Faktlar və rəqəmlər təkzib edir
26.04.2022 [10:39]
Baydenin ikinci tarixi səhvi
Pərviz SADAYOĞLU
Ermənilərin uzun illərdir ki, əllərində “siyasi dəyənəyə” çevirəmyə çalışdıqları qondarma “soyqırımı” iddialarının növbəti “ildönümü” də arxada qaldı. Dünya ictimaiyyətinin üstündən sükutla keçdiyi bu əsassız və qondarma yalan, sadəcə ABŞ prezidenti tərəfindən “yad edildi”. Belə ki, Cozef Bayden bu il də qondarma iddia ilə bağlı “soyqırımı” ifadəsindən istifadə etdi. Bu iddianın tarixi həqiqətlərin kobud təhrifindən başqa bir şey olmadığı ortadadır. Sadəcə, ABŞ prezidentinin belə bir ifadə işlətməsi həm tarixi səhvdir, həm də ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına da tamamilə zidd addımdır.
Prezident Baydenin ifadəsi ABŞ-ın maraqlarına uyğun gəlmir
Artıq ikinci ildir ki, belə bir tarixi səhvə yol verən ABŞ Prezidenti Co Baydenin bu addımı qəbuledilməzdir. Digər tərəfdən, tarixi həqiqətlərə baxsaq 1915-ci ildə baş verənlər “soyqırımı” iddiası ilə heç bir halda uzlaşmır. Tarixə qısa ekskurs etsək, görərik ki, ermənilərin özlərini dünyaya məzlum xalq kimi təqdim etmək üçün vasitədən başqa bir şey olmayan 24 aprel 1915-ci il Osmanlı imperiyasının rəhbərliyinin ermənilərin 6 vilayətdən müharibədən uzaq olan əyalətlərə köçürülməsi barədə qərarından başqa bir şey deyildi. Bu köçürməyə səbəb isə yenə də ermənilərin xəyanəti, yaşadıqları ölkəyə qarşı satqın mövqedə dayanmaları idi. Ermənilər o dövrdə Osmanlı imperiyasını parçalamağa çalışan Antanta qüvvələrinə, konkret olaraq, İngiltərə, Fransa və Rusiyaya silahlı dəstək verir, bu qüvvələrlə müharibədə olan Osmanlıya arxadan zərbə vurur, böyük silahlı birləşmələr, partizan dəstələri yaradaraq, fəal şəkildə I Dünya müharibəsinə qatılırdılar. Həmin ölkələr isə ermənilərdən maşa kimi istifadə edirdilər.
Qondarma iddia ilə bağlı səslənən rəqəmlər də tarixi faktlarla uzlaşmır. Rəsmi mənbələrə görə, Osmanlının I Dünya müharibəsində hərbçi və mülki əhali itkisi 804 min nəfər olub. Ancaq iddialar belədir ki, həmin vaxt Osmanlıda 1,5 milyon erməni, 750 min sütyanı, 1,2 milyon yunan öldürülüb. Bu isə o deməkdir ki, Türkiyə 4,5 milyonluq itki ilə 1-ci dünya müharibəsinin ən çox itki verən dövləti olmalıydı. Halbuki, bu məsələdə liderlik 2 milyon nəfərlik itki ilə Almaniyaya məxsusdur. Bu isə ermənilərin I Dünya müharibəsindən bəri səsləndirdikləri yalanın qırmızı üzünü yenidən ifşa edir.
Bayden niyə “erməni əsirinə” çevrilib?
Ermənilərin bu məsələdə ən böyük məqsədi isə olmayan bir “soyqırım”dan bəhrələnmək, bununla da Türkiyədən öz istəklərinə uyğun təzminat “qoparmaqdır”. ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi isə ABŞ-ın geosiyasi və strateji maraqları ilə də uzlaşmır. Baydendən öncəki iki prezident - Obama və Tramp bu məsələyə ermənilərin şəxsi maraqlarından deyil, öz ölkəsinin maraqlarından yanaşırdı. Ermənilər öz mənafelərinin əsirinə çevirə bilmədikləri Trampa və Obamaya, hətta qondarma “soyqımı” ifadəsini söylətdirə bilmədilər. Prezident Bayden anlamal?dır ki, belə bir ifadənin işlədilməsi ədalətli olmamaqla yanaşı, Türkiyə ilə qarşılıqlı münasibətlərə və strateji tərəfdaşlığa da uyğun gəlmir.
Məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat imzalayıb. Türkiyə XİN-in bəyanatında bildirilir ki, 1915-ci il hadisələri ilə bağlı tarixi faktlarla və beynəlxalq hüquqla bağlı olmayan açıqlamalar etibarlı deyil, tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran, təhrif edən bəyanatları və qərarları rədd edir, bu səhvdə israr edənləri qətiyyətlə qınayırıq. Qeyd olunub ki, bu sıraya ABŞ prezidenti Co Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin erməni “anım günü” münasibətilə etdiyi çıxışına dair şərhində isə bildirilir ki, bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir. ABŞ Prezidentinin bu bəyanatı hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara da uyğun gəlmir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

