/ / YAP Mərkəzi Aparatında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işləri ilə bağlı təlim keçirilib
YAP Mərkəzi Aparatında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işləri ilə bağlı təlim keçirilib
07.06.2022 [15:02]
Gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planına uyğun olaraq iyunun 7-də YAP Mərkəzi Aparatında təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Tədbirlər Planı çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd cəmiyyətimizdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir. Onun sözlərinə görə, belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. YAP-ın sıralarında onminlərlə gəncin birləşdiyini deyən B.İslamov qeyd edib ki, maarifləndirmə işlərində bu potensialdan geniş istifadə olunmalıdır. “Partiyamızda yüksək intellektli gənclər birləşib. Onlar narkomaniyaya qarşı mübarizədə fəal olmalıdır. Çünki bu, vətəndaş olaraq bizim məsuliyyətimizdir. Bu sahədə düzgün maarifləndirmə işlərinin aparılması vacibdir. Sağlam gənc nəslin formalaşması üçün bu işlər davamlı olaraq həyata keçirilməlidir. İnanıram ki, bu Tədbirlər Planı çərçivəsində görüləcək işlər öz müsbət nəticələrini verəcək”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Elnur Orucov çıxışında bildirib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlalarından biridir. “Bizim üzərimizə düşən ən vacib vəzifələrdən biri bu bəlaya qurşanan gənclərimizi, vətəndaşlarımızı normal həyata qaytarmaqdır. Bu yöndə maarifləndirmə işləri bundan sonra da dolğun şəkildə aparılmalıdır. Cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən KİV-lərin, QHT-lərin bu prosesdə iştirakı çox vacibdir. Azərbaycan Televiziyası da bu mövzuya həsr olunan silsilə maarifləndirici verilişlər yayımlayır, müxtəlif sosial videoçarxlar nümayiş etdirir. Artıq çəkilişinə start verilən “Həyat gözəldir” çoxseriyalı bədii televiziya filminin ana xəttini narkomaniyaya qarşı mübarizə tədbirləri, “ağ ölüm”ə qarşı mühüm çağırışlar təşkil edir”, - deyə, E.Orucov söyləyib.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev iştirakçılara təlim keçib, slaydlar vasitəsilə məlumatlar təqdim edib. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın otuz səkkiz bəndi məhz maarifləndirmə məsələlərinə həsr olunub. “Narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Belə gənclər öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər”, - deyə R.Allahverdiyev vurğulayıb.
Daha sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

