Azərbaycandakı dini tolerantlıq mühitini heç kəs poza bilməz
17.12.2010 [09:53]
Azərbaycan dini azadlıqların təmin olunduğu və qanunla təsbit edildiyi tolerant ölkədir. ölkəmiz hər zaman müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşadığı məkan olub və bu, indi də belədir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda heç vaxt dini qarşıdurmanın, dini ayrı-seçkiliyin yaşanmamasına səbəb dövlətin bu sahədə həyata keçirdiyi siyasətin və dövlət-cəmiyyət münasibətlərinin demokratik dəyərlər əsasında hazırlanan qanunlara söykənməsidir.
Qeyd etdiyimiz kimi, ölkə qanunvericiliyində vətəndaşların dini azadlıqları ilə bağlı məsələyə hərtərəfli aydınlıq gətirilib. Konstitusiyamızın 18-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini konfessiyalar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, eləcə də, dini cərəyanların yayılması və təbliği Konstitusiyamızla qadağan olunub. “Vicdan azadlığı” adlanan 48-ci maddədə də göstərilir ki, hər bir kəs istədiyi dinə sitayiş etməkdə azaddır, lakin dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Beləliklə, respublikamızda qanunvericiliklə təsbit olunan vicdan azadlığı prinsipləri imkan verir ki, ölkə vətəndaşları istədikləri dinə etiqad etsinlər, dünyəvilik prinsipləri isə istənilən dinin nümayəndələrinin ölkədə özünü azad və rahat hiss etməsinə şərait yaradır.
Lakin təəssüflər olsun ki, Azərbaycanda sabitlik və inkişafın əleyhinə olan qüvvələr də mövcuddur. Və təhsil naziri Misir Mərdanovun şagirdlərin dərslərə hicabla gəlməsinin yolverilməzliyi barədə açıqlamasından sonra bəzi qüvvələrin bu məsələni süni surətdə qabardaraq qarışıqlıq yaratmağa çalışması ölkəmizdəki tolerantlıq mühitinə kölgə salmağa xidmət edir. Sözsüz ki, təxribat xarakteri daşıyan bu əməllərin arxasında geniş ictimaiyyətin fikirləri deyil, xaricdən dəstək alan müəyyən qüvvələrin maraqları dayanır. Həmin qüvvələri isə qaldırdıqları məsələnin istər hüquqi, istərsə də dini prinsiplərə zidd olması heç də narahat etmir.
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyamızın 18-ci maddəsinin III bəndində də göstərilir ki, Respublikada dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda da dünyəvilik təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri arasında yer almaqdadır. Təhsil qanunu Azərbaycanda dini dünyagörüşündən asılı olmayaraq, bütün vətəndaşların bərabər şəraitdə təhsil almaq hüququnu müəyyən edir. üstəlik, Təhsil Nazirliyi tərəfindən 2007-ci ilin avqust ayında bütün məktəblərdə məktəbli formasına keçilməsilə əlaqədar verilən əmrdə də göstərilir ki, məktəbli formasında kənar atributlar, eləcə də dini elementlər olmamalıdır. Orta məktəblərdə geyim formasının təhsil müəssisəsinin daxili nizamnaməsi ilə təsbit olunması məsələsi isə “Təhsil haqqında” Qanunun 14-cü maddəsinin 10-cu bəndində öz əksini tapıb. Eyni zamanda, təhsil naziri Misir Mərdanov jurnalistlərə müsahibəsində məsələyə aydınlıq gətirərək bildirib ki, hicaba qadağa yalnız məktəblilərə şamil edilir, müəllimlər və universitet tələbələrinə isə belə qadağa qoyulmayıb. Milli Məclisin vitse-spikeri Bahar Muradova da məsələyə münasibətdə qanunun aliliyi prinsipini üstün tutub: “Bu məsələlərin hansısa dairələr tərəfindən hər zaman idarə olunaraq ictimai gündəmə gətirilmə cəhdlərinin mövcudluğunu istisna etmirəm. Orta məktəblərdə hicab məsələsinə gəlincə, “Təhsil haqqında” Qanun və orta məktəblərin daxili nizamnamələri var, bunlara əməl edilməlidir”.
Digər tərəfdən, bildiyimiz kimi, İslam dini insanlara seçim azadlığı verir və dinimizdə məcburiyyət yoxdur. Lakin hamıya məlumdur ki, hicab taxan azyaşlı məktəbli qız bunu bilavasitə valideynlərinin və yaxın ətrafının təsiri, bəzi hallarda isə təzyiqi altında edir. Belə məsələlər barədə qərar verərkən isə vətəndaşların yetkinlik yaşına çatmış olması çox vacibdir.
Qeyd olunduğu kimi, məktəblərdə hicab taxılmasına icazə verilməsi şagirdlər arasında vahid formanın təmin etdiyi geyim bərabərliyini poza bilər. Deməli, bir daha aydın olur ki, dövlətin bu sahədə həyata keçirdiyi siyasət praqmatik xarakter daşıyır və ölkə qanunlarına, dinin təhsildən ayrı olması prinsiplərinə tam uyğundur. Belə olan təqdirdə, məsələni başqa istiqamətə yönəltməyə çalışan bəzi qüvvələrin fərqli məqsədlər güddüyü ortaya çıxır. Bu məsələni müzakirə mövzusu etmək, bununla da inanclı insanları aldadaraq təxribata sövq etmək cəhdləri dövlətçilik əleyhinə yönələn addım kimi dəyərləndirilir. Lakin Azərbaycan xalqı hər bir məsələyə ayıq yanaşır və ölkəmizə düşmən mövqedə dayananların bu niyyəti də baş tutmayacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

