Absurd “nümunələr”, yaxud...
09.06.2022 [10:12]
Ermənistan sülhdən necə yayınır?
Nardar BAYRAMLI
Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində təşəbbüslər davam etməkdədir. Azərbaycanın bu yöndə atdığı addımlar, yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur. Avropa İttifaqının son vaxtlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərdiyi səylər də buna sübutdur. Amma görünən odur ki, erməni tərəfi sülhə gəlmək istəmir. Əldə edilən razılaşmaların Ermənistan tərəfindən icra olunmaması bunu deməyə əsas verir.
Ümumiyyətlə, erməni tərəfi mümkün qədər prosesi uzatmağa çalışır və bu məqsədlə müxtəlif bəhanələr gətirir. Hakimiyyət sözdə sülh sazişi imzalamağın tərəfdarı olduğunu desə də, müxalifət isə açıq şəkildə buna qarşı çıxır. Xeyli vaxtdır ki, etiraz aksiyaların keçirilməsi də Paşinyan hakimiyyətinə təzyiq göstərmək məqsədi daşıyır. Onlar iddia edirlər ki, hazırkı şəraitdə sülh sazişi imzalamaq Ermənistanın maraqlarına uyğun deyil. Məsələn, keçmiş baş nazir Vazgen Manukyan deyib ki, tələsik imzalanan istənilən yekun sənəd Ermənistanın ziyanına olacaq. Manukyan öz təbirincə bir sıra ölkələri misal gətirərək bildirib ki, sülh sazişi imzalanmasa da olar. O, Rusiya ilə Yaponiya arasında Kuril adaları səbəbindən sülh müqaviləsinin hələ də imzalanmamasını “nümunə” kimi göstərib. Göründüyü kimi, “Kuril adaları” ermənilərə sülh sazişini imzalamaqdan yayınmaq üçün növbəti bəhanədir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov qəzetimizə açıqlamasında deyib ki, ermənilər xoşluqla sülhə gəlmək istəmir. Onun sözlərinə görə, 30 ilə yaxın dövrdə ermənilərin danışıqlar prosesini pozması, sülh yolu ilə torpaqlarımızı azad etməməsi buna sübutdur: “Azərbaycanın səbri tükəndi və 44 günlük Vətən müharibəsində torpaqları öz gücünə azad etdi. İndi yenə də ermənilər sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələrdən istifadə edirlər. Amma başa düşməlidirlər ki, sülhün alternativi yoxdur və Azərbaycan bu məsələdə haqlıdır. Dünya birliyi də real vəziyyəti qəbul edir. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlamaqla nə qazandı? Heç nə. Əksinə, çox şey itirdi. Regiondakı qlobal layihələrdən kənarda qaldı, yoxsul, zəif və geridəqalmış ölkəyə çevrildi. Ona görə də, anlamalıdırlar ki, sülh sazişi onlar üçün çox xeyirlidir”.
Millət vəkili qeyd edib ki, Kuril adaları məsələsini ortaya atmaqla ermənilər yeni variantlar axtarırlar: “Yəni bu variantlar, bəhanələr sülh sazişini imzalamamaq üçündür. Amma bunun da bir həddi var. Hesab edirəm ki, beynəlxalq birlik, o cümlədən tərəflər arasında vasitəçilik edən Avropa İttifaqı Ermənistana xəbərdarlıq etməlidir. Rəsmi İrəvan sülhdən yayınırsa, əldə edilən razılaşmaları pozursa, Avropa İttifaqı ermənilərə maliyyə yardımını dayandırmalıdır. Çünki bu gün Ermənistan xaricdən aldığı yardımlarla dolanır. Ermənilərin yardımı kəsilsə, özləri yalvaracaqlar. Amma ən əsas məqam Azərbaycanın mövqeyidir. Ermənilər İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar. Anlamalıdırlar ki, “Dəmir yumruq” hələ də qüvvədədir. Əgər müxtəlif bəhanələrlə sülh razılaşmasına gəlməsələr, “Dəmir yumruğu” başlarının üzərində görəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

