/ / Azərbaycanın uğurları, inkişafı və gələcəyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır
Azərbaycanın uğurları, inkişafı və gələcəyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır
25.12.2010 [10:52]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) və Bakının Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu rayonun ərazisində ağacəkmə kampaniyası keçirilib. Tədbirdə YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, həmçinin, bir sıra millət vəkilləri, partiya fəalları və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər.
Aksiya zamanı jurnalistlərə açıqlama verən YAP Sədrinin müavini Əli Əhmədov öncə ad günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib: “Prezident İlham Əliyevə hər şeydən əvvəl cansağlığı, uğurlar, yeni-yeni nailiyyətlər, ölkəmizin inkişafı naminə daha böyük qələbələrin əldə olunmasını arzu edirik”.
Onun sözlərinə görə, Azərbaycanın nailiyyətləri, uğurları, inkişafı və gələcəyi Prezident İlham Əliyevin fəaliyyəti, dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlıdır: “Bu gün Azərbaycanda hər bir vətəndaş birmənalı şəkildə dərk edir ki, Azərbaycanın nailiyyətləri, uğurları, inkişafı və gələcəyi Prezident İlham Əliyevin fəaliyyəti, Onun həyata keçirdiyi siyasətlə bağlıdır”.
“Bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda reallaşan Heydər Əliyev siyasəti ilə əlaqədardır” deyən YAP Sədrinin müavini əlavə edib ki, İlham Əliyevin Prezidentlik etdiyi 7 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib: “Cənab İlham Əliyevin Prezidentlik etdiyi 7 il ərzində ölkəmiz çox böyük inkişaf yolu keçib. Azərbaycanın iqtisadiyyatından tutmuş, ölkə həyatının bütün sferalarında böyük dəyişikliklər baş verib. Hər şeydən əvvəl məmnunluq hissi ilə onu qeyd etmək istəyirəm ki, Heydər Əliyevin neft strategiyasının çox əhəmiyyətli bir sahəsi olan Bakı-Tbilisi-Ceyhan, əsas ixrac boru kəmərinin istifadəyə verilməsi, Azərbaycanın iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilməsi, büdcəmizin 10 dəfədən çox artması, digər iqtisadi göstəricilər və yüksək nailiyyətlər məhz bu 7 illik dövrə təsadüf edir. Azərbaycanın regionda lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun, hörmətinin əhəmiyyətli dərəcədə artması, Azərbaycanın bir tranzit ölkə kimi mövqelərini möhkəmləndirməsi, bir çox regional, beynəlxalq, iqtisadi və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış etməsi ölkəmizin regionda və beynəlxalq aləmdə əhəmiyyətinin artmasından xəbər verən amillərdir. Təbiidir ki, cəmiyyətimiz bütün bunların hamısını Prezidentimizin həyata keçirdiyi siyasətin nəticələri kimi qəbul edir. Vətəndaşlarımız Azərbaycanın bugünkü həyatını, bugünkü nailiyyətlərini, həmçinin, gələcək inkişaf perspektivlərini bu siyasətlə bağlayırlar”.
Bundan sonrakı illərdə də Prezidentimizin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadiyyatının, xalqın sosial həyatının, ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənəcəyini deyən YAP Sədrinin müavini əmin olduğunu bildirib ki, ölkəmizin qarşısında mühüm bir məsələ olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da öz həllini tapacaq: “Mən qəti əminliyimi bildirmək istəyirəm ki, bundan sonrakı illərdə də Prezidentimizin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı, sosial həyatı, beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənəcək. Bu günə qədər ölkəmizin qarşısında həll edilməmiş bir məsələ olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da öz həllini tapacaq. Bir daha fürsətdən istifadə edib ad günü münasibətilə Prezidentimizi təbrik edir, Onun müəyyənləşdirdiyi böyük siyasətin həyata keçirilməsində daha əhəmiyyətli, daha ciddi qələbələrin əldə olunmasını arzu edirəm”.
Keçirilən aksiyaya gəlincə, YAP-ın İcra katibi “Bu tədbirin keçirilməsi bir yandan cənab Prezident İlham Əliyevin ad gününə təsadüf edir və təbii ki bununla əlaqədardardı. İkinci bir yandan isə bilirsiniz ki, Prezdentimiz tərəfindən 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdu” dedi. Onun sözlərinə görə, “Ekologiya ili” çərçivəsində Yeni Azərbaycan Partiyası həm paytaxtda, həm də bölgələrdə bir neçə ağacəkmə kampaniyası keçirib: “Bugünkü kampaniya da partiyanın cari il çərçivəsində Azərbaycanda, həmçinin, Bakı şəhərində həyata keçirilən ağacəkmə kampaniyasında iştirakına bir nümunədir. Mən belə hesab edirəm ki, bir neçə il keçdikdən sonra bizim əkdiyimiz ağaclar böyüyəcək, bu ərazilər yaşıllıq zonasına çevriləcək. Azərbaycanın, Bakının ekologiyasının təmizlənməsinə, insanlarımızın daha sağlam mühitdə yaşamasına müəyyən köməklik göstərəcək. Düşünürük ki, bununla Yeni Azərbaycan Partiyası həm də cəmiyyətimizdə abadlığa, quruculuğa önəm verən bir siyasi təşkilat olduğunu bir daha təsdiq edir”.
Aksiyada iştirak edən Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, “Ekologiya ili” başa çatsa da, ölkəmizdə ekologiya ilə bağlı tədbirlərin görülməsi davam edəcək: “Mən düşünmürəm ki, Azərbaycanda “Ekologiya ili” sona çatdığı üçün ekologiya ilə bağlı tədbirlərin də yekunlaşdığını hesab edək. Son illər Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülür və bu il ekologiya ili olduğuna görə, xüsusilə yadda qalıb. Eyni zamanda, Bakı şəhərinin rayonlarında, xüsusilə də regionlarda bu istiqamətdə gedən işləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bir neçə ildən sonra Azərbaycan digər Avropa dövlətləri kimi yaşıl və gözəl bir ölkə olacaq”.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev isə jurnalistlərə açıqlamasında “Ekologiya ili çərçivəsində görülən işlər barədə danışıb: “Bildiyiniz kimi, 2010-cu il cənab Prezident tərəfindən “Ekologiya ili” elan olunub. Bu çərçivədə respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri həyata keçirilir. Eyni zamanda, bizim rayonumuzda da bu cür tədbirlər keçirilir və bu gün də gördüyünüz 1 hektar ərazidə 350 ədəd leylandra növlü ağac əkilib. Bunlar İtaliyadan gətirilib, bizim mühitimizə uyğun olan ağaclardır və inkişafı da sürətlə gedir. Həmçinin, böyük miqdarda oksigen vermək qabiliyyətinə malikdir. 2 ay öncə isə daha 5 hektar ərazidə 2000 ədəd bu növ ağac əkmişik”.
İcra Hakimiyyətinin başçısı deyib ki, ağacı əkməklə yanaşı, ona qulluq etmək, bu zaman isə aqrotexniki qaydaları gözləmək və suvarma işini təşkil etmək vacibdir: “çünki diqqət, qayğı olmasa, əkilən ağaclar qısa müddətdə quruya bilərlər. Ona görə də, “Ekologiya ili” çərçivəsində və bu ilin yekunu ilə bağlı bu tədbiri keçirdik. Hesab edirik ki, bu cür tədbirlər rayonumuzda ekoloji tarazlığın qorunmasına böyük dəstək olur. Eyni zamanda gələn ildə də bu işləri davam etdirəcəyik. Bu aksiyada iştirak edən bütün millət vəkillərinə, həmçinin, Yeni Azərbaycan Partiyasına təşəkkürümüzü bildiririk. çünki bu təşəbbüs Yeni Azərbaycan Partiyası tərəfindən qaldırılmışdı və biz də imkan daxilində bu təklifə qoşularaq, aksiyanı reallaşdırdıq. Bundan sonra isə əkilən ağaclara qulluq etmə prosesini təmin edəcəyik. Bunun üçün ayrıca briqada hazırlamışıq və mərkəzi suvarma sistemi təşkil olunub. Hər ağaca fərdi qaydada qulluq ediləcək”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

