Hicab məsələsi müəyyən dairələr tərəfindən bilərəkdən siyasiləşdirilir
18.12.2010 [09:40]
Din insana yaradılışdan xasdır, insanın daxili aləmindən, mənəvi tələbatından, təbiətindən doğan, Allaha inamdır, insanın öz Xalidi Allaha ibadət yoludur. Din, eyni zamanda, Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir.
Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də, demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir...
Bu gün Azərbaycan dünyanın nadir dünyəvi, sivil hüquqi dövlətlərindən biridir. ölkəmizdə dinin dövlətdən ayrı olması isə dövlətimizin tolerantlığına xüsusi çalar əlavə edir. Bu prinsip Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Bir İslam ölkəsi olaraq, dövlət dinin insanların həyatındakı mənəvi rolunu nəzərə alaraq, onu ayrıca təsisat kimi görür və Ali Qanununda dinin dövlətdən ayrı olduğunu bəyan edir.
Əlbəttə ki, tarix boyu baş vermiş dinlə bağlı hadisələrin təhlilini apardıqda bəlli olur ki, dini, insanların inanclarını siyasi vasitəyə çevirdikdə, o, insanlar arasında böyük qarşıdurmaya gətirib çıxara biləcək təhlükəli silaha çevrilir. Bu mənada Azərbaycan dövləti dinin dövlətdən ayrı olduğunu deməklə, eyni zamanda, müxtəlif dinlərin nümayəndələrinin normal şəraitdə özünü inkişaf etdirməsinə əlverişli şərait yaradıb. Bunu qanunvericilik səviyyəsində təsbit edən Azərbaycan dövləti cəmiyyətimizdə konfessiyaların və etnosların milli barış atmosferində yaşamasını təmin etməyi bacarıb.
Lakin hər zaman olduğu kimi, bəzi qərəzli xarici dairələr Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi sayılan bu uğurunun möhkəmlənməsinə, xalqımızın milli barış içərisində yaşamasına mane olmaq üçün dindən, insanlarımızın inanclarından siyasi vasitə kimi istifadə edərək, öz maraqlarını təmin etməyə çalışırlar. ölkəmizdə mövcud olan tolerantlıqdan istifadə edərək bəzi qüvvələr hicabla bağlı və s. dini tələblər irəli sürməklə dövlətimizin dünyəvilik prinsiplərinə qarşı çıxmağa və vəziyyəti gərginləşdirməyə cəhdlər göstərirlər. Hətta guya Azərbaycan dövlətinin dindar insanların hüquqlarını pozması kimi cəfəng fikirlərin ortaya atılması da siyasi spekulyasiyadan başqa bir şey deyidir. çünki, həm Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların, həm də “Təhsil haqqında” Qanunda təhsilalanların və təhsil müəssisələrinin hüquqları açıq şəkildə göstərilib. Bir daha həmin qanunlara müraciət edərək, bildirmək istəyirik ki, Azərbaycan dövləti həm də dindar vətəndaşlarının hüquqlarını qoruyur, onların sərbəst fəaliyyəti üçün zəruri şərait yaradır.
Konstitusiyanın 18-ci maddəsinin I və II bəndlərinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Bununla yanaşı, Ali Qanunun 48-ci maddəsinin I və II bəndlərinə görə, hər kəsin vicdan azadlığı və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Bu maddələr onu göstərir ki, Azərbaycan dövləti onun ərazisində yaşayan insanların hər birinin hüquqlarını qoruyur və onları müxtəlif təhlükələrdən müdafiə edir. Ali Qanunumuzun 7-ci maddəsinin I bəndində deyildiyi kimi, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 18-ci maddənin III bəndinə görə isə, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hətta respublikamızın “Təhsil haqqında” Qanununda da göstərilir ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsinin 5.1 bəndinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 5.2 bəndində isə bildirilir ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Yəni, göründüyü kimi, dövlətimiz hər bir vətəndaşın təhsil sistemindəki bütün imkanlardan istifadə edərək, yüksək səviyyədə təhsil almasını həm hüquqi, həm də əməli şəkildə təmin edir. “Təhsil haqqında” Qanunun 29-cu maddəsinin 29.0.1 bəndində göstərildiyi kimi, dövlətin əsas vəzifəsi təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək olsa da, eyniadlı Qanunun 14-cü maddəsinin 14.4 bəndində deyildiyi kimi, təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla, onun nizamnaməsi ilə müəyyən edilir. Buradan da göründüyü kimi, Azərbaycanın dövlət təhsil müəssisələri özlərinin nizamnamələri çərçivəsində fəaliyyət göstərirlər. Bu prosesdə dövlət əsas siyasi kursu müəyyənləşdirir və onun həyata keçirilməsinə hüquqi-siyasi zəmanət verir, təhsil müəssisələri isə qəbul edilmiş mövcud qanunvericiliyə uyğun olaraq, öz nizamnaməsinə əsasən fəaliyyətini qurur. Əgər təhsilverən qanunvericilik çərçivəsində təhsilalanlara təhsil müəssisəsinin mövcud infrastrukturundan bilik toplamaq naminə sərhədsiz istifadəyə şərait yaradırsa, bu zaman təhsilalan da öz hüquqlarını bilməli və təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidir. “Təhsil haqqında” Qanunun 32-ci maddəsinin 32.5.3 bəndində göstərildiyi kimi, təhsilalan təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidir.
Təbii ki, buradan da aydın olur ki, müxtəlif xarici və daxili qüvvələrin dini amildən istifadə edərək dövlət orqanlarının, təhsil, səhiyyə və digər müəssisələrin fəaliyyətinə maneə yaratmaq cəhdləri qanunaziddir. Hicab məsələsi müəyyən dairələr tərəfindən bilərəkdən siyasiləşdirilir və insanların etiqadlarından, dini inanclarından siyasi istismar vasitəsi kimi istifadə edilir.
Xüsusi məqam kimi qeyd edək ki, Azərbaycanda dini qarşıdurma yaratmaq və öz geosiyasi maraqlarını reallaşdırmaq məqsədi güdən xarici qüvvələr bu işə müəyyən maliyyə mənbələri cəlb etməkdən çəkinmirlər. Hətta bu işdə maraqlı olan bəzi xarici dairələrin köməyi ilə əmək miqrantları adı altında Azərbaycana gətirilmiş müxtəlif ölkələrin vətəndaşlarından istifadə edilir. Ona görə də, bir daha bu cür halların baş verməməsi və xalqımızın milli barış içərisində olan yaşamının pozulmaması üçün Azərbaycanda dini qarşıdurma və digər qanun pozuntularında iştirak etmiş xarici vətəndaşlar cəzalandırılmalı və ölkədən deportasiya olunmalıdır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

