DTX rəisi: "Milli maraqlara yönələn təhdidlərin qarşısı qətiyyətlə alınacaq"
28.03.2022 [17:13]
28 Mart Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri və rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında bildirilib
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət edilərək üzərlərinə gül dəstələri düzülmüş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında rəsmi hissə ilə davam etmişdir. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları peşə bayramı münasibətilə təbrik etmişdir. Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edərək şərəfli xidmət yolu keçən Ulu Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışan Xidmət rəisi qeyd etmişdir ki, Ümummilli Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində peşəkarlıq məktəbi yaratmış, sovet dövründə və müstəqillik illərində ölkəyə rəhbərliyi dövründə heç zaman bu orqanlardan diqqət və qayğısını əsirgəməmişdir.
General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam etdirildiyini bildirmiş və müasir dövrdə DTX-nin qarşısında duran əsas vəzifələr barədə məlumat vermişdir.
Çıxışının sonunda general-polkovnik Əli Nağıyev əminliyini ifadə edərək demişdir ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcəkdir. Xidmət rəisi tərəfindən DTX-nin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq ifadə edilmişdir.
Sonra təhlükəsizlik orqanlarının veteranı, Milli Məclisin deputatı Arzu Nağıyev söz alaraq təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulamışdır. Natiq ötən əsrə ekskursiya edərək xüsusi xidmət orqanlarının təşəkkülündən danışmış, bu orqanların Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolunu xüsusi qeyd etmişdir.
Tədbirdə DTX-nin əməkdaşlarının dövlət təltifləri ilə mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elan olunmuş, əməkdaşlara mükafatlar təqdim edilmişdir.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İctimai Televiziya və “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş “Görünməyən qəhrəmanlar” adlı sənədli film nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

