Qərb Marşal Planını və lend-liz proqramını dirçəldir
06.05.2022 [10:26]
Bu, Ukraynaya necə kömək edəcək?
Taleh AĞAVERDİYEV
Avropa Şurasının prezidenti Şarl Mişel mayın 5-də Varşavada “Ukrayna üçün bir növ Avropa sayağı Marşal Planı üçün başlanğıc nöqtəsi” olacaq donor konfransı elan edib. “Biz Ukraynanı mümkün qədər dəstəkləyəcəyimizə dair çox güclü siqnal verməliyik”, - deyə Avropa rəsmisi bildirib. Mişel indiki hadisələri “uzaqgörən insanların II Dünya müharibəsindən sonra Avropa qitəsini yenidən qurmaq üçün sərmayə qoymağa qərar verdiyi keçən əsrin” hadisələri ilə müqayisə edib.
Mişel belə bir planın üç prioritetini qeyd etdi:
humanitar dəstək;
likvidlik (büdcə dəstəyi, qrantlar və kreditlər);
ölkənin bərpası.
“Məqsəd keçmişdəki Ukraynanı bərpa etmək deyil. Məqsəd müasir, firavan gələcəyə yönəlmiş Ukrayna qurmaqdır”, - deyə Mişel bildirib. O, Avropada sanksiyalarla dondurulan Rusiya maliyyəsinin də müharibədən zərər çəkmiş Ukraynanın bərpası üçün istifadə oluna biləcəyini istisna etməyib.
Marşal Planı 5 iyun 1947-ci ildə elan edilmiş dünya tarixində ən məşhur iqtisadi yardım və müharibədən sonrakı yenidənqurma proqramlarından biridir. O, rəsmi olaraq Avropanın bərpası proqramı adlanırdı və ikinci adını onu irəli sürmüş ABŞ Dövlət Katibi Corc Marşalın şərəfinə almışdır. Plan ABŞ-ın Avropaya 13,325 milyard dollar yardımını nəzərdə tuturdu (bu gün təxminən 169 milyard dollar). Bu məbləğin yalnız bir milyard yarımı kreditlər, qalanı, demək olar ki, 90 faizi qrantlar olub. Kreditlər 35 il müddətinə verilib.
Qərbi Avropada bombardmanlar nəticəsində 5 milyon yaşayış binası dağıdılıb, 12 milyon qaçqın yığılıb. Ukraynadakı hazırkı vəziyyətlə qeyri-ixtiyari analogiya yaranır: BMT-nin hesablamalarına görə, orada artıq qaçqınların sayı 4,2 milyona, məcburi köçkünlərin sayı isə 7 milyonu ötüb. Başqa bir oxşarlıq ərzaq təhlükəsizliyidir. Ukrayna dünyanın əsas taxıl ixracatçılarından biridir. Marşal planının qəbulu ərəfəsində Avropada ərzaqla bağlı vəziyyət də çətin idi: 1946-1948-ci illərdə müharibədən əvvəlki dövrdə istehsal olunan ərzaq məhsullarının həcminin yalnız üçdə ikisi istehsal olunurdu.
ABŞ-ın Avropa ölkələrinə verdiyi maliyyə resursları sayəsində infrastrukturu bərpa etmək, bir çox ölkələrin iqtisadiyyatına təkan vermək mümkün oldu. Ukrayna hökuməti artıq müharibədən dəyən ziyanı yüz milyardlarla dollar, hətta 1 trilyon dollar həcmində qiymətləndirir. Müharibədən sonra ölkənin bərpasını güclü kənar dəstək olmadan təsəvvür etmək çətindir. Buna görə də, Ukrayna üçün Marşal Planının analoqu böyük əhəmiyyət kəsb edir, çünki bu, Ukraynaya müharibədən sonrakı çətinlikləri tez aradan qaldırmağa, iqtisadi və texnoloji potensialı artırmağa və ölkədə həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verməlidir.
Qeyd edək ki, aprelin 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası həm də Ukrayna üçün lend-liz proqramı haqqında qanun layihəsini təsdiqlədi ki, bu da Amerika silahlarının Kiyevə çatdırılması prosedurunu xeyli sadələşdirəcək.
Ukrayna üçün lend-lizi nəzərdə tutan qanun ABŞ prezidentinə Kiyevə müdafiə vasitələrini borc və ya başqa şəkildə (məsələn, təxirə salınmış ödənişlə) təqdim etmək üzrə genişləndirilmiş səlahiyyətlər verir. O cümlədən, söhbət silah, nəqliyyat, qida və dərmanlardan gedir. Bu proqram ABŞ-ın Ukraynaya yardım göstərməsini xeyli sadələşdirə bilər. Axı indi istənilən silah tədarükü ABŞ rəsmiləri tərəfindən bir sıra təsdiqlərdən keçir və bu, prosesi ləngidir. Proqram işə salınarsa, yardım dəfələrlə daha sürətli gələcək, çünki tədarük üçün ayrıca təsdiqlərə ehtiyac olmayacaq.
Ekspertlərin fikrincə, lend-liz nəticəsində Kiyev üçüncü nəsil silahlar ala bilər. Təbii ki, yeni silahlar müharibənin gedişatını dərhal dəyişdirə bilməyəcək, lakin tədricən tərəflərin mövqelərini dəyişəcək.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05

