7 noyabr parlament seçkiləri demokratik, şəffaf və ədalətli keçirilib
27.11.2010 [10:06]
Dünən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıb.
İclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib. Hakimlər Fikrət Babayev və Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənilib.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Şaitdin Əliyev və MSK katibi Natiq Məmmədov çıxış ediblər. Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov ekspert rəyi ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Ulduzə Həmidova çıxış ediblər. çıxış edənlər hakimlərin suallarını da cavablandırıblar.
Məruzələrdə və çıxışlarda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il sentyabrın 3-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalanıb. Bu Sərəncama müvafiq olaraq 4-cü çağırış Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-də keçirilib.
Bildirilib ki, parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilib. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılıb. Qeyd olunub ki, 50 minə yaxın yerli, 1000-dən çox xarici müşahidəçi seçki prosesini izləyib. Hər bir seçiciyə seçki vəsiqəsi təqdim olunub, yerli qeyri-hökumət təşkilatlarına seçkini müşahidə etmək üçün icazə verilib, barmaqların rəngsiz mürəkkəblə işarələnməsi və “exit-poll” həyata keçirilib.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının sənədləri Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə onların yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb edib, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddəsinə uyğun olaraq, Bakı, Sumqayıt, Gəncə, Şirvan Apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Respublika Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib. Müəyyən edilib ki, bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.
Vurğulanıb ki, 4-cü çağırış Milli Məclisə seçkilərlə bağlı qanun pozuntusuna yol verilməsi barədə Respublika Prokurorluğuna 89 müraciət daxil olub. Həmin müraciətlərin araşdırılması nəticəsində 89 saylı Göyçay-Ağdaş seçki dairəsində namizədliyi qeydiyyata alınmış şəxs tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə edilməsi, səsvermənin gedişinə maneə törədilməsi, seçki bülletenlərinin zor tətbiq edilməklə götürülməsi ilə bağlı 1 cinayət işi başlanıb, qalan müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib.
MSK-nın sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat verib. O, xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin sentyabrın 3-də imzaladığı “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncama müvafiq olaraq 4-cü çağırış Milli Məclisə seçkilərin noyabrın 7-də ədalətli, şəffaf, azad və demokratik təşkili üçün MSK tərəfindən bütün addımlar atılıb. MSK tərəfindən işlərin əsasən üç istiqamətdə qurulduğunu bildirən M.Pənahov qeyd edib ki, birinci olaraq baş verə biləcək əyintilərin və qanun pozuntularının qarşısını almaq, seçkiləri Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin olunması məqsədi ilə geniş təbliğat və maarifləndirmə işi təşkil edilib. Bu tədbirlərə beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndələri, müvafiq dövlət qurumlarının rəsmiləri cəlb ediliblər ki, bu da onların yüksək səviyyəsini təmin edib.
Növbəti mərhələdə namizədlərin qanuna müvafiq qaydada irəli sürülməsi və qeydiyyata alınması üçün hər cür şərait yaradılıb. Bütün dairələrdə alternativliyin təmin edildiyi, hər bir dairə üzrə ən azı 4, ən çoxu 14 namizədin qeydiyyata alındığı vurğulanıb.
Nəhayət, səsvermə prosesinin yüksək səviyyədə təşkili məqsədilə məntəqə seçki komissiyalarının yaşayış ərazilərinə müvafiq təşkili və lazımi avadanlıqla tam təmin edilməsi üçün bütün işlər görülüb.
Milli Məclisə seçkilərdə 23 siyasi partiya tərəfindən namizədlərin irəli sürüldüyü, bunlardan 10-nun müstəqil, 13-nün isə 5 blokda birləşərək iştirak etdiyi qeyd edilib.
Vurğulanıb ki, seçkilər ölkənin bütün seçki dairələrində təşkil edilib. ölkə üzrə fəaliyyət göstərən 5314 seçki məntəqəsi lazımi avadanlıqla tam təmin olunub, 500 məntəqədə veb-kamera quraşdırılıb. Seçki marafonunda iştirak etmək üçün dairə seçki komissiyalarına 1043 vətəndaş müraciət edib, onlardan 743-ü qeydiyyata alınıb, 690 namizədin adı seçki bülletenlərinə daxil edilib.
MSK sədri qeyd edib ki, bununla belə, səsvermənin gedişində bəzi qanun pozuntularına da yol verilib. Mərkəzi Seçki Komissiyası 46 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Bunun seçkilərin ümumi nəticələrinə heç bir təsiri olmayıb. M.Pənahov bildirib ki, seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsinə təqdim olunmuş protokolu MSK-nın 17 üzvü imzalayıb.
Müzakirələrdən sonra bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu gündəlikdəki məsələ ilə əlaqədar noyabrın 29-da müvafiq qərar qəbul edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

