Rusiya Ukraynanı, Qərb isə Rusiyanı daha çox güzəştə məcbur etməyə çalışır
31.03.2022 [10:11]
Nurlan QƏLƏNDƏRLİ
Ukrayna ilə Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşündən sonra proseslər diqqətlə izlənilir. Müharibə şəraitində hər hansı bir dəyişikliyin olub-olmadığı barədə aydın təsəvvürə malik olmaq - dəqiq qənaətə gəlmək üçün. İstanbulda baş tutan danışıqlardan dərhal sonra müəyyən qədər müsbət mesajlar verilsə də, bir gün sonra hərbi-siyasi ritorikada dəyişiklik müşahidə olunur. Tərəflər yenidən sərt bəyanatlar səsləndirməyə başlayıblar. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək. “Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz Rusiya Federasiyasının ərazilərinin taleyini, Rusiya regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik. Bundan söhbət gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb” ,- deyə o vurğulayıb. Ukrayna da ərazi məsələsində hər hansı bir güzəştə getməyəcəyini bəyan edib. Bu ölkənin nümayəndə heyətinin rəhbəri David Araxamiya söyləyib ki, sülh müqaviləsi yalnız Rusiya qoşunlarının geri çəkilməsindən sonra imzalana bilər.
Prosesləri “dirijor çubuğu” ilə idarə etdiyi söylənilən Qərb isə görüşün konstruktiv keçməsi barədə danışmaq əvəzinə, gözləməyi, izləməyi və təmkinli olmağı məsləhət görür. NATO-nun Baş katibi Yens Stoltenberq Fransanın “Le Monde” qəzetinə müsahibəsində “İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşün yekununu təmkinlə dəyərləndirməyə çağırıram”,- deyə bildirib. Rusiyanın qüvvələrini Donbasda cəmləşdirmək cəhdlərindən danışan Baş katib “Gəlin bəzi mövqeləri ehtiyatla dəyərləndirək” deyib.
Bir müddət əvvəl Cozef Bayden “Rusiya tərəfindən hər hansı bir NATO ölkəsinə hücum olarsa, adekvat cavab verəcəyik” demişdi. Paralel olaraq Şimali Atlantika Alyansının digər bir sıra üzvləri də eyni məzmunda bəyanatlar səsləndirmişdilər. İndi Stoltenberqin hərbi ritorikadan imtina edərək ehtiyatlılıq və təmkinlilik çağırışı Qərb ilə Rusiya arasında anlaşma zəmini olmasına dəlalət edir. Yəni danışıqlar aktiv fazadadır, kollektiv Qərbin hərbi-siyasi bloku İstanbul görüşündən sonra situasiyanı izləyir.
Əlbəttə, Baş katibin fikirləri hərbi-strateji deyil, siyasi məzmun - mahiyyət daşıyır və təbii ki, Qərbin mövqeyini ifadə edir. Qərbin isə hərbi əməliyyatların yaxın vaxtda dayandırılması tərəfdarı olub-olmadığı məlum deyil. Baydenin sözlərini xatırlayaq: “Ayıq-sayıq olmalıyıq. Müharibə bir gündə və bir ayda bitməyəcək. Qalib tərəf tezliklə müəyyənləşməyəcək. İndi öhdəlik götürməliyik - uzun müddət ərzində bu mübarizədə iştirak etmək öhdəliyi. Çünki bu, uzunmüddətli prosesdir”. Yəni Ukrayna üçün daha çox dağıntı, Rusiyanın isə daha da zəiflədilməsi, iqtisadi, diplomatik-siyasi və hərbi-strateji cəhətdən çökdürülməsi. Bəs onda sülh nə zaman olacaq?!
Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin azaldılması məsələsi isə iki aspektdən şərh olunur: birincisi, danışıqlarda irəliləyiş əldə olunması nəzərə alınmaqla, habelə “qarşılıqlı etimad əldə etmək” məqsədilə bu addım atılır; ikincisi isə, Rusiya vaxt qazanmaq, qüvvələri cəmləşdirmək üçün belə bir taktika seçib. Stolenberqin “Gəlin bəzi mövqeləri ehtiyatla dəyərləndirək” ifadəsi də bu məsələdən (ehtimaldan) qaynaqlana bilər.
Hər halda, hərbi-strateji gedişat siyasi-diplomatik trafikdən asılı olacaq. Reallıq budur ki, tərəflər mövqeləri yaxınlaşdırmağa çalışsalar da, prinsipial məsələlərdə ortaq məxrəcə gələ bilmirlər. İndi Rusiya Ukraynanı, Qərb isə Rusiyanı daha çox güzəştə məcbur etməyə çalışır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

