Naxçıvanda Azərbaycan-Türkiyə biznes forumu keçirilib
28.10.2010 [09:22]
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi, mədəni-humanitar və sosial sahələrdə əlaqələrinin genişlənməkdə olduğunu bildirən natiq sözünə davam edərək deyib ki, hazırda Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus 58 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlarda 832 Türkiyə vətəndaşı çalışır.
Biznes forumda çıxış edən Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər çağlayan dost və qardaş ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etməsinə Türkiyə tərəfinin xüsusi əhəmiyyət verdiyini söyləyərək deyib ki, iş adamlarından ibarət böyük bir heyətin Naxçıvana gəlməsi bunu bir daha sübut edir. Dövlət naziri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan mühüm uğurlar qazanıb, Qafqaz regionunun lider dövlətinə çevrilib.
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkiyə Respublikası dövlət nazirinin mötəbər nümayəndə heyəti ilə Naxçıvana səfərini Türkiyənin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyətin daha bir göstərcisi kimi dəyərləndirib, iqtisadi sahədə əməkdaşlığa dair görülmüş işlərdən bəhs edib.
Sonra Türkiyə İxracatçıları Məclisinin Şərqi Anadolu İxracatçılar Birliyinin sədri Camal Şengel, Türkiyə Respublikası Xarici Əlaqələr Qurumu Türk-Azərbaycan Şurasının sədri Cengiz Gül çıxış ediblər.
Bununla da Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə biznes forumunun rəsmi hissəsi başa çatıb. Rəsmi hissədən sonra sənədlərin imzalanma mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İnvestisiya və İxracın Təşviqi Fondu, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ilə Türkiyə Respublikası Xarici Əlaqələr Qurumu Türk-Azərbaycan Şurası arasında işbirliyi haqqında Niyyət Protokolu imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Azərbaycan-Türkiyə biznes forumunda Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç, Naxçıvandakı baş konsulu Ayhan Enginar və Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Ayxan Süleymanov, Türkiyənin dövlət rəsmiləri, Naxçıvan Muxtar Respublikası ilə sərhəd vilayətlərin valiləri, vəzifəli şəxsləri, işgüzar dairələrin 90-a yaxın nümayəndəsi iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

