Ermənistan imtina edir
05.05.2022 [10:55]
Türkiyəyə qarşı ərazi iddialarını irəli sürmək üçün fürsət axtarır
Taleh AĞAVERDİYEV
Mayın 3-də Vyanada Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri arasında üçüncü görüş keçirilib.
Ermənistan XİN-in mətbuat xidməti bəyan edib ki, xüsusi nümayəndələr prosesin məqsədini - iki ölkə arasında münasibətlərin tam nizamlanmasına nail olmaq olduğunu təsdiqləyiblər. Bu kontekstdə səmərəli fikir mübadiləsi aparılıb, nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün bu istiqamətdə atılacaq mümkün addımlar müzakirə edilib. Tərəflər ilkin şərt olmadan prosesi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Tərəflər bundan əvvəl Moskva və Vyanada görüşmüşdülər. Antalyada keçirilən diplomatik forum çərçivəsində iki ölkənin xarici işlər nazirləri də görüşüb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən və regionda yeni reallıqların bərqərar olmasından sonra Ermənistan rəhbərliyi üçün əsassız ərazi iddialarından əl çəkərək qonşuları ilə normal münasibətlər qurmaq və ölkəni təcrid vəziyyətindən çıxarmaq üçün tarixi fürsət yaranıb. Qonşularla münasibətlərin normallaşması, sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılması boğulan Ermənistan iqtisadiyyatı üçün bir növ təmiz nəfəs olardı. Lakin ölkə daxilində müəyyən dairələr var ki, şəxsi maraqları naminə milli maraqları qurban verməyə hazırdır və bu prosesi hər cür pozmağa çalışır, bunun son nəticədə Ermənistanın “türkləşməsinə” gətirib çıxaracağını iddia edirlər. Tarixən Türkiyəyə qarşı terror fəaliyyətini təşkil edən və maliyyələşdirən “Daşnaksütyun” müxalifət partiyası bu baxımdan xüsusilə seçilir.
Lakin Ermənistan hakimiyyəti də hələlik bu məsələ ilə bağlı dəqiq mövqe nümayiş etdirmir. “İki ölkə arasında münasibətlərin tam nizamlanmasına” hazır olduqları barədə bəyanatlara, “əhəmiyyətli irəliləyiş” haqqında söhbətlərə baxmayaraq, eyni zamanda, Ermənistan rəsmiləri normallaşma prosesinə zidd bəyanatlar verirlər. Belə ki, tərəflərin xüsusi nümayəndələrinin yuxarıda qeyd olunan görüşü ərəfəsində Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla medianın daha əvvəl İrəvan və Ankara arasında dövlət sərhədinin yenidən demarkasiyasına dair razılaşma barədə yaydığı xəbərə cavab olaraq bildirdi ki, Ermənistan və Türkiyə dövlət sərhədinin dəqiqləşdirilməsi məsələsini müzakirə etmir, “gündəmdə belə bir məsələ yoxdur”.
Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Eduard Ağacanyan “civilnet.am” portalına müsahibəsində bu məsələyə toxunaraq qeyd edib ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıqlar zamanı belə bir eyham edilib, lakin erməni tərəfi sərhədin yenidən demarkasiyası təklifini qəti şəkildə rədd edib. “Burada ediləsi bir şey yoxdur, sərhədlər sovet dövründə demarkasiya edilib”, - deyə Ağacanyan bildirib.
Ermənistanın bəzi xadimləri, məsələn, “türkoloq”, tarix elmləri namizədi Varujan Qeqamyan kimi, bəyan edirlər ki, Türkiyə ilə SSRİ arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı çətin məsələ hələ 70-80-ci illərdə yaranıb və sovet rəhbərliyi tərəfindən guya redemarkasiyadan yayınmaq üçün böyük səy göstərdiyi iddia edilir.
Qeyd edək ki, ölkələr arasında mübahisənin səbəblərindən biri də Ermənistanın Türkiyənin ərazi bütövlüyünə münasibətidir.
Türkiyə ilə Ermənistan arasında 1993-cü ildən bağlı qalan indiki sərhəd xətti 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi ilə müəyyən edilib. Müqaviləyə əsasən, sərhəd Arpaçay və Araz çayları (indi məcrası dəyişib) boyunca keçməli idi.
Xatırladaq ki, Birinci Dünya Müharibəsindən sonra Antanta ölkələri zəifləmiş Osmanlı İmperiyasına Sevr müqaviləsini (10 avqust 1920-ci il) imzalamağa məcbur etməyə çalışdılar. O cümlədən, bu müqaviləyə əsasən, Türkiyə ərazilərinin əhəmiyyətli bir hissəsi Ermənistana verilməli idi və ölkə Qara dənizə çıxış ilə təmin edilməli idi. Türkiyə Böyük Millət Məclisi onu ratifikasiya etməkdən imtina edib. Cəsarətlənmiş Ermənistan buna cavab olaraq sentyabrın 24-də Türkiyəyə müharibə elan etdi, bu müharibədə qısa müddətdə dağıdıcı məğlubiyyətə uğradı və danışıqların aparılmasını istədi. Nəticədə dekabrda Aleksandropol müqaviləsi imzalandı. Daha sonra Aleksandropol müqaviləsinin şərtlərinin bir hissəsi əvvəlcə Moskva (martda), sonra isə Qars müqaviləsi ilə təmin edildi. Beləliklə, Ermənistan mövcud geosiyasi vəziyyətdən istifadə edərək, öz qeyri-sağlam ərazi ambisiyalarını və yad ərazilər hesabına qondarma “Böyük Ermənistan” xülyalarını reallaşdıra bilmədi.
Türkiyə dəfələrlə Ermənistandan Qars müqaviləsi ilə müəyyən edilmiş mövcud ümumi sərhədi rəsmən tanımasını xahiş edib, lakin Ermənistan, gördüyümüz kimi, bundan imtina etməkdə davam edir. Göründüyü kimi, Ermənistan gələcəkdə, 1945-ci ildə olduğu kimi, yenidən Türkiyəyə qarşı ərazi iddialarını irəli sürmək üçün fürsət axtarır ki, bu da Türkiyə Respublikasında narahatlıq yaratmaya bilməz.
Beləliklə, hazırda Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatmaqda, qondarma “erməni soyqırımı” mifini yaymaqda və Türkiyənin ərazi bütövlüyünü tanımamağa davam edir. Bu halda Ermənistanın qonşularla münasibətləri normallaşdırmağa hazırlığından danışmaq olarmı?
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18

