Qazaxıstan ATƏT-in fəaliyyətinə töhfələr verməkdədir
12.10.2010 [09:28]
Dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT-in sammitində təşkilata üzv olan 50 ölkənin dövlət başçılarının, ATƏT-lə tərəfdaşlıq edən 12 dövlətin liderlərinin və 60-dan artıq beynəlxalq təşkilatın rəhbərlərinin iştirak edəcəkləri gözlənilir. Sammitin gündəliyindəki mühüm məsələlərdən birinin də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacağı gözlənilir. Bir sözlə, rəsmi Astana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün səylərini əsirgəmir. Amma bəzi “hüquq müdafiəçiləri” Qazaxıstanın ATƏT-dəki sədrlik dönəminə qısqanclıqla yanaşmaqdadırlar...
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yaranmasından ötən dövr ərzində hələ belə bir hadisə qeydə alınmayıb ki, quruma sədrlik edən ölkə haqqında belə geniş informasiya “müharibəsi” aparılsın. Hələ elə bir gün olmayıb ki, beynəlxalq informasiya şəbəkələrində Qazaxıstanın quruma sədrlik etməsinə dair mənfi emosiyalara köklənmiş xəbərlər yerləşdirilməsin. Bu zaman əsas diqqət isə guya Qazaxıstanın ona göstərilən etimadı doğrultmaması və ATƏT-in nüfuzuna xələl gətirməsinə yönəldilir. Hətta bu günlərdə Jurnalistlərin Müdafiəsi Komitəsi adlı təşkilat Nyu-Yorkda “Azad sözü məhdudlaşdırmaqla Qazaxıstan ATƏT-in imicinə xələl gətirir” başlıqlı hesabatını açıqlayıb. Yazının müəllifi təşkilatın Avropa və Mərkəzi Asiya proqramları üzrə koordinatoru Nina Oqnyanovadır. Sənəddə xanım Oqnyanovanın cari ilin iyun ayında Qazaxıstana etdiyi səfər zamanı şəxsi müşahidələrinin ümumiləşdirilmiş tezisləri öz əksini tapıb. Hesabatda qeyd olunur ki, guya Qazaxıstan rəhbərliyi dünya ictimaiyyətini aldadaraq, ölkədə demokratik islahatlar həyata keçirməsinə vəd versə də, buna əməl etməyib. Odur ki, hesabat müəllifi bir az da irəli gedərək, beynəlxalq ictimaiyyəti sammitin Qazaxıstanda keçirilməsini əngəlləməyə çağırır. O, mövqeyini əsaslandırmaq üçün əsas arqument kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin internetin tənzimlənməsi haqda qanunu imzalamasını göstərir. Müəllifin fikrincə, bu, əslində, ölkədə internetin fəaliyyətini məhdudlaşdırılması və “demokratiyanın inkişafının əngəllənməsidir”.
Sadalanan faktlardan da açıq-aydın görünür
ki, müəllif hesabatda bilərəkdən “faktları” şişirtməklə, öz niyyətini reallıq kimi qələmə verməyə çalışır. Halbuki, internetin tənzimlənməsinə dair qanunlar bir çox ölkələrdə mövcuddur. Avropanın göbəyində- Almaniyada, İngiltərədə və digər ölkələrdə internet saytlarında yerləşdirilən hər hansı kiçicik bir şəkilə görə cinayət məsuliyyəti müəyyən olunub və özünü hüquq müdafiəçisi adlandıran müəllif həmin qanunlardan xəbərsiz deyildir. Qazaxıstanda isə internet saytlarının KİV-lərlə eyni hüquqda tutulması bu ölkənin ATƏT-ə sədrlik etməsindən çox öncə- 2001-ci ildə “KİV haqqında qanun”la müəyyənləşdirilib. Digər tərəfdən isə haqqında söhbət açılan qanun layihəsi ATƏT rəsmiləri ilə uzun müddət müzakirə edilərək hazırlanıb və ölkə parlamenti tərəfindən təsdiq olunub. Bir sözlə, qanun , ölkə Konstitusiyası ilə müəyyən edilmiş məlumatların xaricindəki informasiyaların yayılmasının məhdudlaşdırılmasını nəzərdə tutur.
Təbii, Qazaxıstan Avropa dövlətləri ilə müqayisədə daha gəncdir və demokratiya yolu ilə irəliləməkdədir. Sözsüz ki, bir çox gənc dövlətlər kimi, onun da öz problemləri vardır. Amma buna baxmayaraq, Qazaxıstan artıq beynəlxalq təşkilatlarda böyük nüfuz qazana bilib. ATƏT-ə sədrlik etməsi elə buna bariz nümunədir.
Qazaxıstanın ATƏT-ə sədrlik dönəmində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurumun iclaslarında dəfələrlə müzakirə predmetinə çevrilməsi, münaqişənin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin bir neçə dəfə regiona səfərlər etməsi, münaqişə tərəflərinin dövlət rəsmiləri ilə görüşlər keçirməsi, eləcə də, bu günlərdə ATƏT-in faktaraşdırıcı missiyasının yenidən regiona səfərə gəlməsi, Azərbaycanın işğal olunmuş rayonlarındakı vəziyyətlə yerindəcə tanış olması, aşkarlanan faktlara dair hazırlanacaq hesabatların dekabrda Astanada keçiriləcək ATƏT sammitinin gündəliyinə təqdim olunması rəsmi Astananın münaqişənin həllində nə dərəcədə maraqlı olmasını göstərir.
Qazaxıstanın bu rəsmi mövqeyini bir qədər əvvəl Bakıda səfərdə olan ATƏT-in sədri , Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də bəyan edib.
ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk xarici səfərini Bakıdan başladığına diqqət çəkən K.Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyinin prioritetlərindən birinin dondurulmuş münaqişələrinin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu vurğulayıb. Xarici işlər nazirliyində azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında K.Saudabayev vurğulayıb: “Mənim səfərimin əsas məqsədi mövcud məsələlərin bütün spektri ilə tanış olmaqdır. Münaqişənin həllinə layiqli töhfə vermək məqsədilə ATƏT-ə konkret təkliflər hazırlamaq üçün bunları öyrənmək çox vacibdir. Bunu etməyə Qazaxıstanın əsasları var. Biz münaqişənin tarixini bilirik, münaqişə tərəfləri ilə yaxşı münasibətlərimiz var, tərəflərdə bizim ölkə başçısına yüksək inam və hörmət var. Bu resursu Qazaxıstan tam istifadə etmək istəyir”.
Onun fikrincə xarici işlər nazirlərinin Afinada, prezidentlərin isə Soçidə keçirilmiş görüşlərində əldə olunmuş nəticələr müəyyən optimizm yaradır: “Madrid prinsiplərinin yenilənmiş variantı, eləcə də, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin cari ildə Soçidə baş tutan görüşü müəyyən nikbinlik yaradır. 2010-cu ildə nizamlanma prosesində irəliləyiş əldə olunacağına ümid etmək üçün əsas var. Bu il bütün parametrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xüsusi ildir. Bütün tərəflər, o cümlədən, ATƏT-in fəaliyyətdə olan sədri kimi, mövcud imkanlardan istifadə etməliyik”.
Qeyd etmək yerinə düşər ki, Qazaxıstanın dövlət katibi-xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin Azərbaycan Prezidenti İlham Əliyevlə olan görüşündə də cari ildə münaqişənin həllində müsbət addımların atılacağına ümidverici fikirlər səslənib.
Qazaxıstanın ATƏT-ə sədrliyini əlamətdar hadisə kimi dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ATƏT-ə sədrlik edəcəyi 2010-cu ildə müsbət istiqamətdə ciddi dəyişikliklər olacağına əminliyini bildirib.
ATƏT-ə rəhbərliyin mühüm missiya olduğunu vurğulayan Azərbaycan Prezidenti Qazaxıstanın sədrliyi dövründə ATƏT-in Avropada təhlükəsizliyin möhkəmlənməsi işində əsaslı və müsbət irəliləyişlərə nail olunacağına əminliyini bildirib. Dövlət başçısı, həmçinin, Qazaxıstanın ATƏT-ə sədrlik edən ölkə kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işində fəal surətdə iştirak edəcəyinə inandığını bildirərək, 2010-cu ildə münaqişənin həll olunması işində ciddi irəliləyişlərə nail olunacağına ümid bəslədiyini deyib.
Kanat Saudabayev isə öz növbəsində Qazaxıstanın ATƏT-ə sədr seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan K.Saudabayev, həmçinin, ATƏT-ə sədrlik dövründə rəsmi Astananın regionda sülhə nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
Xatırlatmaq yerinə düşərdi ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Yan Kelli, bu günlərdə Brüsseldə mətbuata verdiyi açıqlamasında dekabrın əvvəlində Astanada keçiriləcək ATƏT-in sammitində Azərbaycan və Ermənistan üçün məqbul ola biləcək nizamlanma formulunun tapılacağına ümid etdiyini deyib. Diplomat bir qədər də irəli gedərək, tərəflərin münaqişənin nizamlanması üçün müəyyən “yol xəritəsi”nə razılıq verməyə dəvət edilə biləcəyini də istisna etməyib.
Göründüyü kimi, Qazaxıstan ATƏT-ə sədrlik dövründə bütün səylərini münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, eləcə də, Əfqanıstanda uzun müddətdən bəri davam edən siyasi gərginliyin azaldılmasına yönəldib. Və bəzi kiçik qüvvələrin nə söyləməsindən asılı olmayaraq, rəsmi Astana regionda sülhün bərqərar olmasına, insanların firavan yaşamasına böyük töhfələr verməkdədir.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

