XX əsr ictimai fikrimizin ən uca məqamının yaradıcısı
14.12.2010 [11:44]
Xatirimdədir ki, Ulu öndər Heydər Əliyevə görüşlərin birində memuar yazmaq təklifi olundu. Stenoqrafçılar Azərbaycanın ümummilli lideri-dünya şöhrətli siyasətçi Heydər Əliyevin söylədiklərini qələmə alacaq, sonra ən nüfuzlu nəşriyyatlardan biri memuarı çapa hazırlayacaq və onun tirajlanması ilə məşğul olacaqdı. Ulu öndər bu təklifdən imtina etdi. çünki Onu daha böyük işlər gözləyirdi. Problemlər məngənəsinə salınmış Vətəni düşdüyü labirintdən xilas etmək, milli kimliyindən ayrı salınmış bir xalqın tarixi əzəmətini özünə qaytarmaq və onu dünya çapına çıxarmaq çox böyük vaxt tələb edirdi. Vaxta isə Ulu öndərin həmişə ehtiyacı vardı və O özü də bunu etiraf edirdi. Hətta ürəyindən əməliyyat olunub Azərbaycana qayıdarkən həkimlərin qadağalarını pozaraq həyat tərzində dəyişiklik etmədi- Heydər Əliyevin buna, sadəcə, vaxtı yox idi. O, həyatını qıydığı torpağı və xalqı üçün bacardıqca çox iş görmək istəyirdi.
Ulu öndər dünyasını dəyişəndə hər kəsin içindəki kədərə dünya şöhrətli bir insanın memuarının yazılmamasından doğan acı təəssüf duyğusu da qoşuldu. Amma mənə elə gəlir ki, dünyanı heyran edən zəka sahibi, Azərbaycan adlı məmləkətlə adının qoşa çəkildiyi siyasətçi öz memuarını yazmağa macal tapdı. O, həmişə özünə ehtiyac duyğusu yaradan zamanı aldada bildi. Bu memuarın adı çağdaş müstəqil Azərbaycandır. Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və ədəbiyyatı isə həmin memuarın ilk səhifəsini təşkil edir.
O səhifə 1969-cu ildə açılıb. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən dərhal sonra. Həmin səhifənin açılması zaman-zaman bu torpağı girovluqda saxlayan, günahsız insanların qanına bais olub, beyinlərinə nüfuz etməklə onları mənsub olduğu türk dünyasından ayıran, milli kimliyini unutdurmaq dərəcəsinə gəlib çatmış imperiya maşınına “dur” əmri verməklə, bu imperiyaya qarşı savaş açmaqla başladı.
Həmin savaş bütün sahələrdə gedirdi. Və mədəniyyət sahəsində ilk böyük qələbə Azərbaycanın paytaxtında, həmçinin, rayon mərkəzlərində ədəbiyyat, musiqi, mədəniyyət xadimlərinin, müharibə qəhrəmanlarının ev muzeylərinin açılması haqqında qərarların qəbul edilməsi və onların həyata keçirilməsi oldu. Bu şəxsiyyətlərin xatirə gecələrinin təşkili, onların müəllifi olduğu əsərlərə səhnə həyatının verilməsi, ekranlara gətirilməsi, kitablarının tirajlanması xalqın öz mədəniyyətinə, mədəni keçmişinə qayıdışını sürətləndirirdi.
üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Bülbülün, Cəfər Cabbarlının ev muzeylərinin yaradılması, Cəfər Cabbarlıya və digər məşhur qələm sahiblərinə Bakının mərkəzində abidələr ucaldılması müstəqil fikrə, milli düşüncəyə gedən yolun başlanğıcı idi. çünki sonra müstəqilliyə gedən yol başlanacaqdı və xalq, əslində, şüuraltı olaraq həmin yola hazırlanırdı.
1981-82-ci illərin səssiz və “mehriban” savaşında, nəhayət, qələbə bayrağı qaldırıldı - sovet repressiya maşınının ən böyük qurbanı, Türk dünyasının aydınlarından biri, azərbaycanlı Hüseyn Cavidin cənazəsi Sibirdən Azərbaycana gətirildi. Azərbaycan öz qələbəsini qeyd etdi: ölümün, məğlubiyyətin, imperiyanın “düşmən” deyib məhv etdiyi ziyalısını torpaq bir də qoynuna alıb müqəddəsləşdirdi.
Azərbaycan xalqının dahi siyasətçisinin diplomatik bacarığı qarşısında geri çəkilən imperiya Ulu öndəri yalnız bir yolla cəzalandıra bilərdi. Heydər Əliyevi Azərbaycandan ayırdılar...
O, Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildi və Nazirlər Sovet sədrinin birinci müavini təyin olundu. Həmin illərdə Ulu öndər öz fəaliyyəti ilə 15 xalqın həyatında silinməz izlər buraxdı. Əgər həmin izlərin qısa xülasəsini xatırladıb bir cümlə ilə ifadə etsək, sözügedən dövrdə 15 respublikanın kino sahəsində yaşanan uğurların əksəriyyətinin Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləməyə hamıdan çox haqqımız olduğunu qürurla vurğulaya bilərik.
Sov.İKP MK Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevin Sovet İttifaqında kinematoqrafiyanın inkişafı üçün tətbiq etdiyi tədbirlər planı Ulu öndərin fəaliyyətinin bu istiqamətdə araşdırılması üçün ən böyük mənbə olduğu da günümüzün reallıqlarındandır.
1991-ci ildə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsindən, Ulu öndərin qayıdışından sonra tariximizi təhlil edərək, ədəbiyyatımızı və mədəniyyətimizi yenidən dərk edərək dünyaya nümayiş etdirmək sahəsində çox böyük addımlar atıldı. Milli kimliyimizi dərk etməyimiz, eyni zamanda, mənəvi mirasımızı dünya çapına çıxarmağımız ölkəmizin müstəqil dövlət kimi dünyada tanınmasına yardımçı olmaqla yanaşı, bu işdə əhəmiyyətli rola malik olacaqdı. Bu böyük məsuliyyəti və missiyanı Ulu öndər Heydər Əliyev öz üzərinə götürdü.
“Musiqinin ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsi” olduğunu bəyan edən Ulu öndər bu sahənin inkişafına ayırdığı diqqətlə Azərbaycan incəsənətini Heydər Əliyev epoxasının sərvətinə çevirdi. Hazırda Azərbaycan musiqisi və kinosu hər bir ölkədə xalqımızın mənəvi aləminin parlaq ifadəsi olmaqla onun dünyada tanınmasında, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynamaqdadır.
“Əgər biz tariximizi bu gün müəyyən qədər səliqəyə salsaq, indiyədək görülən işləri, yəqin ki, “Kitabi-Dədə Qorqud”un tarixinin öyrənilməsinin birinci mərhələsi hesab etmək olar”.
Bu fikirləri “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsinə hazırlıqlar zamanı səsləndirən Ulu öndər Heydər Əliyev tariximizin musiqimiz və mədəniyyətimizdə öz əksini tapdığını anlatmaq və bu üç sahənin bir-biri ilə paralel şəkildə öyrənilməsi üçün bütün vasitələri işə salmağı, bütün səyləri birləşdirməyi tövsiyə edirdi. “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının ən görkəmli, ən parlaq abidəsi kimi dəyərləndirən Ulu öndər dastanın fövqəladə əhəmiyyətinin- tariximizin 1300 illik dövrünün bədii salnaməsinin ekranlara köçməsinin vacib olduğunu da vurğulayırdı. “Kitabi-Dədə Qorqud” dastanının tarixi köklərimizi dünyaya göstərdiyini, oğuz, türk mənşəyimizi və zəngin tariximizi isbatlayan bu salnamənin hamımız - hər bir azərbaycanlı üçün, xalqımızın bu günü, gələcəyi üçün müstəsna əhəmiyyətini qeyd edən Ulu öndər ziyalılarımızı da aktiv olmağa çağırırdı: “Kitabi-Dədə Qorqud” haqqında böyük bir serial yaratmaq olar. Bunun nə həcmdə olacağını mən bu gün müəyyən edə bilmərəm. Amma bu təklifi dəstəkləyirəm, qəbul edirəm və biz belə bir serialın yaranması üçün lazımi vəsait taparıq”.
Təəssüf ki, amansız əcəl Ulu öndərin bu arzusunun reallaşmasına mane oldu. Amma güclü, müstəqil dövlətində çiçək açan arzuları sırasında ümummilli lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı fikirlərinin reallaşacağı günün də çox uzaqda olmayacağına əminik.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

