İndi vaxtıdır!
20.05.2022 [10:43]
Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin
“Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq”
Nurlan QƏLƏNDƏRLİ
Mayın 18-də Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüş çərçivəsində mətbuata bəyanatla çıxışı zamanı postmünaqişə dövrü reallıqlarından - Cənubi Qafqazda etimad quruculuğundan, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından, sərhədlərin dəqiqləşdirilməsi, sülh müqaviləsinin imzalanması və digər məsələlərdən bəhs etdi. Dövlətimizin başçısı çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. O qeyd etdi ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Ölkə rəhbəri İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan olduğunu diqqətə çatdırdı. Azərbaycan Prezidentinin diqqət yetirdiyi məsələlərdən biri də Ermənistanın indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərməməsi oldu: “Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır”.
Hazırıq!
Azərbaycan bu məsələdə qətiyyətli və birmənalı mövqe nümayiş etdirir, siyasi-hüquqi öhdəliklərinə sadiqdir. Bakı istər sülh müqaviləsinin imzalanmasına, istərsə də sərhədlərin delimitasiyası ilə əlaqədar prosesə hazırdır. Şərtlərimiz aydındır: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Eyni zamanda, bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsip Ermənistan tərəfindən qəbul edilib. Bakı bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır. Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq” ,- deyə vurğulayıb.
Məsuliyyətsiz mövqe narahatlıq doğurur
Azərbaycan, eyni zamanda, delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən edib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırıldı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır idi. Məsələ erməni tərəfi ilə razılaşdırılıb. Dövlətimizin başçısı qeyd edib ki, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur: “Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.
Bakı sadiqdir, İrəvan isə...
Azərbaycan bəyanatları və strateji fəaliyyəti ilə sülh quruculuğuna mühüm töhfələr verir. Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticəyə hesablanıb. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Bakı hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki üçtərəfli görüşdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi sabotaj etməyə çalışdı. Eyni zamanda, Ermənistanda müəyyən siyasi dairələr müxalifətin etiraz aksiyalarını bəhanə kimi göstərərək Brüssel sülh gündəliyini hədəfə almağa çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki birincisi, Ermənistan geosiyasi reallıqları dəyişdirmək, prosesi pozmaq gücündə və iqtidarında deyil. İkincisi, bu ölkənin baş naziri sənədlərə imza ataraq siyasi-hüquqi öhdəlik götürüb və bu, hakimiyyətin deyil, dövlətin öhdəliyidir. Bu məsuliyyətdən yayınmaq mümkün deyil. Üstəlik, nəzərə almalıdırlar ki, proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir - təqdir olunur. Nəhayət, şərtləri diktə edən qalib Azərbaycanın iradəsi həlledicidir. Ona görə də Ermənistanın yanaşması adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir. Bakı ümid edir ki, prosesə tezliklə start veriləcək, birgə işçi qrupları görüşəcəklər. Bu, təkcə ümid deyil, həm də konkret şərt və tələbdir. Prezident İlham Əliyev söyləyib ki, aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik: “Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

