Prezident Administrasiyasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri ilə görüş keçirilib
16.05.2022 [16:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüş və diskussiyalar davam etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin növbəti görüşü mayın 16-da Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ilə keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ədalət Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, İkinci Qarabağ müharibəsi, yeni geosiyasi reallıqlar, Azərbaycanın dünya siyasi arenasında artan rolu, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın kompensasiyası, Qarabağa Böyük Qayıdış və digər aktual məsələlər barədə fikirlərini səsləndirib.
Şöbə müdiri siyasi dialoq, siyasi partiyaların cəmiyyətdə rolu, müxalifətlə konstruktiv əməkdaşlıq və yaranmış sağlam mühit haqqında geniş məlumat verib. Müvafiq istiqamətdə görülmüş işlərin əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə partiyaların inkişafı üçün yaradılan şərait bilavasitə ölkə rəhbərliyinin dövlət quruculuğu məsələlərində demokratik dəyərlərə verdiyi qiymətdən xəbər verir.
Bütün demokratik təşəbbüslərə rəğmən, sabitliyin pozulmasına xidmət edən təxribatlar təəssüf hissi doğurur, milli maraqların toxunulmazlığına təhdid yaradan radikal meyillər cəmiyyət tərəfindən qəbul edilmir və sərt tənqid olunur. Azərbaycanda uzun illər ərzində yaşanan siyasi sabitlik dayanıqlı inkişafın əsasıdır və bu sabitlik milli maraqlarımızın tərkib hissəsidir.
Bununla yanaşı, görüş əsnasında siyasi partiyaların gündəlik fəaliyyəti ilə bağlı müxtəlif səpkili məsələlər, partiyaların ictimai nüfuzu, qərargahla təmin olunması və maliyyə hesabatlarının təqdim edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Fərəc Quliyev 44 günlük Vətən müharibəsi zamanı yaranan birliyi yüksək qiymətləndirərək, cəmiyyətin, o cümlədən siyasi partiyaların nümayiş etdirdiyi həmrəylikdən danışaraq ümummilli və dövlətçilik məsələlərində özünün və rəhbərlik etdiyi siyasi partiyanın dövlətin yanında olduğunu xüsusi vurğulayıb.
Görüş zamanı dövlətimizin Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətindəki mövqeyinin də partiya tərəfindən dəstəkləndiyi bildirilib. Fərəc Quliyev xarici siyasətdə atılan addımları təqdir edib, bu istiqamətdə aparılan siyasətin tezliklə bütövlükdə Qafqaz regionunda sabitliyi və dayanıqlı təhlükəsizliyi təmin edəcəyini diqqətə çatdırıb.
Həmçinin görüşdə ölkəmizdə pandemiya ilə mübarizədə görülmüş təbdirlər yüksək qiymətləndirilib. Bu sahədə qazanılan təcrübənin digər ölkələr üçün də nümunə olduğu vurğulanıb.
Administrasiya rəsmisi Ədalət Vəliyev görüşün sonunda konstruktiv əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq, Fərəc Quliyevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17

