Sülhə mane olan qüvvələr
06.04.2022 [10:19]
Ermənistandakı mitinqlər kimin maraqlarına xidmət edir?
PƏRVİZ
Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı Brüssel görüşü öncəsi Ermənistanda bəzi qüvvələr yenidən “revanşist” arzulardan çıxış etməyə başlayıb. İki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaq, vəziyyəti daha da gərginləşdirmək üçün bütün yollara əl atan bu qüvvələr küçə aksiyaları belə təşkil edirlər. Ölkənin parlament müxalifəti aksiya keçirərək Brüssel görüşünə qarşı çıxırlar. Ermənistan parlamentinin “Hayastan” və “Şərəfim var” fraksiyalarının ardından “5165” hərəkatı da aprelin 6-da Ermənistanın hökumət binası qarşısında piket keçirəcəyini bildirib. Hərəkatın siyasi şurasının üzvü Menua Soqomonyan bildirib ki, görüşdən heç bir müsbət gözləntiləri yoxdur. Onlar hesab edirlər ki, Ermənistan öz suverenliyini itirmək ərəfəsindədir və Qarabağda 44 günlük müharibədən sonra məğlubiyyət zəncirinin sonu görünmür.
Revanşistlərin arxasında hansı qüvvələr dayanır, sülhün yaranmasını istəməyən qüvvələrə siyasi fitva hansı beynəlxalq təsisatlardan, yaxud ölkələrdən verilir?
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Brüssel görüşünün mühüm əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallığa uyğun münasibətlərin qurulması üçün bu cür görüşlər mühüm şərtdir. Ermənistandakı revanşist xarakterli qüvvələr və ümumilikdə Ermənistana “arxalıq” etməyə çalışan bəzi ölkələrdəki qruplar isə bu görüşlərə mane olmağa çalışır: “Onlar Nikol Paşinyana bütün istiqamətlərdə yürütdüyü siyasətlə bağlı təzyiq edirlər. Zəngəzur dəhlizi ilə bağlı ortaya çıxan çətinliklər, son zamanlar Cənubi Qafqazdakı müxtəlif təxribatlar da həmin qrupların narahatl?qlarının göstəricisidir. Xüsusi vurğulamalıyam ki, erməni probleminin tam olaraq aradan qaldırılması BMT TŞ-ya üzv olan əksər ölkələrin də maraqlarına cavab vermir. Onlar bu məsələ ətrafında öz siyasətlərini davam etdirmək niyyətindədirlər. “Revanşist” adlanan qrupların zaman-zaman aktivləşdirilməsi, Azərbaycan ilə Ermənistan arasındakı məsələlərdə süni əngəllərin formalaşdırılması da bunun nəticəsidir”.
Hazırda Azərbaycanın əsas tələbi Ermənistanın beş bəndlik planla bağlı konkret mövqe nümayiş etdirməsidir. Politoloqun fikrincə, Ermənistan vaxt uzatmaqla danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir. Nəticə etibarı ilə bu, bölgədə sülhə deyil, hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara bilər. “Azərbaycanın əsas tələblərindən biri Qarabağın bəzi hissələrində qalan erməni silahlılarının çıxarılmasıdır. Həmin ərazilərdə erməni hərbi birləşmələrinin olması iki dövlət arasındakı münasibətlərin formalaşmasına imkan vermir. Delimitasiya və demarkasiya ilə bağlı problemə gəldikdə isə, burada da Ermənistanın qeyri-konstruktiv mövqeyilə rastlaşırıq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əks halda Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bununla yanaşı, SSRİ dönəmində qanunsuz olaraq Ermənistana verilmiş torpaqlarla bağlı rəsmi iddialar da ortaya qoya bilərik. Paşinyan anlamalıdır ki, sülhə xidmət etməyən siyasət Ermənistan dövlətçiliyi üçün ağır zərbə ola bilər. Dövlət rəhbərlərinin görüşü ərəfəsində keçirilən mitinqlər də göstərir ki, bu xalq 30 il ərzində müstəqil ola bilməyib. Bundan sonra da olacağına inam azdır”, - deyə Z.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

