Azərbaycanın əzəli torpağı olan Şuşa tariximizin və hər bir azərbaycanlının qürur mənbəyidir
08.12.2010 [10:10]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhəri 1 nömrəli orta məktəbinin kollektivini məktəbin 180 illiyi münasibətilə təbrik edib. Təbrikdə qeyd olunub ki, məktəb milli təhsil sisteminin inkişafına və maarif-mədəniyyət tariximizə dəyərli töhfələr verib: “Ədəbi-ictimai fikrimizin bir çox görkəmli simalarının təhsil aldıqları bu tədris müəssisəsi yarandığı vaxtdan bəri ölkəmizdə mütərəqqi fikirli yeni ziyalılar nəslinin və milli kadrların yetişməsində, mədəni-maarifçilik hərəkatının geniş vüsət qazanmasında təqdirəlayiq xidmətlər göstərmişdir”.
Təbrikdə o da qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində xalqımızın iftixar mənbəyi qədim Şuşada iqtisadi və sosial infrastruktur büsbütün dağıdılıb: “Şuşa şəhəri 1 nömrəli orta məktəb 1992-ci ildən Bakı şəhərində məskunlaşmaq məcburiyyətində qalmışdır. Məktəbiniz ötən illərdə özünün pedaqoji ənənələrini qoruyub yaşatmaq üçün böyük əmək sərf etmişdir. İnanıram ki, məktəbin müəllim kollektivi gənc nəslin mənəvi saflığı, bilikləri lazımınca mənimsəməsi və yurdumuzun layiqli övladları kimi yetişdirilməsi naminə bundan sonra da var qüvvə ilə çalışacaqdır”.
Bəli, həqiqətən də, Şuşa əsrlər boyu Azərbaycanın mədəni və siyasi mərkəzlərindən biri olub və onun tarixi Azərbaycan tarixinin ayrılmaz komponentini təşkil edib. Şuşanın Azərbaycan tarixindəki önəmi ondan ibarətdir ki, bu qədim məskən ölkəmizə görkəmli xanəndələr, bəstəkarlar, musiqiçilər və dirijorlar bəxş etməklə yanaşı (məhz buna görə Şuşa “Şərqin konservatoriyası” adlandırılır), eyni zamanda, dahi maarifçilərin, pedaqoqların, böyük ədiblərin, bir sözlə, ziyalılar ailəsinin məskəni olub.
Belə ki, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, üzeyir Hacıbəyli, Süleyman Ələsgərov kimi görkəmli incəsənət xadimləri, eləcə də, Səfərəli bəy Vəlibəyov, Firidun bəy Köçərli, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Toğrul Nərimanbəyov kimi dahi mədəniyyət nümayəndələri Şuşanın Azərbaycana bəxş etdiyi milli sərvətlərdir. Bir sözlə, Azərbaycanın əzəli torpağı olan Şuşa tariximizin və hər bir azərbaycanlının qürur mənbəyidir...
Deyilən faktlardan yola çıxaraq təsbit edə bilərik ki, Şuşa tariximizə misilsiz töhfələr bəxş edən əzəli Azərbaycan torpağıdır. XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınan bu tarixi məkan Azərbaycanın iki imperialist qüvvə tərəfindən parçalanması ilə nəticələnən “Türkmənçay” müqaviləsi ilə çar Rusiyasının tərkibinə daxil edilib. Məhz bundan sonra Qarabağa ermənilərin kütləvi surətdə köçürülməsi prosesinə başlanıb.
Akademik Ramiz Mehdiyev “Gorus-2010: Absurd teatrı mövsümü” adlı kitabında bununla əlaqədar yazır ki, erməni tarixçisi Corc Burnutyanın özü qeyd edir ki, Rusiya istilasınadək ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər: “Rusiya ilhaqından sonra İrandan və Osmanlı İmperiyasından buraya 57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdi. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil edirdilər”.
Akademik Ramiz Mehdiyev onu da qeyd edir ki, Rusiyanın statistik məlumatlarına görə, “Türkmənçay” müqaviləsi bağlananadək Qarabağ xanlığında ermənilər daha az idi. Bu fikir İsveç müəllifi Svante Korneldən gətirilən sitatla növbəti dəfə təsdiq edilir: “Rusiyada keçirilən siyahıyaalmaya əsasən, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin 9 faizini (qalan 91 faiz müsəlman kimi qeyd olunmuşdu), 1832-ci ildə 35 faizini, 1880-ci ildə isə artıq üstünlük təşkil edirdilər-53 faiz”.
Bundan başqa, Akademik Ramiz Mehdiyevin sözügedən kitabında ermənilərin (daha doğrusu, hayların-N.Q.) imperialist qüvvələrin köçürmə siyasətləri nəticəsində bu ərazidə məskunlaşdıqları tarixi faktlarla sübut edilir. Qeyd olunur ki, 1828-ci ildə “Türkmənçay” müqaviləsi bağlandıqdan sonra ermənilərin İrandan, Osmanlı İmperiyasının şərq əyalətlərindən İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürülməsi başlandı: “Əməliyyata rus diplomat və şairi Aleksandr Qriboyedov rəhbərlik edirdi. O, “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər” adlı yazısında göstərirdi: “Ermənilər daha çox müsəlmanların mülkədar torpaqlarında məskunlaşdırılmışlar. Yayda hələ buna yol vermək olardı. Torpaq sahibləri, müsəlmanlar əsas etibarilə köç yerlərində idilər və başqa dinə mənsub olan gəlmələrlə təmasda az olurdular”.
Kitabda rus müəllifi Şavrovun yazdığı fikirlərə istinad edilməklə ermənilərin kütləvi surətdə Naxçıvan, İrəvan və Qarabağa köçürülməsi faktı ilə əlaqədar yeni detallar nəzərə çatdırılır: “1911-ci ildə rus müəllifi N.Şavrov yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir. Onlar əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının münbit torpaqlarında yerləşdirildi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdılar”.
Beləliklə, imperialist subyektlərin köçürmə strategiyası əsasında ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi köçürülməsini və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsini göstərən tarixi faktların sayını istənilən qədər artırmaq olar. Amma təkcə bu faktlar da işğal məfkurəsi ilə yaşayan erməni cəlladlarının ekspansionalist siyasətinin əsaslarını sübut edir...
Bütün bunlar, eyni zamanda, yuxarıda səsləndirilən fikrin-Şuşanın əzəli Azərbaycan torpağı olması tezisinin şübhəsiz doğruluğunu bir daha sübut edir...
Hazırda Şuşa Ermənistanın işğalı altındadır. İşğalçı qüvvələr qədim mədəniyyət məskəni olan bu şəhərdə tariximizin misilsiz nümunələri olan maddi-mədəniyyət nümunələrini kütləvi surətdə məhv etməkdədirlər. Amma Azərbaycan hakimiyyətinin praqmatik xarici siyasəti deməyə əsas verir ki, işğal altındakı ərazilərimiz azad ediləcək. Əgər danışıqlar vasitəsi ilə aparılan diplomatik təmaslar istənilən nəticəni verməsə, Azərbaycan beynəlxalq hüquq normalarının da izin verdiyi kimi, öz ərazi bütövlüyünü hərb yolu ilə təmin edəcək. Bu, ölkəmizin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

