/ / Deyilən sözdən imtina və jurnalistləri ittiham etmək peşəkar siyasətçiyə xas olmayan xüsusiyyətdir
Deyilən sözdən imtina və jurnalistləri ittiham etmək peşəkar siyasətçiyə xas olmayan xüsusiyyətdir
13.11.2010 [09:48]
Bu gün dünyada peşəkar siyasətçilər dövlətlərarası münasibətlərin qurulması, əməkdaşlığın genişləndirilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində atdıqları addımlarla insanların hörmətini, inamını qazanır. Amma fəaliyyəti dövründə xüsusi peşəkarlıq nümayiş etdirmiş bir siyasətçinin sonradan dediyi sözlərdən imtina etməsi, hətta, öz günahını yumaq üçün jurnalistləri günahlandırması həmin inamı və etimadı tamamilə sındırmış olur. çox təəssüflər olsun ki, belə bir hal hələ də mövcud olmaqdadır...
Qeyd edək ki, noyabrın 11-də MDB İcraçı katibi Sergey Lebedev Ermənistan xarici işlər naziri Edvard Nalbandyana məktub göndərərək Bakıda verdiyi açıqlama zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirləri təkzib edib və onun fikirlərinin guya təhrif olunduğunu bildirib. Məktubda deyilir: “Bununla bağlı sizə məlumat vermək istərdim ki, bəzi informasiya agentliklərinin mənim adımdan “Biz işğal olunmuş ərazilərin azad olunması, Azərbaycanla Naxçıvan, Qarabağla Ermənistan arasında dəhlizin yaradılması məsələlərini müzakirə edirik” fikri həqiqətə uyğun deyil. Fürsətdən istifadə edərək MDB-nin möhkəmləndirilməsi maraqları naminə Ermənistan rəhbərliyi ilə sıx tərəfdaşlığa səmimi və konstruktiv əhval-ruhiyyədə olmağımda sizi əmin edirəm”.
Əslində isə, S.Lebedev mətbuata açıqlamasında bildirib: “özünüz görürsünüz ki, Rusiya rəhbərliyi bu münaqişənin həlli üçün hansı səylər göstərir. üçtərəfli görüşlərə başlanıb, bu, artıq iki ildir davam edir, axırıncı görüş Həştərxanda keçirilib. Siz bilirsiniz ki, əsirlər və cəsədlərin dəyişdirilməsi ilə bağlı konkret razılaşmalar əldə olunub və s. Bu, yalnız kiçik addımdır, lakin biz bunun ardınca digər addımların olması üçün əlimizdən gələni edirik. Yəni, müzakirə olunan bu məsələlər barədə - işğal olunmuş ərazilərin azad olunması və müvafiq olaraq Azərbaycanla Naxçıvan, Qarabağla Ermənistan arasında dəhlizin yaradılması və s., əlavə olaraq digər humanitar məsələlər - bütün bunlar müzakirə olunur, mən bunu bilirəm...”.
Maraqlıdır ki, S.Lebedevi bu sözləri işlətməyə heç kim vadar etməmişdi və ona bu istiqamətdə məqsədli suallar da verilməmişdi.
Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktı BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların, həmçinin, ATƏT Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın rəsmi sənədlərində öz əksini tapıb. Bəs, görəsən bütün dünyanın qəbul etdiyi və səsləndirdiyi ifadənin təkrar olunmasında problemli nə var ki, S.Lebedevi Nalbandyana izahat yazmağa məcbur edib?
Görəsən, MDB-nin İcra katibi kimi məsul vəzifə tutan şəxsin təzyiq qarşısında öz sözünü geri götürməsinin bir qurum kimi MDB-nin nüfuzuna mənfi təsir göstərdiyini S.Lebedev nəzərə alıbmı?
Son olaraq xatırlatmaq yerinə düşər ki, kimlərinsə təzyiqi altında öz fikrindən imtina etmək və sənin dediklərini sözbəsöz təkrarlayan mətbuatı günahlandırmaq peşəkar siyasətçiyə xas olmayan xüsusiyyətdir. Yəqin ki, dediyi fikirlərdən imtina etməyin siyasətçinin nüfuzuna xələl gətirən hal olduğunu cənab Lebedev bilməmiş deyil.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

