Çörəyin qiymətini bir sıra çörəkbişirmə müəssisələri artırıb
23.11.2010 [09:44]
Məlum olduğu kimi, paytaxt Bakı şəhərinin və respublikanın bir çox yerlərində çörəkbişirmə müəssisələri və satış obyektləri çörəyin və unun qiymətlərini artırıblar. Əvvəllər 30 qəpiyə satılan 550-600 qramlıq çörək bir neçə gündür ki, 10 qəpik bahalaşıb. Eləcə də, 50 kq-lıq un kisələrinin pərakəndə satış qiyməti 4 manat bahalaşıb və 26-27 manata satılır. Unun qiymətinin artması, eyni zamanda, çörək və un məmulatlarının da qiymətlərinin artmasına səbəb olub. Belə ki, peçenye, bulka, makaron və vermişel, müxtəlif şirniyyatlar və undan hazırlanan məhsulların qiymətlərində də 20-30 qəpiklik artım müşahidə olunur.
Satış məntəqələri bahalaşmanı çörəkbişirmə müəssisələrindəki topdansatış qiymətlərinin artması ilə izah etməyə çalışırlar. Bir sıra un dəyirmanları və çörəkbişirmə müəssisələri isə qiymət artımını guya xaricdən ölkəmizə gətirilən taxıl məhsullarının bahalaşması ilə əsaslandırırlar. Hətta bəzi müəssisələr artırdıqları qiymətləri guya ölkəmizdə un məhsulları ehtiyatlarının azalması görüntüsü yaratmaqla “sığorta” etməyə çalışırlar. Bu məqsədlə həmin müəssisələr əvvəllər pərakəndə yolla satdıqları 50 kq-lıq un kisələrinin satışını da məhdudlaşdırıblar.
çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur...
Kənd Təsərrüfatı Nazirliyi (KTN) isə yuxarıda qeyd olunan məsələlərin heç birinin əsasının olmadığını bəyan edir. Nazirliyin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev Azərbaycanda kifayət qədər taxıl ehtiyatının və dəyirmanlarda xeyli həcmdə unun olduğunu bildirib. Onun fikrincə, ötən aylar ərzində bütün dəyirmanlar lazım olan qədər taxılla təmin olunub. Yəni, dəyirmanlarda ölkəmizin tələbatını tamamilə ödəmək üçün un resursları toplanıb. ümumiyyətlə, əhalinin çörək və un məhsulları ilə etibarlı təminatı üçün lazım olan bütün tədbirlər görülüb. Sabir Vəliyevin fikrincə, respublikamızda ərzaq taxılı çatışmazlığı yoxdur. Ona görə də, Azərbaycanda çörəyin qiymətinin artması əsassızdır. S.Vəliyevin sözlərinə görə, bu il taxıl istehsalı ötən illə müqayisədə azalsa da, bu, daxili bazarı tənzimləmək üçün heç bir problem yaratmır. çünki payızın ilk günlərindən etibarən xarici dövlətlərdən münasib qiymətə 700 min tondan artıq taxıl gətirilib və dəyirmanlarda 1 illik ehtiyat var.
S.Vəliyev bu vəziyyətdə çörəyin və unun bahalaşmasına təsir edə biləcək iqtisadi əsas olmadığını bildirir. Mütəxəssis, daxili bazarda qiymətlərə nəzarət etmək üçün KTN-nin heç bir səlahiyyətlərə malik olmadığını da diqqətə çatdırıb. S.Vəliyevin fikrincə, müvafiq qurumlar bu istiqamətdə ciddi yoxlamalar və araşdırmalar aparıb süni qiymət artımına yol verən sahibkarlara qarşı qanunauyğun şəkildə sərt tədbirlər görməlidirlər. ümumiyyətlə, çörək və un məmulatları strateji məhsullar sayıldığından bu sahəyə nəzarət çox güclü olmalıdır.
KTN-nin rəsmisi taxıl məhsullarının idxalına tətbiq olunan ƏDV-nin ləğvini də vacib sayır. Qeyd edək ki, ötən il ölkəmizdə 3 milyon ton taxılın istehsal olunması xaricdən un gətirilməsinə heç bir ehtiyac yaratmırdı və buna görə də, Nazirlər Kabineti daxili istehsalçıların mənafeyini qorumaq məqsədilə taxıl idxalına 18 faizlik ƏDV tətbiq edib. Hazırda isə xaricdən taxıl idxalına ehtiyac var və mütəxəssislər buna görə də, ƏDV-nin ləğvini zəruri hesab edirlər.
Taxıl anbarlarında kifayət qədər taxıl ehtiyatı mövcuddur...
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini Rizvan Mustafayev də respublikamızın un ehtiyatları ilə etibarlı şəkildə təmin olunduğunu bildirir. Mütəxəssisin qeyd etdiyinə görə, bu il ölkəmizdə istehsal olunmuş yerli buğda ehtiyatlarının həcmi 1 milyon 307 min tondan artıqdır ki, bu da tələbatın 70 faizindən çoxunu ödəməyə imkan verir. Bununla yanaşı, ötən ildən tədarük olunmuş və xarici ölkələrdən gətirilmiş ehtiyat məhsul mövcuddur. R.Mustafayevin sözlərinə görə, sentyabr-oktyabr aylarında Qazaxıstandan əlavə olaraq taxıl gətirilib. Həmin ehtiyatların həcmi isə 600 min tondan artıqdır. Yəni, həm yerli fermerlərdən alınan taxıl, həm də Qazaxıstandan gətirilən un hesabına böyük ehtiyat yaradılıb. Hazırda respublikamızın çörəkbişirmə müəssisləri, dəyirmanlar və taxıl anbarlarında kifayət qədər taxıl ehtiyatı mövcuddur. Bu isə respublikamızın illik una olan ehtiyacının tamamilə ödənilməsinə imkan verir.
çörəyin çəkisini sifarişçi ilə sahibkar müəyyənləşdirir...
Məsələ ondadır ki, bir sıra çörəkbişirmə müəssisələrinin istehsal etdiyi çörəyin keyfiyyəti də normalara cavab vermir. Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsində hesab edirlər ki, iri çörək zavodlarında istehsal olunan məhsulun keyfiyyəti standartlara uyğun olsa da, kiçik çörəkbişirmə müəssisələrinin bəzilərində keyfiyyətlə bağlı problemlər var. Komitənin əməkdaşı Fazil Talıblı bildirib ki, mütəmadi olaraq monitorinqlər aparılır və belə hallara qarşı qanunamüvafiq qaydada tədbirlər görülür. Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsi son günlər çörəyin çəkisinin azalması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib. F.Talıblının fikrincə, hazırda çörəyin çəkisi sifarişçi ilə sahibkarın arasında razılaşmaya əsasən müəyyən olunur. Yəni, istehsal müəssisəsi çörəyin çəkisini müəyyən etməkdə sərbəstdir. Sifarişçinin istəyinə əsasən, müxtəlif çəkidə çörək məhsulları istehsal olunur.
İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə ərzaq bazarında, o cümlədən, çörək bazarında monitorinqlərin aparıldığını bildirir. Qurum respublikamızda daxili bazarın qorunması üçün lazım olan addımların atılacağını bəyan edir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

