/ / Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
25.12.2010 [10:57]
Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış kompleksinə gələn Mehriban xanım Əliyevaya məktəblilər gül dəstəsi təqdim ediblər.
Azərbaycanın birinci xanımı əvvəlcə yaşayış kompleksində 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 3 nömrəli məktəbin binasında yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, 500 şagird yeri olan məktəb zirzəmi ilə birlikdə üçmərtəbəlidir. Burada uşaqların müasir tələblər səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılıb. Birinci mərtəbənin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğılarını əks etdirən fotostendlər qurulub.
Məlumat verilib ki, şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə 45 pedaqoq məşğul olur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompyuter, fənn otaqları, ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar var. Mehriban xanım Əliyeva kimya və fizika fənlərinin tədris olunduğu siniflərə baxıb, məktəblilərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün yaradılmış kompyuter otağı ilə tanış olub. Bildirilib ki, kompyuterlərin hamısının internetə çıxışı var. Məktəbin binasının qızdırılması üçün fərdi qazanxana quraşdırılıb. Ətrafdakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müxtəlif ağaclar və gül kolları əkilib.
Mehriban xanım Əliyevaya məlumat verilib ki, məktəbin ərazisində futbol və voleybol meydançaları var. Həmin ərazidə Fondun təşəbbüsü ilə beşmərtəbəli idman məktəbi inşa olunur. Gələn il istifadəyə verilməsi planlaşdırılan idman məktəbi bütün qəsəbə üçün nəzərdə tutulub. İdman məktəbində bir böyük və üç kiçik idman zalı, üzgüçülük hovuzu inşa edilir.
Sonra Heydər Əliyev Fondunun prezidenti “Şən yuva” uşaq bağçasının açılışında iştirak edib.
Bağça uşaqları Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim ediblər.
Azərbaycanın birinci xanımı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, mansardla birlikdə 3 mərtəbəli binada 120 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Yaşlarına müvafiq olaraq dörd qrupa bölünmüş uşaqların tərbiyəsi ilə 20 müəllim və tərbiyəçi məşğul olacaq. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan bu müəssisənin tikinti işlərinə ötən il başlanılıb və qısa zamanda başa çatdırılıb.
Bağçanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılıb. Burada kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, mətbəx, həkim otağı yerləşir. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunub. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək. Fondun prezidentinə məlumat verilib ki, bağçada uşaqların asudə vaxtlarının səmərəli təşkili, əylənmələri üçün qış və yay oyun zalları var.
Mehriban xanım Əliyeva yeməkxanada və mətbəxdə yaradılmış şəraitlə tanış olub. Kiçik yaş qrupunda uşaqlarla görüşən Fondun prezidenti onların yataq şəraiti ilə də tanış olub.
İstiliklə təchizat üçün ayrıca qazanxana tikilib, bağçanın ətrafında abadlıq işləri aparılıb. Burada uşaqların istirahəti və əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılıb.
Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17

