Kimyəvi silahdan istifadə sübut edilərsə...
13.04.2022 [10:01]
Rusiya “dramatik tədbirlər” lə üzləşəcək
Məlik MƏMMƏDOV
Ötən gün Ukrayna KİV-ləri Azov alayının mətbuat xidmətinə istinadən xəbər verib ki, rus qoşunları Mariupol şəhərində Ukrayna hərbçiləri və mülki şəxslərə qarşı PUA-dan atılan mənşəyi naməlum zəhərli maddədən istifadə edib.
Mediada sinir-paralitik təsiri olan orqanofosfat zəhərli maddə - zarindən istifadə edildiyi bildirilir. Azov alayının lideri Andrey Biletskinin sözlərinə görə, kimyəvi silah “Azovstal”a atılıb. Hücum zamanı 3 nəfər yaralanıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Maraqlıdır ki, hadisədən bir neçə saat əvvəl qondarma “DXR-in xalq milisi”nin nümayəndəsi Eduard Basurin Birinci Kanalın efirində “DXR” qoşunlarının Mariupoldakı Azovstal zavodunu ələ keçirmək üçün “kimyəvi qoşunların köməyinə müraciət edə biləcəyini” söylədi. Bir neçə həftə əvvəl isə ABŞ rəsmiləri və NATO baş katibi Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etmək planları barədə xəbərdarlıq etmişdilər. Martın 23-də brifinq zamanı NATO baş katibi Yens Stoltenberq Rusiyanı hədələyərək, “İlk növbədə, kimyəvi silahdan istənilən istifadə münaqişənin mahiyyətini tamamilə dəyişəcək. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması olardı” dedi. Öz növbəsində, Amerika prezidenti Co Bayden martın 24-də bu münasibətlə çıxışı zamanı Rusiya prezidentinin kütləvi qırğın silahlarından istifadə edəcəyi təqdirdə ABŞ-ın cavab verəcəyini bildirib. Qeyd edək ki, bir neçə il əvvəl ABŞ Rusiyanı Suriya şəhərlərində kimyəvi silahdan (o cümlədən zarindən) istifadə etməkdə ittiham etsə də, bu ittihamlar sübuta yetirilməyib.
Martın 28-də Almaniya kansleri Olaf Şolz Rusiyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı təhdidin olduğunu bildirib. O, Rusiyanı “dramatik tədbirlərlə” hədələyib.
Bununla belə, ABŞ MN-İN sözçüsü Con Kirbi bildirib ki, Pentaqon Rusiya hərbçilərinin Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbəri təsdiq edə bilmir. Onun sözlərinə görə, Pentaqon vəziyyəti diqqətlə izləyəcək.
Qeyd edək ki, kimyəvi silahdan istifadəyə qadağa mütləqdir və demək olar ki, bütün dünya ölkələri tərəfindən tam dəstəklənir. Kimyəvi Silahlar Konvensiyası 29 aprel 1997-ci ildə qüvvəyə minib və BMT-yə üzv olan 193 ölkədən 192-si tərəfindən imzalanıb. Konvensiya 1925-ci il Cenevrə Protokolunu tamamlayır. Konvensiyanın maddələrinə əməl olunmasına Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı nəzarət edir. 2017-ci ildə Rusiya kimyəvi silahlarını tamamilə məhv etdiyini elan etdi. ABŞ kimyəvi arsenalının məhvini 2023-cü ilə qədər başa çatdırmağı planlaşdırır.
Zarin 1938-ci ildə iki alman alimi tərəfindən təsadüfən kəşf edilmişdir. Həmin ildə maddənin formulası Vermaxtın Kimyəvi silahlar idarəsinə verildi. İdarə hərbi məqsədlər üçün zarinin kütləvi istehsalı üçün sifariş verdi. Lakin nasist Almaniyası zarindən döyüşlərdə istifadəsi planlarından imtina etdi. Zarinin ən kütləvi istifadəsi İran-İraq müharibəsi zamanı qeydə alınıb. İraq qüvvələrinin zəhərli maddələrdən istifadə etməsi nəticəsində minlərlə dinc sakin həlak olub və zərər çəkib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

