi üçün 12 rahat avtobus ayrılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

