Müsavat Partiyasından istefalar davam edir
29.12.2010 [09:29]
Sonuncu parlament seçkilərinin ardından müxalifət düşərgəsində başlanan parçalanmanın ikinci dalğası daha qızğın müzakirələrə yol açıb. Bir müddət öncə İsa Qəmbərin yenidən Müsavat Partiyasında sədr seçilmək istəyinə etiraz əlaməti olaraq partiya sıralarını tərk edən Sülhəddin Əkbər və İbrahim İbrahimlidən sonra “yarpaq tökümü” davam edir. Müsavat funksionerləri onların ardından partiyanı heç kimin tərk etməyəcəyini təkidlə bildirsələr də, gedən proseslər bunun tam əksini göstərir. Hazırda Müsavat partiyasının yaradıcılarından sayılan Divan üzvü Adil Qeybullanın və Qabil Hüseynlinin partiyadan ayrılması an məsələsidir.
Əslində, bütün prosesə aydınlıq partiyanın yeni Məclis sədri seçkilərində gəlib. Belə ki, ötən dəfəki seçkidə S.Əkbərə məğlub olan Arif Hacılı qruplaşması bu dəfə eyni səhvi buraxmaq fikrində deyildi. O üzdən də, partiyanın Divan iclasında Arif Hacılı və tərəfdarları qəti şəkildə A.Qeybullanın sədrliyə namizədliyinin əleyhinə çıxıb. Bunun ardınca mətbuata açıqlama verən A.Qeybulla partiyada arzuolunmaz şəxs elan edilib. Hətta vəziyyət o dərəcəyə çatıb ki, partiya sədri İ.Qəmbər öz çıxışında keçmiş silahdaşlarını açıq şəkildə təhqir edib. O, partiyadaşlarının mövqelərini məntiqsiz və mənasız adlandırıb, onları özlərini hörmətdən salmaqda günahlandırıb, üstüörtülü də olsa onları şərəfsiz adlandırıb.
Bunun qarşılığında isə partiyanın Divan üzvləri də İ.Qəmbərin cavabını sərt veriblər. Q.Hüseynli partiya sədrini məsuliyyətsizlikdə və senzuradan kənar sözlər işlətməkdə günahlandırıb: “Baş verənləri Müsavatın ləyaqəti ilə oynamaq kimi qiymətləndirmək, həmin insanları şərəfsizlikdə ittiham etmək göstərir ki, bunu deyən insanın özünün ruhi-psixoloji vəziyyətində o qədər də normal proseslər getmir”.
Daha sonra A.Qeybulla da məsələyə münasibət bildirib. öz sədri tərəfindən təhqirə məruz qalmış müsavatçı bildirib ki, kimlərisə Müsavata qarşı nəsə deməkdə ittiham etmək, əks fikir söyləməkdə ittiham edib xəyanətkar elan etmək, partiyada olub kim nə desə ona baş əyənləri əsl sədaqətli insanlar hesab etmək kimi yanaşma cığallıqdan başqa bir şey deyil. O, bu yanaşmanı avtoritar adlandırıb və partiya daxilində səslənən hər hansı fərqli fikrin təhqir və kobud ifadələrlə qarşılanmasını anormallıq sayıb. A.Qeybulla da İ.Qəmbəri üstüörtülü şəkildə təhiqr edib. Onun fikirlərindən belə aydın olur ki, İ.Qəmbər artıq ağlını itirir və Müsavat başqanı öz partiyasının üzvlərini sıra sayı kimi dəyərləndirir.
Göründüyü kimi, Müsavat partiyasında vəziyyət get-gedə acınacaqlı hal almağa başlayır. İ.Qəmbərin partiyada yürütdüyü şəxsi maraqlar çərçivəsindən kənara çıxmayan, cılız siyasəti artıq partiya üzvlərini də bezdirib və onlar açıq savaşa başlayıblar. Bu arada Müsavat sədri daha bir bəyanatı ilə şəxsi keyfiyyətlərini ortaya çıxarmış oldu. İsa Qəmbər “RUH” AJMK-nın 2001-ci ildə ona verdiyi “Jurnalistlərin dostu” mükafatından imtina etməyə hazırlaşdığını bildirib. Bu fikirlər bir daha Müsavat başqanının qərəzli, cılız, siyasətçiyə yaraşmayan xüsusiyyətlərə malik şəxs olduğunu göstərir. Əslində bu İ.Qəmbərdən gözlənilməyən addım deyil. çünki xalqının, dövlətinin maraqlarını xarici qüvvələrə satmağa hər an hazır olan birisinin jurnalistlərin dostu olmağa mənəvi haqqı çatmır. Digər tərəfdən, İsa Qəmbər bununla ölkənin aparıcı media qurumlarına öz hörmətsizliyini nümayiş etdirir. Hər zaman özünü “demokrat”, “söz və mətbuatı sevən” birisi kimi qələmə verməyə çalışan Qəmbərin əsl kimliyi bu fikirləri ilə ortaya çıxdı. O, bir daha bu addımla siyasətdə uğursuzluğunu kompensasiya etməyə və bütün günahları jurnalistlərin üzərinə yıxmağa çalışdığını əyani surətdə nümayiş etdirir. Siyasi mübarizə aparmaq iqtidarında olmayan, xalqdan səs ala bilməyən, yaratdığı partiyanın ətrafına elektorat yığmağı bacarmayan İ.Qəmbər bu mənada söylədiyi fikirlərlə Q.Hüseynlinin onun haqqında dediklərini təsdiqləmiş oldu. Müsavat sədri bir daha medianı siyasi intriqalar meydanına çevirməyə cəhd göstərdiyini bariz şəkildə ortaya qoyur. Bu isə İ.Qəmbərin siyasi portretinin özünüifşasıdır.
Bununla yanaşı, Müsavat sədri İ.Qəmbər artıq siyasi manipulyasiyalar içində özünü qərq etməkdədir. O, artıq neçənci dəfədir ki, öz-özünü təkzib edən bəyənatlar səsləndirir. Qarşıdan gələn qurultayda öz postundan gedəcəyini iki dəfə təkzib edən İ.Qəmbər mətbuata açıqlamasında partiyanın qurultayında namizəd olmayacağını və yeni sədrin seçiləcəyini bildirib. Bu isə pərdə arxasında gedən prosesə yeni aydınlıqlar bəxş edib. Bəlli oldu ki, öz arzularına çatan A.Hacılı qruplaşması birinci mərhələdə guya İ.Qəmbərin yenidən sədr seçilməsinin tərəfdarı qismində çıxış edib S.Əkbər qruplaşmasını partiyadan uzaqlaşdırdılar. İkinci mərhələdə isə artıq onların partiyanı ələ keçirməsinə mane olan bir qüvvə qalır ki, o da İ.Qəmbərdir. İ.Qəmbər isə qruplaşmaların əlində əsir olduğunu bir daha təsdiqləmiş oldu...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

