Keçmiş Baş nazir niyə vuruldu?
09.07.2022 [12:25]
Yaponiya hökumətində qərargah yaradıldı
Nicat Dilqəmli
Dünən Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe çıxışı zamanı hücuma məruz qalıb. Bildirilir ki, Yaponiyanın Nara şəhərində ölkənin sabiq Baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib. Eks-baş nazir ağır xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib. Baş nazir huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, keçmiş Baş nazirin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Yaponiya mətbuatının yaydığı məlumatda qeyd olunur ki, əldəqayırma silahdan atəş açan şəxs hadisə yerində saxlanılıb. Şübhəlinin əvvəllər ölkənin Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi deyilir. “41 yaşlı Tetsuya Yamaqami əvvəllər ölkənin Hərbi Dəniz Qüvvələrində xidmət edib. O, Abeyə bir neçə güllə vurduqdan dərhal sonra saxlanılıb. Hazırda polis saxlanılan şəxsi dindirir. Qətlin motivi məlum deyil. Tetsuyanın əldəqayırma silahdan atəş açdığı bildirilir” - deyə Yaponiya mətbuatı yazır.
Artıq Yaponiyanın sabiq Baş naziri Sindzo Abeyə hücumla bağlı Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb. Qərargaha rəhbərlik edən Baş nazir Fumio Kişida bütün planlarını təxirə salaraq təcili Tokioya qayıdıb. Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno hadisə ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı bildirib.
“Biz şok vəziyyətindəyik və baş verənləri kəskin şəkildə pisləyirik” - deyə ?B ş katib vurğulayıb. H.Matsuno qeyd edib ki, bütün planlarını təxirə salan Baş nazir Fumio Kişida təcili olaraq Tokioya, öz ofisinə qayıdır. Buna qədər Baş nazir ölkənin şimal-şərqindəki Yamaqata prefekturasında iyulun 10-da keçiriləcək parlamentə seçki kampaniyası ilə bağlı tədbirlərə qatılmışdı.
Sui-qəsdin təfərrüatları
Abe ölkənin mərkəzi hissəsindəki Nara şəhərində çıxış edərkən televiziya müxbiri iki atəşə bənzər səslər eşidib, bundan sonra siyasətçi həmin ölkənin yerli vaxtı ilə saat 11:30-da huşunu itirib. Keçmiş Baş nazir xəstəxanaya yerləşdirilib, hücum edən 41 yaşlı yerli sakin saxlanılıb. Qeyd olunur ki, Abe ov tüfəngi ilə kürəyindən vurulub. Yaponiya polisinin yaydığı məlumatda keçmiş Baş nazirin ürəktutması keçirdiyi, onun helikopterlə xəstəxanaya yerləşdirildiyi qeyd edilir.
Abe əvvəllər rəhbərlik etdiyi Liberal Demokrat Partiyasına dəstək olaraq parlamentin yuxarı palatası üçün seçki kampaniyası çərçivəsində Narada danışıb. İndi onun sədri hazırkı hökumət başçısı Fumio Kişidadır.
Xatırladaq ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə Baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub. Keçmiş Baş nazir 2020-ci ildə vəzifədən getməsinə sağlamlığında yaranmış problemlərin səbəb olduğunu demişdi.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

