Ermənistan iqtisadiyyatını defolt gözləyir
07.12.2010 [09:24]
Ermənistan iqtisadiyyatının durumu zaman keçdikcə daha da pisləşir. İşğalçı ölkənin iqtisadiyyatını bürüyən böhran nəinki səngimir, əksinə, sürətlə dərinləşərək aradan qaldırılması ən az onilliklər tələb edən fəsadlar yaradır. Bu hal özünü iqtisadiyyatın bütün sferaları üzrə göstəricilərdə aydın şəkildə büruzə verir.
Erməni ekspertlər hesab edirlər ki, indiki vəziyyətdə parlamentin qəbul etdiyi gələn ilin dövlət büdcəsinin heç bir köməyi olmayacaq. Ermənistanın 2011-ci il dövlət büdcəsi ilə bağlı qəbul etdiyi qərara münasibət bildirən keçmiş baş nazir Qrant Baqratyan ölkə iqtisadiyyatı ilə bağlı həyəcan təbili çalıb. Onun sözlərinə görə, 2011-ci il üçün qəbul edilən dövlət büdcəsi 2008-ci ildə başlanan və bu gün də davam edən ölkə iqtisadiyyatının çökməsinin göstəricisidir. Qeyd edək ki, bu ölkədə yeni büdcə ironiya ilə “səssizlik büdcəsi” adlandırılır. Q.Baqratyan isə sözügedən büdcə layihəsini “arzular və imkanların kompromisi”ni özündə əks etdirən büdcə adlandırıb. Onun sözlərinə görə, 2011-ci ilin büdcəsinin gəlir hissəsi 2008-ci ildə qəbul edilən büdcənin gəlir hissəsindən 13,9 faiz çox olsa da, ötən 4 il ərzində ölkədə qiymətlər 26,3 faiz artıb. Bu isə o deməkdir ki, yüksək inflyasiya büdcənin gəlir hissəsindəki artımı tamamilə əhəmiyyətsiz edib.
İndiki büdcəni səfil büdcə adlandıran Baqratyan bildirib ki, onun hansı əsaslarla tərtib edildiyini müzakirə etməyə belə ehtiyac yoxdur: “Bu büdcə tərtib olunarkən Beynəlxalq Valyuta Fondu ilə məsləhətləşmələr aparıldığını deyirlər. Bu, sadəcə, dəhşətlidir. Ya Beynəlxalq Valyuta Fondundakılar dəhşətdirlər, yaxud da ki, bu hökumətdə təmsil olunanlar olduqca dəhşətlidirlər”.
Keçmiş nazir ölkənin daxili borcunun təhlükəli həddə çatdığını bildirib. Onun sözlərinə görə, ölkə rəsmiləri daxili borcu üDM-in həcmi ilə müqayisə edirlər, əslində isə, ixracın ümumi həcmi ilə müqayisə edilməlidir: “Onda Ermənistanda bu rəqəm 435 faiz olacaq. Təbii ki, bu da dünya üzrə pis göstərici deyil, Seneqaldan sonra. Bu onun göstəricisidir ki, parlamentdə əyləşən insanlar elementar savada belə malik deyillər”. Baqratyanın bu sahədə proqnozu daha bədbindir. Onun sözlərinə görə, dövlət köhnə borcları ödəmək üçün yeni borca girməli olacaq ki, bu da ölkə iqtisadiyyatını əvvəlkindən də çətin duruma salacaq.
Əminliklə söyləmək olar ki, Ermənistanın yeni büdcəsi ölkə iqtisadiyyatı üçün səciyyəvi hallardan olan işsizliyin kütləvi hal alması və bu səbəbdən ölkədə əmək qabiliyyətli əhalinin böyük hissəsinin xaricə üz tutması probleminin qarşısını ala bilməyəcək. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu ilin yanvar-oktyabr aylarında Ermənistanda işsizliyin səviyyəsi 7,1 faiz təşkil edib. ötən ilin eyni dövründə isə bu rəqəm 6,9 faiz olub. Rəsmi məlumatlara görə, bu ölkədə 1 vakant yerə 77 işsiz düşür. Göründüyü kimi, Ermənistanda işsizliklə bağlı vəziyyət kritik həddə çatıb. Buna görə də, erməni ailələri ilk fürsətdə ölkəni tərk edir. ölkədə normal yaşayışı təmin etmək gücündə olmayan Sarkisyan hakimiyyəti isə kütləvi miqrasiyanın qarşısını almaqda acizdir. ölkə iqtisadiyyatı ilə bağlı verilən proqnozlar isə vəziyyətin daha da pisləşəcəyini deməyə əsas verir. Bu ölkədə etiraf edirlər ki, vəziyyət belə davam edərsə, Ermənistan iqtisadiyyatını 2012-ci ildə defolt gözləyir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

