Qələbəmizə inanırıq
08.11.2010 [09:45]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycanda parlament seçkilərinin yekunu ilə əlaqədar mətbuat konfransı keçirib. Parlament seçkilərinin uğurla başa çatdığını deyən Əli Əhmədov vurğulayıb ki, bu seçkilər Azərbaycanda demokratiyanın və seçki praktikasının əhəmiyyətli göstəricisidir. YAP Sədrinin müavini bildirib ki, yüksək seçici fəallığı ilə müşayiət olunan seçkilərdə insanlar öz iradələrini sərbəst şəkildə ifadə ediblər. “Məlum olduğu kimi, ölkəmizdə seçki prosesinə ciddi hazırlıq görülmüşdü və bu kampaniyada iştirak edən tərəflərə bərabər imkan yaradılmışdır. Hesab edirəm ki, 7 noyabr seçkiləri Azərbaycan tarixinə azad, şəffaf və demokratik seçkilər kimi düşəcək. Onu da qeyd etmək istəyirəm ki, həm siyasi partiyalar, həm də müstəqil namizədlər bərabər şəkildə mübarizə aparmaq imkanı əldə etdilər. Bu seçkilərdə 23 siyasi partiyanın iştirak etməsi partiyaların parlament seçkilərinə marağının yüksək göstəricisi sayıla bilər” - deyə, Əli Əhmədov vurğulayıb. Bununla belə, YAP Sədrinin müavini qeyd edib ki, bəzi müxalifət partiyaları seçkilərin şəffaflığına, demokratikliyinə kölgə salmağa cəhdlər göstəriblər. Belə cəhdlərə həm seçki kampaniyası dövründə, həm də səsvermə günü rast gəlinib. Onun sözlərinə görə, xüsusilə MSK tərəfindən bütün namizədlər üçün ayrılan 4 dəqiqəlik pulsuz efir vaxtından müxalifət namizədləri öz seçki proqramlarını seçicilərə təqdim etmək əvəzinə, böhtan və yalanlardan ibarət fikirlər səsləndiriblər. “Əlbəttə, bütün namizədlər üçün 4 dəqiqə pulsuz efir vaxtının ayrılması onlar üçün yaradılmış geniş imkandır. Bu, eyni zamanda, namizədlərə olan bərabər münasibətin ifadəsidir. Təəssüf ki, bəzi müxalifət partiyalarının nümayəndələri bu imkandan sui-istifadə etməyə çalışdılar. Əslində, müxalifət bu hərəkəti ilə öz mövqelərinin zəif olduğunu nümayiş etdirdi” - deyə, Əli Əhmədov qeyd edib.
YAP Sədrinin müavini hesab edir ki, reallığın təhrif edilməsi, böhtanlar atılması, etik normalardan kənar çıxışlar normal seçki təşviqatı hesab edilə bilməz. Əli Əhmədov seçkilərin azad və şəffaf keçirilməsinin göstəricisi kimi seçki prosesinin çoxsaylı müşahidəçilər tərəfindən izlənilməsini vurğulayıb. Onun sözlərinə görə, parlament seçkilərini 50 min nəfərə qədər yerli, 1000 nəfərdən artıq isə xarici müşahidəçilər izləyib: “Nəzərə alsaq ki, Azərbaycanda seçki məntəqələri 5 mindən bir az artıqdır, onda hər məntəqəyə 10 nəfərə qədər müşahidəçi düşür. Bu da səsvermənin geniş şəkildə müşahidə edilməsinin göstəricisidir”.
Əli Əhmədov səslərin hesablanmasında yerli və xarici müşahidəçilərin iştirak etdiyini bildirib.
YAP Sədrinin müavini bəzi məntəqələrdə müxalifətçilər tərəfindən səsvermənin gedişinə mane olmaq cəhdlərinin baş verdiyini deyərək, bu faktlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb. Əli Əhmədov belə qanun pozuntuları baş vermiş bir sıra dairə və məntəqələrin adlarını sadalayıb: “22 saylı Nəsimi ikinci seçki dairəsinin 19 saylı seçki məntəqəsində Pənah Hüseynin nümayəndələrinin seçicilərə təsir göstərməsini qeyd etmək istəyirəm. Onun qızı Aybəniz Hüseyn də məntəqənin qarşısında seçicilərə təsir göstərməyə çalışıb. 31 saylı Suraxanı ikinci seçki dairəsində Əli Kərimlinin bir dəstə tərəfdarları məntəqələri gəzərək qanun pozuntularına cəhd göstəriblər. Müşahidəçilərimiz bütün qanun pozuntularının qeydiyyatını aparıb və bizə məlumat veriblər. Biz də bu məsələ ilə bağlı MSK-ya müraciət edəcəyik”.
Seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etdiyini deyən Əli Əhmədov bu seçkilərdə YAP-ın qələbə qazanacağına inandığını da bildirib.
Əli Əhmədov bəzi beynəlxalq KİV-lərdə Azərbaycan haqqında mənfi, qərəzli fikirlərə geniş yer verilməsinə təəssüfləndiyini bildirib. O, Azərbaycanda keçirilən seçki prosesi ilə bağlı bəzi beynəlxalq mediada obyektivliyin pozulduğunu və seçkini tamam başqa bir formada təbliğ etməyə cəhd göstərildiyini vurğulayıb. Bu baxımdan “Azadlıq” radiosunun xüsusi “fəallıq” göstərdiyini deyən Əli Əhmədovun fikrincə, radionun Azərbaycana qarşı mövqeyi yalnız qərəzdən ibarətdir. “KİV nümayəndələrinin hər hansı məntəqəyə gedərək səsvermə prosesini izləməsi üçün heç bir qadağa yox idi. Xarici mətbuatın Azərbaycanın müxalifət mətbuatında həqiqətə uyğun olmayan yazılanları öz səhifələrinə köçürmələri qərəzdən başqa bir şey deyil. Bu KİV əgər obyektivdirsə, hər hansı məsələ ilə bağlı müxalifətlə yanaşı, hakimiyyət tərəfinin də mövqeyini təqdim etməlidir. Ancaq Azərbaycandakı prosesləri məqsədli şəkildə təhrif edən xarici mətbuat orqanları çirkli niyyətlərə xidmət etdiklərini ortaya qoyurlar. Necə ola bilir ki, o, mətbuatın səhifələrində yalnız Əli Kərimlinin, İsa Qəmbərin fikirlərinə, müxalifətin həqiqətə uyğun olmayan yazılarına yer var? Niyə hakimiyyətdə olan partiyanın fikirlərini soruşmurlar? Azərbaycan cəmiyyəti belə meyillərə öz etirazını bildirməlidir”. Əli Əhmədov “Azadlıq” radiosunun saytında yerləşdirilən qərəzli məlumatlara da öz münasibətini bildirib: “Azadlıq” radiosunun saytının səhifələrində Azərbaycanda bir müsbət hadisə görə bilməzsiniz. O sayt Azərbaycanı yalnız qara rəngdə təqdim etməyə çalışır. Saytdakı mövzularla bağlı bizim gənclər də öz mövqelərini bildirmək istəyirlər. Onlar öz fikirlərini göndərirlər, sayt qəbul edir, ancaq səhifəyə qoyulmur. Bu o deməkdir ki, belə mövqe Azərbaycana qarşı yönəlib. Buna nə ad vermək olar? Açıq etiraf olunsun ki, bu, hansısa tərəfin pulu ilə Azərbaycana qarşı çevrilmiş təxribatdır. Bu radio fikir azadlığını ən kobud şəkildə təhrif edir. 500 mindən çox üzvü olan partiyanın nümayəndələrinin kiçik bir hissəsinin mövqeyi həmin saytda yerləşdirilsə, onda həmin fikirlərin mütləq əksəriyyəti bizim mövqeyimizi ifadə edəcək. Amma bizim gənclərimizin fikirlərinə yer verilmir. Orda yazılanlar da saytın işçilərinin yazdıqları yazılardır”.
Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

