“RİA Novosti”dən sonra növbə??...
07.06.2022 [09:54]
N.BAYRAMLI
Bir neçə gündür ki, Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb. “RİA Novosti” Qarabağdakı erməni separatçılarının “dövlət naziri” kimi təqdim olunan Artak Beqlaryanla müsahibə dərc edib. Müsahibə Azərbaycan cəmiyyətində etirazla qarşılanıb. Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın dövlət informasiya agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatları yaymasını Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmədiyini bildirib və bunun ciddi təəssüf doğurduğunu vurğulayıb. Bildirilib ki, dövlət informasiya agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birilərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir. O qeyd edib ki, “RİA Novosti” agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır.
Bu hadisədən sonra isə “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb. Eyni addım vaxtaşırı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən “Sputnik” üçün də tətbiq oluna bilərmi? Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti Rusiyanın rəsmi media strukturu olan “RİA Novosti”nin yanlış dəst-xəttinin, yanaşmasının müxtəlif təzahür formalarına, peşəkar jurnalistika prinsiplərinə yaraşmayan mövqeyinə indiyədək çox şahidlik edib. Onun sözlərinə görə, peşə dəyərləri separatizmin, bölücülüyün təbliğ və təşviqindən uzaq durulmasını, dövlətlərin müstəqilliyinə, suverenliyinə zidd təmayüllərə meydan tanınmamasını rəhbər tutur: “Məlum müsahibə Azərbaycan cəmiyyətində haqlı narazılıq, hətta hiddət və qəzəb doğurub. Buna görə adekvat cavab addımı kimi “RİA Novosti”nin Azərbaycan ərazisində yayımı dayandırılıb. Tolerant, söz və ifadə azadlığına, plüralizmə dəyər verən Azərbaycanda belə bir tədbirin görülməsi günün tələbidir, zərurətdir. Separatizmi təbliğ etməklə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət qoymayan digər KİV-lər də bundan nəticə çıxarmalıdırlar. “Sputnik Azərbaycan” da Rusiyanın “Sputnik” Agentliyinin Azərbaycanda fəaliyyət göstərən media şəbəkəsidir. Yəni “RİA Novosti”dən fərqli olaraq, onun ölkəmizdə özəyi var. Orada çalışanlar ümumən azərbaycanlı jurnalistlərdir. Yəni məsələyə baxış bunun üzərində qurulmalıdır. Hesab edirəm ki, “Sputnik Azərbaycan”ın rəhbərliyi də agentliyin hansı ölkədə fəaliyyət göstərdiyinin fərqindədir. 44 günlük Vətən müharibəsi dönəmində bir məqama diqqət yetirdik. “Sputnik”in Ermənistandakı özəyi olan “Sputnik.am”ın materialları Ermənistan hakimiyyətinin maraq və mənafelərinə uzlaşırdı. Elə təəssürat yaranırdı ki, sanki sırf Ermənistana məxsus informasiya agentliyi fəaliyyət göstərir. Halbuki, “Sputnik”in Azərbaycandakı özəyi tam fərqli format seçmişdi. Daha çox neytrallığı qoruyurmuş kimi davranırdı. Əlbəttə, mediaya peşəkar baxımdan yanaşsaq, tərəf saxlamamalıdır, obyektivliyə riayət etməlidir. Ancaq belə durumlarda istər-istəməz müqayisəli yanaşma zərurəti meydana çıxır. Bu yanaşma suallar doğurur - nəyə görə Ermənistandakı “Sputnik” erməni ruporuna çevrilir, materiallarının 80 faizinə qədəri müharibə ovqatlıdır? Obyektivliyi qorumaq Azərbaycandakı “Sputnik”ə qalıb? Onun qoruduğu obyektivlikdirmi? Nəyə görə Azərbaycandakı “Sputnik” baş mövzu olan müharibəni deyil, başqa mövzuları qabardırdı?”.
Ə.Amaşovun fikrincə, hansısa xarici media qurumunun Azərbaycandakı yayımının dayandırılması Azərbaycan dövlətinin səlahiyyətində olan məsələdir: “Dövlətimiz “Ria Novosti” ilə bağlı bu addımı atdı. Kifayət qədər əsaslı, yerində və zamanında atılmış addım idi. Əlbəttə, “Ria Novosti” kimi separatçı, bölücü yol tutanların Azərbaycandakı yayımının dayandırılmasında, eləcə də onların buradakı özəklərinin fəaliyyətinə son qoyulmasında hər hansı kompromis, güzəşt ola bilməz”.
Bakı Dövlət Universitetinin (BDU) professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli də hesab edir ki, “RİA Novosti” agentliyinin Azərbaycan ərazisində bloklanması çox yerində olan və düzgün qərardır. O, hökumətin bu qərarını bəyəndiyini deyib: “Ona görə ki, əvvəllər də dəfələrlə Rusiyanın dövlət agentliyi sayılan “RİA Novosti” Azərbaycan əleyhinə, ərazi bütövlüyümüzə qarşı, Azərbaycanda separatizmi stimullaşdıran yazılar, müsahibələr dərc edib. Onlara dəfələrlə xəbərdarlıq olunub, amma yenə də son məlumatlar göstərir ki, agentlik bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə hörmətsizlik nümayiş etdirir. Ona görə də, belə bir saytın bloklanması çox vacibdir və hesab edirəm ki, nə qədər kəskin olsa da, Azərbaycan tərəfindən atılan çox düzgün addımdır. Çünki Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin imzalanmasından sonra belə addımların atılması Azərbaycanın ərazi bütövlüyünə, onun dövlət müstəqilliyinə qarşı yazıların, məlumatların yayılması iki dövlət arasında hazırda mövcud olan münasibətlərin məntiqinə və ruhuna ziddir”.
Q.Məhərrəmli qeyd edib ki, “RİA Novosti”nin bloklanmasından digər rus saytları, o cümlədən “Sputnik.az” və digərləri ciddi nəticə çıxartmalıdırlar: ““Sputnik.az”la bağlı cəmiyyətimizdə mənfi imic formalaşıb. Bu sayt zaman-zaman informasiya təhlükəsizliyimizə qarşı yönəlmiş xətalara yol verib. Əslində, həmin saytın kimlərə bağlı olduğu hamımıza məlumdur. “Sputnik”in rəhbərlərinin Azərbaycana qarşı, milli maraqlarımıza zidd olan qərəzli mövqeyinə dəfələrlə şahidlik etmişik. Belə bir deyim var ki, əgər düşmənin içəridədirsə, qapın qıfılla bağlı ola bilməz. Yəni belələrini içimizdən təmizləmək lazımdır. Biz “Sputnik”in Azərbaycanın maraqlarına qarşı olan fikirlərə yer verildiyini dəfələrlə görmüşük. Əgər gələcəkdə belə hallar baş verərsə, “RİA Novosti” kimi” “Sputnik” də bloklanmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30

